Mallar geri qaytarıldıqda ƏDV-nin qaytarılması mexanizmi necə işləyir?

posted in: Vergi, Xəbər | 0

Mallar geri qaytarıldıqda ƏDV-nin qaytarılması mexanizmi

ƏDV-nin qaytarılması, ƏDV depozit hesabı, ƏDV ödəyicisi, ƏDV hesablanması, EDV ƏDV Müavinət məbləği Əsas məbləğPərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması məqsədilə yaradılan xüsusi portalda (www.edvgerial.az) artıq 264 min nəfər qeydiyyatdan keçib. Dövlət Vergi Xidmətindən verilən məlumata görə, 2020-ci ilin may ayı ərzində vətəndaşlar tərəfindən 2,9 milyondan çox kassa çeki barədə məlumat portalda qeydə alınıb. Həmin çeklər üzrə 207,8 min manat ƏDV məbləği geri ödənilib. Həmin məbləğlər istehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib.

Qeyd edək ki, qanunvericiliklə istehlakçıların aldıqları malı müəyyən səbəblərdən geri qaytarması hüququ tanınıb. Bəs bu halda ƏDV-nin geri alınması mexanizmi necə işləyir? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirib.

Bu halla bağlı 3 məqamı nəzərdən keçirək:

Birinci məqam: Alıcı malı aldığı tarixdən 30 gündən gec olmayaraq geri qaytarır.

Vergi ödəyicisi istehlakçının 10 aprel 2020-ci il aldığı 400 manatlıq malı 20 aprel 2020-ci ildə geri qaytarır. Bu zaman vergi ödəyicisinin ödənişi ləğv edilir və bu əməliyyat nəticəsində istehlakçının “edvgerial.az” portalındakı çekinin statusu “Gözləyən”dən “Ləğv olunan”a keçirir.

İkinci məqam: Alıcı malı aldığı tarixdən 30 gün sonra geri qaytarır.
İstehlakçı nağd aldığı 200 manatlıq malı geri qaytarır. Bu alğı-satqı üçün vergi ödəyicisinə 3,05 manat ƏDV-nin qaytarılması nəzərdə tutulub və istehlakçının “edvgerial.az” portalındakı çekinin statusu “Qaytarılan”dır.

Bu zaman, vergi ödəyicisi istehlakçıya malın tam dəyərini yox, qaytarılan ƏDV çıxılmaqla, yəni 196,95 manat (200 manat – 3,05 manat) ödəməlidir.

Üçünçü məqam: Alıcı aldığı malı başqa bir malla dəyişdirir.

Bu zaman, iki fərqli vəziyyət yarana bilər: mal daha ucuz və ya daha yüksək qiymətə dəyişdirilə bilər.

Vergi ödəyicisi alıcının nağd şəkildə 100 manata aldığı malı 80 manatlıq malla dəyişdirdikdə ödənişi istehlakçıya fərqi çıxmaqla qaytarmalıdır. 100 manatlıq və 80 manatlıq mala görə qaytarılan ƏDV məbləği müvafiq olaraq 1,52 manat və 1,22 manat təşkil edir. O səbəbdən, dəyişdirilmə zamanı, vergi ödəyicisinə 20 manat yox, 19,70 manat (20 manat – (1,52 manat – 1,22 manat)) qaytarılmalıdır.

Misallardan göründüyü kimi, malların geri qaytarılması və ya dəyişdirilməsi hallarında vergi ödəyicisi ilə yanaşı, mühasiblər də prosesə nəzarət etməlidirlər ki, yekunda hər hansı kənarlaşma baş verməsin.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hansı biznes virus səbəbiylə sıradan çıxacaq? (3-cü hissə)

posted in: Xəbər | 0

Hansı biznes sıradan çıxacaq? (3-cü hissə)

2-ci hissəni oxumaq üçün keçidə daxil olun

Unikal böhran iqtisadiyyatın strukturunu yenidən quracaq: bir seqmenti öldürəcək, digərini isə yaradacaq. Yeni dünyada hansı biznes və peşələrə tələbat olacaq və hansı biznes tükənmək təhlükəsi altında qalacaq?

Yeri gəlmişkən, məsafədən iş payının artması ilə əlaqədar ezamiyyətlərin sayının, həmçinin gəlirlərin düşməsi səbəbindən səyahətlərin payının azalması ictimai nəqliyyatda, o cümlədən qatarlarda da yükü əhəmiyyətli dərəcədə azaldacaq. Bu, bütün nəqliyyat sahəsini çətin vəziyyətə salacaq.

Metallurgiya

Avtomobillərə, təyyarələrə, vaqonlara tələbatın azalması metallurgiya sektorunda geriləməyə səbəb olacaq. “Bir sıra iqtisadçılar tərəfindən iqtisadiyyatın real sektorunda özəyi kimi təqdim etdikləri sənayenin bir çox sahələri güclü zərbə altında qalıb”, – Aleksandr Baranov belə deyir. – İqtisadiyyatın bu sektorlarında tələbatın bərpası, yəqin ki, tamamilə V-obrazlı ssenari üzrə və hətta bəlkə də, U-obrazlı ssenari üzrə baş verməyəcək. Mənim fikrimcə, iqtisadiyyatın bu sahələrində bərpaolunma tələbatın azalması ilə müqayisədə daha yavaş olacaq, yəni, enişə 2-3 ay lazım gəlibsə, onun bərpası bir-iki il davam edəcək”.

Neft hasilatı və neft emalı

“Bu sahədə koronavirus və karantin səbəbindən xam neft və neft məhsullarına tələbat kəskin şəkildə azaldı. Nəticədə təxminən 25-30 faizlik tələbat və təklif disbalansı meydana gəldi, – Aleksandr Baranov qeyd edir. – Bu sahədə dünya iqtisadiyyatı İkinci Dünya müharibəsindən bəri bu qədər ciddi disbalansla üzləşməyib”. May – iyun aylarında bu disbalansın 10% -ə qədər azalacağı gözlənilir. Lakin, hətta bu şəraitdə neft bazarı uzun müddət qiyməti diktə edəcək və tədarükçünü seçəcək bir alıcı bazarına çevrildi. Ümumi azalma iqtisadiyyatın real sektorlarında elektrik enerjisinin istehlakının artmasına səbəb olmayacaq.

Əyləncə, restoranlar, turizm

Əyləncə sənayesinin prinsipcə heç də bütün oyunçuları karantindən sonra öz fəaliyyətlərini davam etdirə bilməyəcəklər. “Böhran dövrü ərzində birbaşa bağlanılan və öz məhsullarını və xidmətlərini sata bilməyənlər xüsusilə ağır vəziyyətə düşəcəklər, – PANTEY Consulty rəhbəri Skavronskiy belə hesab edir. – Fitnes-klublar, kinoteatrlar hələ uzun müddət böhrandan əvvəlki vəziyyətə qayıda bilməyəcəklər. Bu həm də ondan irəli gəlir ki, bir çoxları keçən müddət ərzində onlayn – kinoteatrlar, onlayn – məşqlərdən istfadə etməyə başlayıblar. Özlərinə ev kinoteatrları, trenajorlar alıblar”.

İstehlak tələbatı elastikliyi ilə fərqlənir. “Zəruri olan, lakin, hansısa səbəbdən soyuducu satın alınması ertələnibsə belə, soyuducu yenə də alınacaq. Əyləncə və ya restoran biznesində isə ertələnən tələbat adətən realizə olunmur, – fond bazarı üzrə ekspert Mixail Zeltser belə söyləyir. – Bundan əlavə, epidemiya dayandırıldıqdan sonra da davranış modeli, uzun müddət xidmət şirkətlərinin bərpasını məhdudlaşdıran qanuni təxəyyül ilə fərqlənə bilər. Yəqin ki, bir müddət turizm klasterinin durğunluğu müşahidə olunacaq. Mülki aviadaşımaların müşayiət olunan sahəsi də dəstək tələb edəcək”.

Pandemiya başa çatdıqdan sonra adamların əksəriyyətində pul vəsaitlərinin olmamasından da, restoran və turizm sahələrinə ağır zərbə dəyəcək.

Tədbirlərin təşkil olunması

“Güman ki, dünya konfranslar, konqreslər, forumlar, konsertlər və müxtəlif kütləvi əyləncə tədbirləri kimi bir yerə toplanmaqla bağlı kütləvi tədbirləri tərk etmək ərəfəsindədir, – Aleksandr Baranovun təxmini belədir. – Bu cür xidmətləri get-gedə daha çox distansiyalı tədbirlər əvəz edəcək. Dərhal deyə bilərsiniz ki, bu cür dəyişikliklər otel biznesinə, aviadaşıyıcılara və ictimai tədbirlərin təşkilatçılarına yaxın vaxtlara qədər mövcud olduğu formada zərbə vuracaq”.


4-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nə istədiyinizi bilmirsinizsə, peşəni necə seçə bilərsiniz?! (III hissə)

posted in: Xəbər | 0

Peşə seçimi necə olmalıdırNə istədiyinizi bilmirsinizsə, peşə seçimi necə olmalıdır? (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Bu gün insan həyatında ən vacib olan peşə seçimi haqqında danışaq. Bu seçimə, xüsusən də uşaqlarınıza aid olduqda, çox məsuliyyətlə yanaşmalısınız. Burada giriş məlumatları çoxdur.
Dəb və pul arxasınca düşməyin

Həm o, həm də digəri – çox dəyişkəndir. Əgər düşünürsünüzsə ki, məsələn, hüquqşünaslar çoxlu pul qazanır, ona görə hüquqşünaslıq oxumağa getmək lazımdır, bu belə deyil. “Yaxşı” hüquqşünaslar çox qazanırlar. “Yaxşı” iqtisadçılar çox qazanırlar və s. Öz işlərinin biliciləri yaxşı da qazanc əldə edirlər. Yəni, bu peşə ilə bağlı bir məsələ deyil.

Yaxşı tələbat duyulan peşəni seçin

Bəli, dəb və ya pul dalınca getmək lazım deyil, amma, mən tamamilə ehtirasa qapılmağı və bazarda tələb olunmayan (və olmayacaq) qeyri-mümkün bir peşə seçməyi sizə tövsiyə etmirəm. Bu vəziyyətdə, ehtirasınızı bir hobbiyə çevirmək daha yaxşıdır və sizi qidalandıra biləcək və digər istedad və bacarıqlarınızdan istifadə edəcək bir peşəni seçin.

Uşaqlarınızı özünüz əldə edə bilmədiyiniz sahələrə yönləndirməyə çalışmayın

Əgər söhbət sizin uşağınızdan ötrü peşənin müəyyənləşdirilməsindən gedirsə, yadda saxlayın – sizin özünü doğrultmayan arzu və planlarınız – bunlar sizin problemlərinizdir. Uşaqlarlarımız bizim və sizin arzularınıza ola bilsin ki, yer olmayan tamamilə başqa, yeni bir dünyada böyüyürlər. Ona görə, onlara öz istəklərimizi sırımalı deyil, uşaqlarımıza öz yollarını seçməkdə yardım etməliyik. Bu çox vacibdir.

Başqa bir şəhərə köçməyin məqsədəuyğunluğunu yaxşıca dəyərləndirin

Təkrar edirəm, insanlar çox vaxt həyatda gələcək uğurda təhsil müəssisəsinin adının əhəmiyyətini çox şişirdirlər. Bəli, daha prestijli universitetlər daha güclü elmi bazaya və praktikaya malik ola bilərlər. Ancaq, təkrar edirəm, bu ali təhsil müəssisələrinin böyük əksəriyyəti bazarda tələb olunmayan fənləri öyrədirlər. Bunun üzərinə nəqliyyat xərclərini, təyyarə biletlərini, orada mənzillərin yüksək qiymətini gəlin və özünüzə belə bir sual verin – bütün bunlara dəyərmi? Əgər siz (və yaxud övladınız) hələ nə ilə məşğul olmağı dəqiqləşdirməmisinizsə – onda başqa yerə köç etməyin məqsədəuyğunluğu barədə bir neçə dəfə düşünün.


IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkarlığın güzəştli maliyyələşdirilməsində yeni mexanizmlər tətbiq ediləcək

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi, sahibkarlıq subyekti, Maliyyə dəstəyi, Dövlət Vergi Xidməti, Sədərək, binə, İqtisadiyyat Nazirliyi, monitorinq, Sahibkarlıq, İqtisadiyyat Nazirliyi, rəhbər kadrlar,Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib.

Yeni qaydalara əsasən, Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunacaq. Bu mexanizmlərindən biri də daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsidir. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilməlidir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7% təşkil edəcək. Tətbiq olunacaq yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhvə verəcək.

Bundan başqa, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə (məs; çayçılıq, bağçılıq və s.) kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilə artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib. Mexanizmin tətbiqində əsas məqsəd kredit risklərinin azaldılması, kiçik və orta sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasıdır.

Təsdiq edilmiş digər mexanizm fors-major hadisə (təbii fəlakətlər, epidemiyalar və s.) ilə bağlı şəraitin dəyişməsi səbəbindən Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının müəyyən etdiyi qaydada kredit təşkilatlarının Fond qarşısındakı borc öhdəliyinin zəruri hallarda restrukturizasiya olunması, kredit öhdəliyin icrasına möhlət verilməsidir.

Fərmanla Sahibkarlığın İnkişafı Fondunun nizamnaməsində əlavə və dəyişikliklər edilərək, fəaliyyət istiqamətlərinə zəmanət və subsidiya verilməsi mexanizmləri də əlavə olunub.

Bununla yanaşı, sahibkarlara veriləcək yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmlərini ehtiva edən sənəd layihələri də hazırlanıb və təsdiq edilmək üçün aidiyyəti üzrə təqdim olunub. Bu layihələrdə qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, eləcə də koronavirus pandemiyasının işgüzar mühitə və iqtisadi fəallığa təsirinin minimuma endirilməsi məqsədilə mövcud maliyyə mexanizmlərinın genişləndirilməsi və əlavə dəstək alətlərinin tətbiqi nəzərdə tutulur.

Belə ki, biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən yeni veriləcək 500 milyon manat kredit portfelinin 60%-dək hissəsinə dövlət zəmanəti, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-nin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Bu mexanizm müddəti 3 ildən, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil ediləcək. Yeni mexanizmlərin tətbiqi pandemiyadan zərər çəkmiş sahələrin dirçəldilməsi, iqtisadiyyatın real sektorunun inkişafı və iqtisadi artımın dəstəklənməsinə öz müsbət təsirini göstərməklə yanaşı, girov yetərsizliyi olan sahibkarların investisiya layihələrinin icrasında əhəmiyyətli rol oynayacaqdır.

Qeyd edilən mexanizmin tətbiqində sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması, kredit sifarişlərinə qısa zaman ərzində baxılması, müraciətlərin qəbulu, kredit təşkilatları və Sahibkarlığın İnkişafı Fondu tərəfindən zəruri təhlillərin aparılması və qərarların sahibkarlara çatdırılması kimi proseslər İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan elektron kredit platforması vasitəsilə həyata keçiriləcəkdir. Hazırda elektron kredit platformasının hazırlanması işləri yekunlaşmaq üzrədir.

Nəzərdə tutulan daha bir yeni mexanizmə uyğun olaraq, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfeli üzrə 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdiriləcəkdir. Bu mexanizm kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq olunacaq. Bu məqsədlə 100 milyon manat vəsait nəzərdə tutulub. Bunun 50 milyon manatı dövlət büdcəsinin vəsait hesabına, 50 milyon manatı isə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin ediləcəkdir. Bu mexanizmin tətbiqi zərər çəkmiş sahibkarların yükünü azaltmaqla yanaşı, kredit təşkilatlarının likvidliyinin təmin olunmasına müsbət təsir edəcəkdir.

Ümumilikdə qeyd olunan proqramların icrası iqtisadi aktivliyin bərpa olunması, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə əlçatanlığının artırılması, pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşunun sürətləndirilməsi və bu fəaliyyət sahələri üzrə məşğulluğun qorunub saxlanması, maliyyə risklərinin bölüşdürülməsi, maliyyə-bank sektorunun canlanması, pandemiyadan zərər çəkmiş sahibkarların maliyyə vəziyyətinin yaxşılaşdırılması, bank sektorunda likvidlik və problemli kreditlərin həcminin yüksəlməsi risklərinin aradan qaldırılmasına səbəb olacaqdır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun