Sahibkarların yeni davranış qaydalarına əməl etməsi zərurətə çevrilir

posted in: Xəbər | 0

hüquqi şəxs, iş yerlәri, pullu xidmətlər, dövlət,vergi, subsidiya, fərdi sahibkarların sayı İşədüzəltməDünya düzənini dəyişməklə özü ilə bir çox ciddi məhdudlaşmalar gətirən pandemiya, bütün sahələr kimi, iqtisadiyyata da mənfi təsir göstərməkdə davam edir. İstehsal-emal-istehlak zəncirində qırılmalara səbəb olan məhdudiyyətlər nəticəsində itkilərin, o cümlədən iqtisadi fəallığın azalması isə təbii ki, yeni davranış modelinin tətbiqini zərurətə çevirir.

Yeni davranış modelinin sərgilənməsi istər əhali, istərsə də dövlət və özəl sektorun itkilərə məruz qalmasının qarşısını almağa xidmət etməlidir. Başqa sözlə, indi pandemiyanın zərərli təsirlərinə məruz qalan və sərt karantin tədbirlərinin tətbiqi ilə fəaliyyəti məhdudlaşdırılan sahibkarlıq subyektlərinin qarşısında iki yol dayanır: ya köhnə, pandemiyaya qədərki qaydalarla yaşamaq və işləmək, başqa sözlə desək, təbii olaraq itirməyə davam etmək, ya da biznesin xilası üçün yeni qaydalara uyğunlaşmaq.

Artıq elə bir vəziyyət yaranıb ki, hamımızın vahid bir məkanda olduğumuzu unutmamaq və gələcək həyat tərzimizi yeni davranış qaydaları üzərində qurmaq bizim üçün xilas formulu rolunu oynaya bilər. Bu formul isə çox sadədir: burada hər kəsdən yalnız məsuliyyətlilik və riayət edilməsi əsla çətin olmayan qaydalara uyğunlaşmaq tələb edilir. Unutmaq olmaz ki, ticarət, ictimai iaşə və xidmət obyektlərinin yeni qaydalara mümkün qədər tez vərdiş etməsi onlar üçün normal biznesə daha tez qayıdış deməkdir. Bəzi sahibkarların qaydalara riayət etməməsi isə yaxşı heç nə vəd etmir. Əksinə, bu, ümumi iqtisadi fəallığa mənfi təsir edərək daha böyük iqtisadi itkilərə yol açır. Bu mənada, yeni davranış qaydaları iqtisadi itkilərin daha tez və effektiv surətdə aradan qaldırılması üçün də vacibdir.

Aydındır ki, pandemiya dünya ölkələri üçün yeni və acı bir reallıqdır. Lakin əsl uzaqgörənlik, hətta acı reallıqda belə, qazanılmış təcrübədən düzgün nəticə çıxarmağı sevir. Bu baxımdan, ölkəmiz çox da uzağa getmədən qardaş Türkiyənin pandemiyanın iqtisadiyyata zərərli təsirləri ilə mübarizə təcrübəsindən yararlana bilər. Bu təcrübənin effektinin sirri onun birbaşa sosial məsuliyyətə əsaslanmasıdır. Üstəlik, istər vətəndaşlar, istərsə də sahibkarlıq subyektləri bu məsuliyyəti bölüşməkdən çəkinmirlər. Hətta sahibkarlar məsuliyyətin böyük hissəsini öz üzərlərinə götürür, bununla da iqtisadi fəallığı qorumağın vacibliyini sözdə yox, məhz əməldə sərgiləyirlər. Çünki türk iş adamlarından birinin dediyi kimi, “indi hər kəs düzəni dəyişdirəcək bir dönəm yaşayır. Bu pandemiya vətəndaşların davranışını dəyişməkdədir və dəyişəcək”.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu dönəmdə tələb olunanlar çox sadədir və bu, Türkiyə nümunəsindən də aydın görünür. Məsələn, qardaş ölkədə alış-veriş sahəsində fiziki məsafə birmənalı olaraq qorunur. Müştəri ilə işləyən hər kəs fərdi qoruyucu vasitələrdən istifadə edir. Kassaların qarşısında sosial məsafə və dezinfeksiya vasitələrindən istifadəyə xüsusi diqqət yetirilir. Artıq “1,5 metrlik məsafə” anlayışı sosial normaya çevrilib. Ən əsası isə odur ki, sahibkarlar yeni davranış modelinin faydasına inanırlar.

Çünki əksər türk iş adamları hesab edirlər ki, bu, bir döyüşdür, onlar ölkənin gələcəyi naminə ön cəbhədə vuruşurlar və bu gözəgörünməz qüvvəylə müharibədə qələbə üçün hər bir şəxsdən məhz sosial məsuliyyət tələb olunur. Hətta iş vaxtının tənzimlənməsində belə məsuliyyət hissi unudulmur. Belə ki, ticarət obyektlərinin iş saatı dəyişdirilməklə müştəri sıxlığı da nizamlanır. Xüsusi önləyici tədbirlər görülməklə obyekt daxilində sıxlıq olduqda müştərilərə xəbərdarlıq edilir. Başqa sözlə, ticarət obyektlərinə girişdə növbəlilik və fiziki məsafənin saxlanılmasının təmin olunmasına xüsusi diqqət yetirilir ki, bu da məhz yeni davranış qaydalarının əsas tələblərindəndir.

İnanırıq ki, öz sosial məsuliyyətini aydın dərk edən Azərbaycan sahibkarları da tezliklə ən yaxşı təcrübələrdən faydalanmaqla ölkə iqtisadiyyatının normal ahənginin bərpasına töhfələrini verəcəklər. Bunun üçün sahibkarlarımızın həm yetərincə məsuliyyət hissi, həm də iqtisadiyyata dayaq durmaq əzminin olduğu heç kəsdə şübhə doğurmur.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkarlar üçün “Assosiasiyada effektiv menecment” mövzusunda seminar keçiriləcək

posted in: Xəbər | 0

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə ASK komandasının moderatorluğu altında – biznesə dəstək təşkilatların, assosiasiyaların effektiv menecmenti və iş fəaliyyətinin daha səmərəli təşkili istiqamətində 6-11 iyul 2020-ci il tarixlərində, saat 09:30-11:00 aralığında, Zoom proqramı üzərindən video-konfrans formatında “Assosiasiyada effektiv menecment” mövzusunda seminar keçiriləcəkdir.

Onlayn seminarın əsas məqsədi, assosiasiya və biznesə dəstək təşkilatların işinin düzgün strategiya və fəaliyyət planı üzərində qurulması və nəticə etibarı ilə sahibkarlığın inkişafına töhvə verilməsindən ibarətdir.

Seminar zamanı aşağıda qeyd olunan mövzularla yanaşı digər məsələlər də müzakirə olunacaqdır:
• Təşkilatın strukturu;
• Dövlət-özəl dialoq;
• Lobbiçilik;
• Üzvlük;
• Beynəlxalq layihələr;
• Biznes xidmətlər;

Sizi sözügedən online seminarda iştirak etməyə dəvət edirik. 3 iyul tarixinə qədər göstərilən linkə daxil olaraq https://forms.gle/rYPPcU9e4nx7pCvp9 qeydiyyatdan keçməyinizi xahiş edirik.

Seminarda iştirak üçün link qeydiyyatdan keçmiş şəxslərə əlavə olaraq göndəriləcəkdir.

Mənbə: ask.org.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamovun müsahibəsi

posted in: Xəbər | 0

Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov: “İpoteka kreditləşməsini genişləndirməkdə məqsədimiz, insanların mənzilə olan ehtiyaclarını ödəməkdir”.

Son zamanlar kommersiya bankları tərəfindən ipoteka kreditlərinin rəsmiləşdirilməsi istiqamətində böyük işlər görülür. Kommersiya bankları İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təqdim olunan kreditlərlə yanaşı, öz vəsaitləri hesabına sərfəli daxili ipoteka kreditləri də təqdim edirlər. Bu sahədə ölkənin iri banklarından olan Kapital Bank daha böyük portfelə malik olmaqla, müştərilərinə sərfəli şərtlər əsasında ipoteka kreditləri təklif edir. Bu məqsədlə ipoteka kreditləşməsi sahəsində olan yeniliklər barədə məlumat almaq üçün Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamovdan müsahibə aldıq.

Ramil müəllim, son zamanlar Kapital Bank ipoteka kreditlərinin verilməsinə böyük diqqət ayırır. Xahiş edirik bu istiqamətdə olan yeniliklər və statistik məlumatlardan danışaq.

Kapital Bank vətəndaşların mənzil ehtiyaclarının ödənilməsi və yeni mənzil əldə edənlərə kömək etmək məqsədilə ipoteka kreditlərinin verilməsini hər zaman diqqət mərkəzində saxlayır. Bununla əlaqədar olaraq son dövrdə bankımızda riteyl kreditləşmə sahəsinin tərkib hissəsi olan ipoteka kreditləşməsinin əhatə dairəsi genişləndirilib. Belə ki, əhalinin mənzilə olan tələblərinin qarşılanması məqsədilə dövlət tərəfindən maliyyələşən kreditlərin həcmi artırılıb. Habelə bankın öz vəsaiti hesabına kreditlərin verilməsinə başlanılıb. Statistik göstəricilərə nəzər salsaq görərik ki, hazırda Kapital Bank-ın ipoteka kredit portfeli artaraq 200 mln manat həddinə çatıb. Bankın gələcək prioritetlərindən biri cari portfeli saxlamaqla yanaşı, daha da artırmaqdır.

Kapital Bank-da əsasən hansı növ ipoteka kreditləri mövcuddur?

Kapital Bank cari il üzrə İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən adi və güzəştli ipoteka kreditlərin verilməsində aktiv iştirak edib. Fond hesabına verilən kreditlər üzrə yerləşdirmə ötən ilin analoji dövrü ilə müqayisədə 25% artıb. Bundan sonrakı dövr üzrə Bankımız tərəfindən İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən kreditlərin həcminin artırılması planlaşdırılır.

Həmçinin Kapital Bank, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən təqdim olunan mənzillərin kreditləşməsi üzrə olan dövlət layihəsində də aktiv iştirak edir. Ötən il ərzində MİDA layihəsi üzrə təqdim olunan mənzillər üçün 3 milyon manat həcmində kredit rəsmiləşdirilib. Bu ipoteka növü üzrə kredit portfelimiz, ümumilikdə 6 milyon manat təşkil edir. Cari il ərzində MİDA tərəfindən təqdim olunan yeni layihələrə əsasən mənzillərin kreditləşməsi nəzərdə tutulur və vətəndaşların müraciətlərinə operativ şəkildə baxılması təmin edilir. Bununla əlaqədar Kapital Bankı-ın rəsmi internet səhifəsində (www.kapitalbank.az/loans), həmçinin bütün ölkəni əhatə edən filial şəbəkəmizdə vətəndaşların müraciətlərinin qəbul edilməsi üçün rahat imkan yaradılıb.

Bundan başqa, dövlət layihələri ilə yanaşı Kapital Bank müştərilərin artan mənzil tələbatlarını ödəmək üçün öz vəsaiti hesabına 2 növ yeni daxili ipoteka məhsulunu təklif edir. İpoteka kreditləşməsini genişləndirməkdə məqsədimiz, insanların mənzilə olan ehtiyaclarını ödəməkdir

İpoteka kreditləşməsi yalnız Bakı şəhərini əhatə edir?

Regionlarda əhalinin yaşayış şəraitinin və mənzil təminatını yaxşılaşdırmaq məqsədilə bu ilin may ayından etibarən regionlar üzrə güzəştli şərtlərlə sosial ipoteka məhsulunun kreditləşməsinə başlanılıb. Qeyd olunan məhsul növündən, əsasən az təminatlı və sosial təbəqəyə mənsub olan gənc ailələrin faydalanması nəzərdə tutulur. 1 aydan bir qədər artıq müddət ərzində artıq bu məhsul növündə 22 vətəndaş faydalanıb ki, bu şəxslərə verilən kreditlərin həcmi 500 min manat miqdarındadır. Bu məhsul növü üzrə 10 milyon manat civarında kreditlərin verilməsi nəzərdə tutulur və mütəmadi olaraq müraciətlər qəbul edilir.

Paralel olaraq bankımız tərəfindən ipoteka kreditləşməsinin əhatə dairəsi Bakı, Abşeron və Sumqayıt şəhər əraziləri üzrə yeni növ daxili ipoteka krediti məhsulunun satışına start verilib. Təklif olunan məhsul növü ilə müştərilərə 10 il müddətinə 500 min manatadək daxili ipoteka kreditindən faydalanmaq imkanı yaradılıb. Müştərilərimiz üçün sevindirici xəbər olaraq bildirək ki, hazırda tərəfimizdən müvafiq məhsul üzrə 3 aylıq endirim kampaniyası təklif olunur. Belə ki, kampaniya müddətində müştərilərimiz  10%-dən başlayan illik faiz dərəcəsi ilə bu kreditlərdən faydalana bilərlər. Cari kampaniya 30 sentyabr 2020-ci il tarixədək davam edəcək. Əlavə olaraq qeyd edək ki, bu məhsul növü üzrə bir sıra Mənzil Tikinti Kooperativləri ilə də əməkdaşlıq etmək nəzərdə tutulub. Bunun nəticəsində Bankımız tikinti sektorunda fəaliyyət göstərən biznes subyektlərinə də öz dəstəyini göstərir.

İpoteka kreditlərindən faydalanmaq istəyənlər Kapital Bank-a hansı kanallarla müraciət etməlidirlər?

Artan ipoteka kreditləşməsi tələbatını ödəmək və müştərilərə operativ xidmət göstərmək məqsədilə Kapital Bank tərəfindən ipoteka krediti verən xidmət nöqtələrinin sayı artırılaraq, regionlar üzrə 52, Naxçıvan Muxtar Respublikası üzrə 1, Bakı şəhəri üzrə 2, ümumilikdə isə 55 filialda müştərilərə xidmət göstərilir. Gələcəkdə yarana biləcək əlavə ehtiyacların ödənilməsi üçün bu sayın daha da artırılması planlaşdırılır. Həmçinin ipoteka kreditləşməsi üzrə müştərilərin müraciətlərinin operativ şəkildə qəbulu, təhlili və cavablandırılması filiallarla yanaşı müxtəlif onlayn kanallar – (+99451) 250 99 99 WhatsApp nömrəsi, 8196 qısa nömrəsi, 196 Məlumat Mərkəzi, bankın rəsmi internet səhifəsi (kapitalbank.az/loans) vasitəsilə də həyata keçirilir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hasilat, vaxt və xidmət normalarının qüvvədə olma müddətləri hansılardır?

posted in: Xəbər | 0

Daimi hasilat normaları (vaxt normaları) və xidmət normaları qeyri-müəyyən müddət üçün qoyulur və dəyişdirilən vaxtadək qüvvədə qalır.

Müvəqqəti hasilat normaları (vaxt normaları) və xidmət normaları məhsul istehsalının, texnikanın, texnologiyanın mənimsənilməsini və ya istehsal və əməyin təşkil edilməsi dövrü üçün üç ay müddətinədək müəyyən edilə bilər.

Ayrı-ayrı hallarda müvəqqəti normaların qüvvədə olması müddəti müəssisənin həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən uzadıla bilər. Müəyyən edilmiş müddət qurtardıqdan sonra müvəqqəti normalar daimi normalarla əvəz edilməlidir. Texnologiya dəyişiklikləri, bədbəxt hadisələr, qəza və bu qəbildən olan digər birdəfəlik xarakterli işlər üçün normalar hər bir konkret halda bu şərtlə müəyyən edilir ki, müvafiq işin görüldüyü vaxt ərzində həmin işlər üzrə müvəqqəti və ya daimi normalar müəyyən edilməmiş olsun.


Bax: Hansı hallarda şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun