Tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müddəti uzadıldı

posted in: Xəbər | 0

Nazirlər Kabienti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq daha bir ay uzadılaraq 2020-ci il iyulun 1-dək olan müddət üçün ödəniləcək.

Xatırladaq ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

– tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

– təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

– pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişiklik edilib

posted in: Xəbər | 0

Nağdsız hesablaşmalar“Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208; 2019, № 5, maddə 798, № 7, maddə 1190, № 8, maddə 1382, № 11, maddə 1684, № 12, maddə 1881) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.0.55-ci maddədən “Azərbaycan Respublikasında hüquqi şəхs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş” sözləri çıxarılsın;

1.2. 16.1-ci maddənin birinci cümləsindən “məktəbəqədər və ümumi” sözləri çıxarılsın;

1.3. aşağıdakı məzmunda 20.2-3-cü maddə əlavə edilsin:

“20.2-3. Yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulur.”;

1.4. 21.2-ci maddənin birinci cümləsində “subbakalavr ixtisas dərəcəsinin” sözləri “subbakalavr peşə-ixtisas dərəcəsinin” sözləri ilə əvəz edilsin;

1.5. 24-cü maddə üzrə:

1.5.1. 24.1-ci maddədə “peşə-ixtisas təhsilinin hər hansı pilləsini” sözləri “ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini” sözləri ilə əvəz edilsin;

1.5.2. 24.2.4-cü maddədə “ali təhsil və orta ixtisas” sözləri “ali, orta ixtisas və yüksək texniki peşə” sözləri ilə əvəz edilsin;

1.5.3. 24.4-cü maddədə “peşə-ixtisas təhsili” sözləri “təhsil” sözü ilə əvəz edilsin;

1.6. 27.1-ci maddədə “Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün lisenziyası olan və dövlət akkreditasiyasından keçmiş təhsil” sözləri “Təhsil” sözü ilə əvəz edilsin.

Maddə 2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743; 2018, № 6, maddə 1187; 2019, № 1, maddə 28, № 5, maddə 797, № 6, maddə 986, № 8, maddə 1360, № 11, maddə 1692, № 12, maddə 1903) 1 nömrəli əlavə – “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5.3-cü maddəyə “peşə” sözündən əvvəl “dövlət peşə təhsili müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;

2.2. 5.4-cü maddəyə “orta” sözündən əvvəl “dövlət orta ixtisas təhsili müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;

2.3. 5.5-ci maddəyə “ali” sözündən əvvəl “dövlət ali təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;

2.4. 5.6-cı maddəyə “əlavə” sözündən əvvəl “dövlət əlavə təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2020-ci il.

Mənbə: president.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əsas vergi nəzəriyyələri və onların müasir şərhi (3-cü hissə)

posted in: Vergi, Xəbər | 0

vergi sistemləri, vergi nəzəriyyələriƏsas vergi nəzəriyyələri və onların müasir şərhi (3-cü hissə)

2-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Vergi nəzəriyyələri vergilərin mahiyyəti və əhəmiyyəti haqqında elmi biliklərin müəyyən sistemini, yəni, bu və ya digər təyinatlı verginin tanınmasından asılı olaraq dövlətdə vergitutma modellərinin müxtəlif variantlarını nəzərdə tutur.

İngiltərə hökuməti Keyns nəzəriyyəsini Birincü dünya müharibəsi ərəfəsində, dövlətin bütün qüdrətinin hərbi sənaye istehsalına cəlb olunduğu vaxtda uğurla tətbiq etdi.

Elmi-texniki yüksəliş şəraitində, böhran hadisələrinin getdikcə daha tez-tez təzahür etdiyi bir dövrdə Keyns nəzəriyyəsi dövlətin effektiv tələbatın əldə edilməsi xətti ilə müdaxiləsi, iqtisadi inkişafın tələblərinə cavab vermir. Bunlar aşağıdakı səbəblərə görə baş verir:

  • istehsal şərtlərində dəyişikliklər səbəbindən inflyasiya xroniki xarakter almağa başladı və onlara tələbatı deyil, resursların tədarükünü yaxşılaşdıracaq müdaxilə etmək lazım idi;
  • iqtisadi inteqrasiyanın inkişafı ilə hər bir ölkənin xarici bazardan asılılığının artması baş vermişdir.
Tələbin dövlət tərəfindən stimullaşdırılması bir çox hallarda xarici investisiyalara müsbət təsir göstərdi. Buna görə də keynsin təklifin effektivliyi konsepsiyasını neoklassik konsepsiya əvəz etdi.

Neoklassik nəzəriyyə azad rəqabət və təbiiliyin üstünlüyünə, iqtisadi, xüsusilə istehsal proseslərinin davamlılığına əsaslanır. Bu əsas anlayışların fərqləri dövlət tənzimləmə metodlarına qeyri-bərabər yanaşmadır. Neoklassik istiqamətə görə xarici islahedici tədbirlər yalnız azad rəqabət qanunlarının fəaliyyətinə maneçilik törədən maneələri aradan qaldırmağa yönəlməlidir, ona görə də dövlət müdaxiləsi bazarı heç bir xarici yardım olmadan iqtisadi tarazlığa nail ola bilən təbii özünü tənzimləyən qanunlar ilə məhdudlaşdırmamalıdır. Keyns konsepsiyası isə iddia edirdi ki, dinamik tarazlıq qeyri-sabitdir və bundan dövlətin iqtisadi proseslərə birbaşa müdaxiləsinin zəruriliyi qənaətinə gəlirdi.

Neoklassik modeli quran C. Mid (Nobel mükafatı laureatı) dövlətə iqtisadi proseslərin tənzimlənməsində yalnız dolayı rol ayırırdı, dövləti onun xərclərinin hədsiz artması ilə sabitliyi pozan amil sayırdı. Mərkəzi bankların kredit-pul siyasətinə üstünlük verərək, büdcə və vergi siyasətini nəzərə almayan neoklassikistlər, gəlirlərin yenidən bölüşdürülməsinin effektiv mexanizminin yaradılmasına ümid edirlər, bu, onların fikrincə, milli sərvətin tam məşğulluğunu və davamlı inkişafını təmin edir.

Neoklassik nəzəriyyə öz növbəsində iki istiqamətdə geniş inkişaf etmişdir: təklif iqtisadiyyatı nəzəriyyəsi monetarizm.

Təklif iqtisadiyyatı nəzəriyyəsi XX əsrin 80-ci illərinin əvvəlində ABŞ-da yaranmışdır. O, vergilərin azaldılmasını və korporasiyalara vergi güzəştlərinin verilməsini nəzərdə tutur. Çünki bu istiqamətin tərəfdarlarının fikrincə, yüksək vergilər sahibkarlıq təşəbbüsünün qarşısını alır və sərmayə qoyuluşu, istehsalın yenilənməsi və genişləndirilməsi siyasətini ləngidir. Nəzəriyyənin digər mühüm aspekti dövlət xərclərinin mütləq azaldılmasıdır. Təklifin iqtisadiyyatı nəzəriyyəsinin əsas postulatı bazarın ən yaxşı tənzimləyicisinin bazarın özü olduğunu, dövlət tənzimlənməsinin və yüksək vergilərin yalnız onun normal fəaliyyət göstərməsinə mane olduğunu göstərir.


4-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

BirBank ilə NFC ödənişlər et, 25 manat keşbek qazan!

posted in: Xəbər | 0

Kapital Bank-ın 1 milyondan artıq yüklənən, ölkənin ən məşhur tətbiqi olan BirBank mobil tətbiqində Kapital Bank-ın Visa kartları ilə ödəniş edərək, keşbek qazanmaq mümkün oldu. Bu aksiya Kapital Bank-ın Visa International şirkəti ilə tərəfdaşlığı çərçivəsində təqdim olunub.

Şərtlərə görə, 10 avqust 2020-ci il tarixinədək hər biri minimum 5 manat olmaqla 10 ədəd təmassız ödəniş edən müştərilər 25 manat keşbek qazana biləcəklər. Kampaniya müddətində hər müştəri ay ərzində 1 dəfə kampaniyadan yararlanıb, qeyd olunan məbləği qazana bilər. Ödənişlər ay ərzində 1 dəfə, 10 iyul və 10 avqust tarixlərində həyata keçiriləcək.

Qeyd edək ki, Android istifadəçiləri Kapital Bank-ın BirBank mobil əlavəsi vasitəsilə NFC ödənişlər üçün hər hansı bir Kapital Bank-ın Visa kartını təyin edib, telefonu POS terminala yaxınlaşdırıb, ödəniş edə bilərlər.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun