Mark Zuckerberg bir gün ərzində 7 milyard dollar itirdi

posted in: Xəbər | 0

Milyarder, Facebook-un yaradıcısı Mark Zuckerberg bəzi iri şirkətlərin sosial şəbəkədə reklam yerləşdirməkdən imtina etməsindən sonra gün əzində 7,2 milyard dollar kasıblayıb. Bu haqda Bloomberg agentliyi məlumat verib.

Cümə günü, iyunun 26-da, dünyanın ən böyük reklam şirkətlərindən biri olan Unilever, ilin sonuna qədər bütün Facebook məhsullarında, o cümlədən İnstagram-da reklam xərcləməmək qərarını elan etdikdən sonra şirkətin səhmlərinin qiyməti 8,3 faiz aşağı düşüb.

Facebook-da reklamlardan həmçinin telekommunikasiya nəhəngi Verizon və dünyanın ən nəhəng konditer məhsulları istehsalçısı Hershey kimi şirkətlər də imtina ediblər. Coca-Cola şirkəti də reklam yerləşdirilməsini dayandırıb. Onlar bəyan ediblər ki, Facebook ABŞ-da baş verən etirazların fonunda “platformada nifrət və dezinformasiyanın yayılması təzahürlərinə kifayət qədər nəzarət edə bilməyib”.

Bloomberg Billionaire Index-nə görə Zuckerberg-in sərvətinin xalis dəyəri 82,3 milyard dollara qədər düşüb. Hazırda o, dünyanın ən varlı insanları sıralamasında dördüncü pillədədir.

Məlum olduğu kimi, 2020-ci ilin may ayında qaradərili George Floyd-un polis tərəfindən saxlanılarkən, sərt davranış nəticəsində ölümündən sonra ABŞ-ı etiraz dalğası bürümüşdü. Həyəcanlar və kütləvi iğtişaşlar onlarla ABŞ şəhərlərini öz ağuşuna almışdı. Bəzi ştatlarda isə həmin iğtişaşlar talan, qarət, atışma və yanğınlarla müşayiət olunmuşdu.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnsan resursları üzrə təcrübəçi tələb olunur

İnsan resursları üzrə Təcrübəçi, İnsan resursları,Təcrübə Proqramı,İnsan resursları üzrə təcrübəçi tələb olunur.

İşəgötürən: Sabah group LLC.

İş barədə məlumat:

Namizədə tələblər:

  • Yaş həddi: 20-30;
  • Azərbaycan dili səlis, rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək;
  • Ali təhsilin olması;
  • MS Excel,MS Word və Outlook Express proqramlarından sərbəst istifadə edə bilmə bacarığı;
  • Kommunikasiya qurmaq və komanda ilə işləmək bacarığı;
  • İR sahəsi üzrə karyera qurmaq hədəfi.
Mənbə: finstaff.az

Hansı hallarda şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir?

posted in: Xəbər | 0

Sənədsiz mallar, Malların alışı, sənədləşmə prosedurları,Aşağıdakı şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir:

– 15 yaşına çatmayanlar;

– ali və orta ixtisas təhsil müəssisəsində əyani təhsil alanlar;

– “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslər;

– Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsində və 75-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində göstərilən hallar istisna olmaqla, göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslər, 6 (altı) ay müddətində.

– İşsiz kimi qeydiyyata alınmayan və ya işsiz kimi qeydiyyatı ləğv olunan şəxs, məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün təkrar 1 (bir) aydan sonra müraciət etmək hüququna malikdir.

Təqdim edilmiş sənədlərdə təhrif olunmuş və ya yalnış məlumatlar olduğu üçün işaxtaran kimi qeydiyyatı ləğv edilmiş şəxs həmin hal aradan qaldırıldıqdan sonra işaxtaran kimi qeydiyyata alınmaq üçün təkrar müraciət etmək hüququna malikdir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Mühasib – ROYAL FOODS MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya, mühasib,Vakansiya: Mühasib tələb olunur.

İşəgötürən: ROYAL FOODS MMC.

Vakansiya barədə məlumat:

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;

– Elektron portal proqramı ilə işləmək bacarığının olması;

– Vergi orqanları ilə yazışmalar;

– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;

– E-Qaimələrin yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;

– Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;

– Bank əməliyyatlarının aparılması;

– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;

– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;

– Həftədə 5 iş günü (09:00-dan 18:00-dək)

– Həftədə 2 gün İstirahət (şənbə və bazar günü)

Mühasib üçün tələblər:

– Müvafiq sahə üzrə Ali təhsil;

– Mühasibatlıq və Vergi qanunvericiliyi biliyi;

– Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;

– Kompyuter biliyi MS Word, excel, 1C 8.3,

– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun