İcazələr gündəlik yoxlanılmalıdır
İcazələr gündəlik yoxlanılmalıdır

You can display the Full post on your Blog Page
İcazələr gündəlik yoxlanılmalıdır


İyulun 5-dən təşkilatlar işə çıxmalı olan əməkdaşları üçün yenidən icazə almalıdır

Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Aparılan təhlillər onu göstərir ki, bəzi təşkilatlar icazə portalından sui-istifadə edirlər. Buna görə də bəzi icazələr silinib və təşkilatlara bununla bağlı məlumatlar göndərilib”, – o bildirib.
Mənbə: report.az

Azərbaycan Mərkəzi Bankı, Dövlət Vergi Xidməti və Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların rəhbər nümayəndələrinin, həmçinin nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun üzvlərinin iştirakı ilə görüş keçirilib.
Görüş zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hazırlanmış “Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması” Qaydasının layihəsi, bununla əlaqədar banklar tərəfindən toplanmış, “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun üzvləri tərəfindən sistemləşdirilmiş təkliflər Dövlət Vergi Xidmətinin nümayəndələri ilə müzakirə edilib.
Qeyd edək ki, müzakirələr nəticəsində Qayda layihəsinin son versiyası hazırlanaraq banklara təqdim edilib.
Mənbə: apa.az

Pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirlərinin bir istiqaməti də qeyri-dövlət sektorunda iş yerlərinin qorunmasına yönəlib. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilir. İşəgötürənlərlə sosial dialoq müstəvisində müvafiq işlər aparılır.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, görülən işlərin müsbət nəticəsi kimi özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib. Əksinə, artım dinamikası davam edib.
Mənbə: vergiler.az
