Özəl sektorda əmək müqavilələrinin sayı 751,3 minə çatıb

posted in: Xəbər | 0
birbank biznes

işəgötürən. xidməti müqavilə, Əmək müqaviləsinə xitam, emek muqavilesi şirkət İcbari sığorta Əmək müqaviləsiPandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirlərinin bir istiqaməti də qeyri-dövlət sektorunda iş yerlərinin qorunmasına yönəlib. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilir. İşəgötürənlərlə sosial dialoq müstəvisində müvafiq işlər aparılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, görülən işlərin müsbət nəticəsi kimi özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib. Əksinə, artım dinamikası davam edib.

Qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı bu il aprelin 1-dən 87,2 min, yanvarın 1-dən isə 110 min artaraq iyulun 1-də 751,3 minə çatıb.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email