Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadılıb

posted in: Xəbər | 0

Dövlət qulluğuna qəbul ilə bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadılıb

Dövlət qulluğu,Dövlət İmtahan Mərkəzi (DİM) 17.09.2019 və 13.01.2020-ci il tarixli müsabiqənin müsahibəsi elanları üzrə dövlət qulluğuna qəbul üzrə keçiriləcək müsahibələrdə iştirak edəcək namizədlərə müraciət edib.

Mərkəzdən verilən məlumata görə, koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi nəzərə alınaraq, vətəndaşların dövlətin idarə edilməsində iştirak hüququnun təmin edilməsi və dövlət orqanlarının kadr tələbatının ödənilməsi, eyni zamanda müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək məqsədilə 18 mart 2020-ci il tarixindən təxirə salınmış müsahibələrin onlayn qaydada təşkil edilməsi nəzərdə tutulub.

Namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə Mərkəzin müvafiq inzibati binalarından qoşulacaqlar.

17.09.2019 və 13.01.2020-ci il tarixli müsabiqənin müsahibəsi elanları üzrə müsahibələri təxirə salınmış namizədlər 30 iyun saat 23:59-dək Mərkəzin internet portalından https://eservices.dim.gov.az/dqq/Elan/OnlineMsh linkinə daxil olmaqla müsahibələrin təşkili üçün DİM-in onlara uyğun olan müvafiq regional bölməsini seçməlidirlər. Namizədlərlə onlayn müsahibələr onların seçdiyi regional bölmədə təşkil ediləcəkdir. Müsahibələrin keçirilmə qrafiki 5 gün əvvəl Mərkəzin internet portalında yerləşdiriləcək.

Müsahibələrin onlayn qaydada təşkili ilə bağlı “Təlimat” hazırlanmışdır. Təlimata uyğun olaraq namizədlər müsahibəyə gələrkən şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, müsahibə binasına tibbi maska ilə gəlməli, əllərini girişdə yerləşdirilmiş tibbi spirt və ya dezinfeksiyaedici vasitə ilə təmizləməli, buraxılış rejimi zamanı digər namizədlərlə 2 metrlik məsafə saxlamalıdırlar.

Məsafədən ölçə bilən termometrlə namizədlərin bədən hərarəti yoxlanıldıqdan sonra onlar müsahibəyə buraxılırlar. Namizədlərin temperaturu 37°C və daha yüksək olduqda, həmçinin normal bədən temperaturunda tənəffüs yollarının kəskin infeksiyası simptomlarının mövcudluğu halında onlar müsahibəyə gəlməməlidirlər. Qeyd edilən hallar olduqda namizədlərlə keçiriləcək müsahibələr təxirə salınır.

Namizədlər əlavə məlumat əldə etmək üçün (012) 431 63 86 (daxili 120, 117) nömrəsi ilə əlaqə saxlaya və ya  elektron poçt ünvanına yaza bilərlər.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Mühasib – RZ Group MMC İlkin Ödənişsiz İş Mərkəzi

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya, mühasib,Vakansiya: Mühasib tələb olunur.

İşəgötürən: RZ Group MMC İlkin Ödənişsiz İş Mərkəzi.

Əmək haqqı: 800 – 1100 AZN.

Vakansiya barədə məlumat:
  • İş şəraiti: Şəbəkə restoranların baş ofisi
  • İş saatı: 09:00-18:00
  • İstirahət: Bazar
  • İş ünvanı: Sahil
  • Əmək haqqı artımı mövcuddur
Mühasib üçün tələblər:
  • Orta ixtisas və ya ali təhsil
  • Minimum 3 il təcrübə
  • Vergi, DSMF hesabatlarını bilməli
  • 3 rəqəmli planla işləyə bilməli (yeni versiya)
  • 1C proqramında işləyə bilməli
  • Logo və ya Günəş proqramlarından birini bilənlərə üstünlük veriləcək

CV-ni / ünvanına göndərin.

Mənbə: finstaff.az 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Karl Marks və mühasibat uçotu

posted in: Məqalə, Xəbər | 0

Karl Marks və mühasibat uçotu

Alqı-satqının həyata keçirilməsi üçün vaxt sərf etməklə yanaşı, iş vaxtı həm də mühasibat uçotunun aparılmasına sərf olunur. O, bundan başqa, xərc və əlavə əmək (qələm, mürəkkəb, kağız, yazı masası və s.) tələb edir. Yəni, idarə üçün xərclər yaranır.  Deməli, bu funksiyanı yerinə yetirərkən bir tərəfdən işçi qüvvəsi, digər tərəfdən isə əmək vasitələri xərclənir. Buradakı vəziyyət alqı-satqıya sərf olunan vaxtla eynidir.

Kapital öz dövriyyələrində birlik, hərəkətdə olan dəyər kimi, həm də istehsal sahəsində və ya dövriyyənin iki fazasında olub-olmamasının fərqinə varmır. Belə birlik olaraq kapital yalnız ideal şəkildə, hesab pulları şəklində, ilk növbədə, əmtəə istehsalçısının və ya kapitalist əmtəə istehsalçısının başında mövcud olur.

Bu hərəkət həm də əmtəə qiymətlərinin müəyyən edilməsi və ya hesablanmasının (qiymətlərin kalkulyasiyasının) daxil olduğu mühasibat uçotunun aparılması vasitəsilə qeydə alınır və ona bu cür nəzarət edilir. Beləliklə, istehsalın hərəkəti və xüsusən də qiymətin artması prosesinin – özü də mallar yalnız dəyər daşıyıcıları, ideal varlığı dəyər olaraq hesab-fakturalarda təsbit edilən əşyaların adları kimi təsvir olunur – təsəvvürdə isə simvolik təsvir alır. Hələ ki, ayrıca bir əmtəə istehsalçısı mühasibat uçotunu aparır və ya bunu yalnız beynində edir (məsələn, bir kəndli kimi; yalnız kapitalist kənd təsərrüfatı, həqiqətən mühasibat uçotunu aparan bir fermer təsərrüfatı yaradır) və ya xərcləri, gəlirləri, ödəniş müddətləri və s. qeyd edir.

Bu funksiyanın özünün təbiəti nə kapitalist əmtəə istehsalçısının əlində cəmləşdirildiyinə və bir çox xırda əmtəə istehsalçılarının funksiyasından əldə etdiyi məbləğə görə, nə böyük miqyasda aparılan istehsal prosesində, nə də onun məhsuldar funksiyalardan ayrılması, onun müstəqil məxsusi agent funksiyasına ayrılması nəticəsində əldə etdiyi məbləğə görə dəyişir.

Əgər bu özlüyündə belə deyilsə, yəni, o, müstəqil funksiyaya çevrilməyibsə, əmək bölgüsü, hər hansı bir funksiyanın müstəqil funksiyaya ayrılması hələ məhsulu və dəyəri istehsal edən funksiya yaratmır. Kapitalını yenidən yatıran kapitalist kapitalın bir hissəsini mühasibin işə götürülməsi və s. və mühasibat uçotunun aparılması üçün vəsaitin alınmasından ötrü istifadə etməlidir. Əgər onun kapitalı artıq fəaliyyət göstərirsə, öz təkrar istehsalı üzrə daimi prosesdədirsə, kapitalist əmtəə məhsulunun bir hissəsini pula çevirərək bu hissəni daim mühasibin, idarədə işləyənlərin və s. saxlanmasına sərf etməlidir. Kapitalın bu hissəsi istehsal prosesindən yayınır və ümumi gəlirdən çıxılma xərclərinə aiddir. (Eyni ilə yalnız bu funksiyanı yerinə yetirmək üçün tətbiq olunan işçi qüvvəsinin özü haqqında da danışmaq lazımdır.).

Buna baxmayaraq, mühasibat uçotu xərcləri arasında, yəni, bir tərəfdən bu iş vaxtının məhsuldar olmayan dəyəri ilə digər tərəfdən almaq və satmaq vaxtı arasında müəyyən fərq var. Sonuncular yalnız istehsal prosesinin müəyyən ictimai formasından, yəni, malların istehsalı prosesindən irəli gəlir. Mühasibat uçotu bu prosesin nəzarət və zehni ümumiləşdirilməsi vasitəsi kimi, istehsal prosesinin ictimai miqyasda nə qədər çox həyata keçirildiyi və sırf fərdi xarakterini itirdiyi qədər zəruri olur. Buna görə də, kapitalist istehsalı zamanı mühasibat uçotunun aparılması, parçalanmış sənətkarlıq və kəndli istehsalı ilə müqayisədə daha zəruridir. O, kapitalist istehsalından daha çox ictimai istehsalda lazımdır. Lakin mühasibat uçotu xərcləri istehsalın konsentrasiyası ilə birlikdə azalır. Nə qədər azalırsa, bir o qədər dövlət mühasibatlığına çevrilir.

Burada yalnız formaların metamorfozu nəticəsində yaranan dövriyyə xərclərinin ümumi xarakteri barədə danışırıq. Burada xərclərin bütün ətraflı formalarına daxil olmaq lazım deyil. Lakin formaların təmiz çevrilməsi sahəsinə aid olan və bu səbəbdən istehsal prosesinin müəyyən bir sosial formasından irəli gələn xərclərin bu formaları nə dərəcədə fərdi məhsul istehsalçısı üçün yalnız sürətlə gedən və zəif dərəcədə nəzərə çarpan məqamlardır. İstehsal funksiyaları ilə birlikdə meydana gəlir və ya onlarla birləşir. Kütləvi dövriyyə xərcləri kimi çıxış edərək, baxışları nə qədər heyrətləndirə bilirlər. Bu, sadə qəbul və pulun verilməsi nümunəsində, həmin əməliyyat ayrı-ayrılıqda olduqda və böyük miqyasda bankların müstəsna funksiyası və s. kimi cəmləndikdə və yaxud ayrılıqda götürülən bir müəssisədə kassir kimi olduqda görünür. Amma onu da yadda saxlamaq lazımdır ki, dövriyyənin bu xərcləri öz növünü dəyişdirsə də, öz xarakterini dəyişmir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Alman avtomobil nəhəngi minlərlə iş yerini ixtisar edəcək

posted in: Məqalə, Xəbər | 0

Alman avtomobil nəhəngi minlərlə iş yerini ixtisar edəcək

Almaniyanın məşhur BMW avtomobil şirkəti altı min iş yerini azaltmaq niyyətindədir. Bu barədə Süddeutsche Zeitung nəşri avtokonsernin mətbuat relizinə istinadən məlumat verib.

COVİD-19 pandemiyasının yaratdığı böhran səbəbi ilə satış həcmi kəskin şəkildə azalmışdır. Nəticədə, alman avtomobil nəhəngi az qala iflas astanasına gəlib çatmışdı.

İş yerlərinin ixtisarı üzrə razılaşdırılmış tədbirlər zərfi şirkətin qısa müddətdə fəaliyyətinin səmərəliliyini artırmaq və onun innovasiyasını uzunmüddətli saxlamaq məqsədi daşıyır. Həmin zərf bir neçə bənddən ibarətdir.

Belə ki, yaxın vaxtlarda pensiyaya çıxmalı olan işçilərin fəxri istirahətə vaxtından əvvəl göndərilmələri hüququ tanınır və onlara istirahət müavinətləri ödənilir. Rəsmi iş həftəsi isə 40 saatdan (əgər müqavilədə belə bir bənd nəzərdə tutulubsa) 38 saata qədər azaldılır.

Bundan əlavə, planda tarif ödənişlərindən imtina edən əməkdaşlardan ötrü səkkiz gün əlavə məzuniyyət verilməsi nəzərdə tutulur. Azad olunmuş iş yerlərinə yeni namizədlərin qəbulu nəzərdə tutulmur.

Böhranın fonunda Fransanın Renault avtomobil korporasiyası da kütləvi ixtisarlar barədə anons verib. Ümumilikdə, Fransa korporasiyası üç il ərzində Fransada 4.6 min daxil olmaqla, təxminən 15 min işçisini ixtisar etməyi planlaşdırır.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun