Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamovun müsahibəsi

posted in: Xəbər | 0

Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov: “İpoteka kreditləşməsini genişləndirməkdə məqsədimiz, insanların mənzilə olan ehtiyaclarını ödəməkdir”.

Son zamanlar kommersiya bankları tərəfindən ipoteka kreditlərinin rəsmiləşdirilməsi istiqamətində böyük işlər görülür. Kommersiya bankları İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təqdim olunan kreditlərlə yanaşı, öz vəsaitləri hesabına sərfəli daxili ipoteka kreditləri də təqdim edirlər. Bu sahədə ölkənin iri banklarından olan Kapital Bank daha böyük portfelə malik olmaqla, müştərilərinə sərfəli şərtlər əsasında ipoteka kreditləri təklif edir. Bu məqsədlə ipoteka kreditləşməsi sahəsində olan yeniliklər barədə məlumat almaq üçün Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamovdan müsahibə aldıq.

Ramil müəllim, son zamanlar Kapital Bank ipoteka kreditlərinin verilməsinə böyük diqqət ayırır. Xahiş edirik bu istiqamətdə olan yeniliklər və statistik məlumatlardan danışaq.

Kapital Bank vətəndaşların mənzil ehtiyaclarının ödənilməsi və yeni mənzil əldə edənlərə kömək etmək məqsədilə ipoteka kreditlərinin verilməsini hər zaman diqqət mərkəzində saxlayır. Bununla əlaqədar olaraq son dövrdə bankımızda riteyl kreditləşmə sahəsinin tərkib hissəsi olan ipoteka kreditləşməsinin əhatə dairəsi genişləndirilib. Belə ki, əhalinin mənzilə olan tələblərinin qarşılanması məqsədilə dövlət tərəfindən maliyyələşən kreditlərin həcmi artırılıb. Habelə bankın öz vəsaiti hesabına kreditlərin verilməsinə başlanılıb. Statistik göstəricilərə nəzər salsaq görərik ki, hazırda Kapital Bank-ın ipoteka kredit portfeli artaraq 200 mln manat həddinə çatıb. Bankın gələcək prioritetlərindən biri cari portfeli saxlamaqla yanaşı, daha da artırmaqdır.

Kapital Bank-da əsasən hansı növ ipoteka kreditləri mövcuddur?

Kapital Bank cari il üzrə İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən adi və güzəştli ipoteka kreditlərin verilməsində aktiv iştirak edib. Fond hesabına verilən kreditlər üzrə yerləşdirmə ötən ilin analoji dövrü ilə müqayisədə 25% artıb. Bundan sonrakı dövr üzrə Bankımız tərəfindən İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən kreditlərin həcminin artırılması planlaşdırılır.

Həmçinin Kapital Bank, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən təqdim olunan mənzillərin kreditləşməsi üzrə olan dövlət layihəsində də aktiv iştirak edir. Ötən il ərzində MİDA layihəsi üzrə təqdim olunan mənzillər üçün 3 milyon manat həcmində kredit rəsmiləşdirilib. Bu ipoteka növü üzrə kredit portfelimiz, ümumilikdə 6 milyon manat təşkil edir. Cari il ərzində MİDA tərəfindən təqdim olunan yeni layihələrə əsasən mənzillərin kreditləşməsi nəzərdə tutulur və vətəndaşların müraciətlərinə operativ şəkildə baxılması təmin edilir. Bununla əlaqədar Kapital Bankı-ın rəsmi internet səhifəsində (www.kapitalbank.az/loans), həmçinin bütün ölkəni əhatə edən filial şəbəkəmizdə vətəndaşların müraciətlərinin qəbul edilməsi üçün rahat imkan yaradılıb.

Bundan başqa, dövlət layihələri ilə yanaşı Kapital Bank müştərilərin artan mənzil tələbatlarını ödəmək üçün öz vəsaiti hesabına 2 növ yeni daxili ipoteka məhsulunu təklif edir. İpoteka kreditləşməsini genişləndirməkdə məqsədimiz, insanların mənzilə olan ehtiyaclarını ödəməkdir

İpoteka kreditləşməsi yalnız Bakı şəhərini əhatə edir?

Regionlarda əhalinin yaşayış şəraitinin və mənzil təminatını yaxşılaşdırmaq məqsədilə bu ilin may ayından etibarən regionlar üzrə güzəştli şərtlərlə sosial ipoteka məhsulunun kreditləşməsinə başlanılıb. Qeyd olunan məhsul növündən, əsasən az təminatlı və sosial təbəqəyə mənsub olan gənc ailələrin faydalanması nəzərdə tutulur. 1 aydan bir qədər artıq müddət ərzində artıq bu məhsul növündə 22 vətəndaş faydalanıb ki, bu şəxslərə verilən kreditlərin həcmi 500 min manat miqdarındadır. Bu məhsul növü üzrə 10 milyon manat civarında kreditlərin verilməsi nəzərdə tutulur və mütəmadi olaraq müraciətlər qəbul edilir.

Paralel olaraq bankımız tərəfindən ipoteka kreditləşməsinin əhatə dairəsi Bakı, Abşeron və Sumqayıt şəhər əraziləri üzrə yeni növ daxili ipoteka krediti məhsulunun satışına start verilib. Təklif olunan məhsul növü ilə müştərilərə 10 il müddətinə 500 min manatadək daxili ipoteka kreditindən faydalanmaq imkanı yaradılıb. Müştərilərimiz üçün sevindirici xəbər olaraq bildirək ki, hazırda tərəfimizdən müvafiq məhsul üzrə 3 aylıq endirim kampaniyası təklif olunur. Belə ki, kampaniya müddətində müştərilərimiz  10%-dən başlayan illik faiz dərəcəsi ilə bu kreditlərdən faydalana bilərlər. Cari kampaniya 30 sentyabr 2020-ci il tarixədək davam edəcək. Əlavə olaraq qeyd edək ki, bu məhsul növü üzrə bir sıra Mənzil Tikinti Kooperativləri ilə də əməkdaşlıq etmək nəzərdə tutulub. Bunun nəticəsində Bankımız tikinti sektorunda fəaliyyət göstərən biznes subyektlərinə də öz dəstəyini göstərir.

İpoteka kreditlərindən faydalanmaq istəyənlər Kapital Bank-a hansı kanallarla müraciət etməlidirlər?

Artan ipoteka kreditləşməsi tələbatını ödəmək və müştərilərə operativ xidmət göstərmək məqsədilə Kapital Bank tərəfindən ipoteka krediti verən xidmət nöqtələrinin sayı artırılaraq, regionlar üzrə 52, Naxçıvan Muxtar Respublikası üzrə 1, Bakı şəhəri üzrə 2, ümumilikdə isə 55 filialda müştərilərə xidmət göstərilir. Gələcəkdə yarana biləcək əlavə ehtiyacların ödənilməsi üçün bu sayın daha da artırılması planlaşdırılır. Həmçinin ipoteka kreditləşməsi üzrə müştərilərin müraciətlərinin operativ şəkildə qəbulu, təhlili və cavablandırılması filiallarla yanaşı müxtəlif onlayn kanallar – (+99451) 250 99 99 WhatsApp nömrəsi, 8196 qısa nömrəsi, 196 Məlumat Mərkəzi, bankın rəsmi internet səhifəsi (kapitalbank.az/loans) vasitəsilə də həyata keçirilir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hasilat, vaxt və xidmət normalarının qüvvədə olma müddətləri hansılardır?

posted in: Xəbər | 0

Daimi hasilat normaları (vaxt normaları) və xidmət normaları qeyri-müəyyən müddət üçün qoyulur və dəyişdirilən vaxtadək qüvvədə qalır.

Müvəqqəti hasilat normaları (vaxt normaları) və xidmət normaları məhsul istehsalının, texnikanın, texnologiyanın mənimsənilməsini və ya istehsal və əməyin təşkil edilməsi dövrü üçün üç ay müddətinədək müəyyən edilə bilər.

Ayrı-ayrı hallarda müvəqqəti normaların qüvvədə olması müddəti müəssisənin həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən uzadıla bilər. Müəyyən edilmiş müddət qurtardıqdan sonra müvəqqəti normalar daimi normalarla əvəz edilməlidir. Texnologiya dəyişiklikləri, bədbəxt hadisələr, qəza və bu qəbildən olan digər birdəfəlik xarakterli işlər üçün normalar hər bir konkret halda bu şərtlə müəyyən edilir ki, müvafiq işin görüldüyü vaxt ərzində həmin işlər üzrə müvəqqəti və ya daimi normalar müəyyən edilməmiş olsun.


Bax: Hansı hallarda şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Mühasibat mütəxəssisi – Accounting and Tax Resources

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

baş mühasib, vergilər, vakansiya mühasib,Əmək haqqı hesablanması üzrə mütəxəssisVakansiya: Mühasibat mütəxəssisi tələb olunur.

İşəgötürən: Accounting and Tax Resources

Vakansiya barədə məlumat:

– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesablarında əks etdirilməsi

– Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının və digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi

– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi

– Təhtəlhesab, balans, avans hesabatının aparılması

– Dövlət orqanlarına hesabatların hazırlanması (Statistika, DSMF və s.)

– Hesab və elektron qaimə-fakturaların yazılması

– Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması

– Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması

– Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması

– Ünvan World Biznes Centre 11/3

– İş qrafiki Həftənin 5 günü 9-6

Namizədə tələblər:

– 1C proqramında müəssisənin maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq və hesabatların hazırlanması

– Hesabatlar əsasında maliyyə analizlərinin aparılması və maliyyə təkliflərinin verilməsi

– Gəlir və Xərclərin, şirkət aktivlərinin dövr ərzində hərəkətinə nəzarət etmək və doğruluğuna əmin olmaq

– Büdcənin formalaşdırılması, tətbiqi və yoxlanılması

– Maliyyə transaksiyaların dəqiqliklə və periodik qeydiyyatına nəzarət

– 1 C proqramı ilə işləmək bacarığı

– Müvafiq sahədə 2 ildən az olmayan iş təcrübəsi

– Microsoft Office proqramlarında, xüsusilə, MS EXCEL-də işləmək bacarığı

CV-ni / ünvanına göndərin.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xüsusi karantin rejimi uzadıldı

posted in: Xəbər | 0

karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiYeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

• 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

● Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

● Virusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək həmçinin aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir:

● nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

● ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

● muzey və sərgi zallarının fəaliyyəti;

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

● açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

● təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)

● ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)

● yaxın qohumunun dəfnində iştirakla əlaqədar. (102 Xidməti – Zəng Mərkəzi vasitəsilə)

Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS – məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS – məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

Fəaliyyətinə icazə verilən qurum və sahələrin işləyən əməkdaşları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı üzrə müəyyən edilmiş qaydalara uyğun olaraq xidməti vəsiqələr və ya “icaze.e-gov.az” portalı vasitəsi ilə hərəkət edə bilər.

Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir. Nəzərdə tutulan qaydalarla şəxslərin hərəkəti zamanı onların üzərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmaqdan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Bu müddətdə yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmaq zəruridir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun