Beynəlxalq daşımalarda vergitutma öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

Beynəlxalq daşımalarda vergitutma öhdəlikləri

Beynəlxalq daşımalarda vergitutma məsələləri ilə bağlı maraq doğuran bir sıra hallara rast gəlinir. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Daşımanın müxtəlif formalarda həyata keçirilməsi vergitutma obyeklərinin müxtəlifliyinə gətirib çıxarır. Bu sahədə fəaliyyət göstərən sahibkarlar arasında tez-tez ortaya çıxan sualları misallar üzərində nəzərdən keçirək.

Misal: Tutaq ki, “AA” MMC Panama dövlətindən mallar idxal edir. Bunun üçün Çin dövlətinin hüquqi şəxsi olan “SS” LTD (qeyri-rezident) ilə müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə görə “SS” LTD malları Gürcüstanın Poti limanına kimi daşıyacaq və orada təhvil verəcək. Daşıma haqqı 5.000 dollar təşkil edəcək. Eyni zamanda, “AA” MMC malları Potidən Tbilisiyə kimi daşınma üçün Azərbaycan Respublikasının rezidenti olan “VV” MMC ilə müqavilə bağlayıb və müqaviləyə görə “VV” MMC-yə 1.000 dollar ödəyərək malları Tbilisidə təhvil alır. “AA” MMC malları Tbilisidən Bakıya daşımaq üçün Gürcüstan Respublikasının hüquqi şəxsi olan “NN” LTD (qeyri-rezident) ilə 1.500 dollar dəyərində müqavilə bağlamışdır.

Sual yaranır ki, “AA” MMC-nin bu əməliyyatlarla bağlı hansı vergitutma öhdəlikləri vardır?

Bu əməliyyatlarda “AA” MMC-nin ancaq ödəmə mənbəyində vergitutulma öhdəlikəri yaranır və bu tutulma bütün əməliyyatlara tətbiq edilmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.33.-cü və 125.1.4.-cü maddələrində yazılmışdır:

125.1.4. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri – 6 faiz;

13.2.33. Beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır

Maddələri üzləşdirdikdə aydın olur ki, rezident vergi ödəyicisinin ödəmə mənbəyində vergi tutmaq öhdəliyi ancaq qeyri-rezident şəxslərə beynəlxalq daşımalara görə ödənişlərdən 6 faiz verginin tutulmasıdır. Beynəlxalq daşıma həyata keçirən rezidentə ödəmələrdən 6 faiz vergi tutulmur. Beləliklə:
  • Birinci əməliyyat zamanı “SS” LTD-yə ödənilən 5.000 dollardan 6 faiz vergi tutulmayacaqdır – ona görə ki, daşımanı qeyri-rezident həyata keçirsə də, bu, beynəlxalq daşıma sayılmır: daşımanın başlanğıc və çatdırılma nöqtələri xarici dövlərlərdə yerləşir.
  • İkinci əməliyyat zamanı “VV” MMC-yə ödənilən 1.000 dollardan 6 faiz vergi tutulmayacaqdır – ona görə ki, daşımanı rezident həyata keçirmişdir. Onu da qeyd edək ki, “VV” MMC malları Tbilisidən Bakıya kimi də daşımış olduğu halda 6 faiz vergi tutulmur: çünki bunun beynəlxalq daşıma olmasına baxmayaraq, daşımanı rezident həyata keçirmişdir. 6 faiz vergi isə ancaq qeyri-rezidentlərdən tutulur.
  • Üçüncü əməliyyat zamanı “NN” LTD-yə ödənilən 1.500 dollardan 6 faiz vergi tutulacaqdır – ona görə ki, daşımanı qeyri-rezident həyata keçirmişdir. Bu, beynəlxalq daşımadır, yəni məntəqənin biri Azərbaycanda, digəri isə xarici dövlətdə yerləşir.

Bundan əlavə, əksər hallarda qeyri-rezident daşıma şirkətləri malları Azərbaycan Respublikasının sərhədində təhvil verirlər. Məsələn, DAF (Azərbaycan sərhədinə qədər göndəriş) və buna analoji olan İNKOTERMS şərtləri əsasında. Belə hallarda 6 faiz vergi tutulmur. Çünki beynəlxalq daşımanın əsas şərtlərindən biri daşımada məntəqələrdən biri kimi Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsinin olmasıdır. Azərbaycan Respublikasında məntəqənin olması üçün artıq mallar səhəddən keçməlidir və Azərbaycan Respublikasında olan konkret məntəqəyə çatdırılmaldır. Odur ki, vergi ödəyiciləri bu məsələlərə diqqətlə yanaşmalıdırlar.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşçi sayına məhdudiyyət tətbiq edilən fəaliyyət sahələri açıqlanıb

posted in: Xəbər | 0

İşçi sayına məhdudiyyət tətbiq edilən fəaliyyət sahələri açıqlanıb

Nazirlər Kabinetinin 25 iyun 2020-ci il tarixli qərarı ilə bəzi fəaliyyət sahələrində sərtləşdirilmiş karantin rejimi günlərində işə çıxan əməkdaşların sayına məhdudiyyətlər tətbiq edilib.

Bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Qurum həmin fəaliyyət sahələri, orada çalışan vergi ödəyiciləri, onların işçi sayı və tətbiq edilən məhdudiyyətlərlə bağlı məlumatları açıqlayıb.

İşçi sayına məhdudiyyət,

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

DSMF-nin vəzifəli şəxsləri həbs edilib

posted in: Xəbər | 0

Ölkəmizdə korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən əhalini narahat edən müxtəlif sahələrdə korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir. Baş Prokurorluq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətlərindən APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, bu çərçivədə Baş Prokurorluq tərəfindən həyata keçirilməkdə olan belə tədbirlərdən biri – Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmanın aparılmasıdır.

Keçirilmiş istintaq tədbirləri nəticəsində DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsində sektor müdiri işləmiş Elçin Ələkbərovun həmin şöbənin müdir müavini Bəyəli Xəlilov və 2010-2016-cı il tarixlərində DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Arif Qənbərovla əlbir olaraq 2015-2017-ci illər ərzində saxta sənədlər əsasında əmək stajı və əlillik dərəcəsinin nəzərə alınmaqla pensiya təyin etmək müqabilində 32 nəfər rayon sakinindən ayrı-ayrı vaxtlarda və təkrarən ümumilikdə 122 min manat məbləğində pulu rüşvət kimi tələb edərək vasitəçi kimi tanışı Şahin Məmmədovun köməkliyindən istifadə edib almasına şübhələr üçün əsaslar müəyyən edilib.

Həmçinin, Elçin Ələkbərovun pensiya təyin etdirmək imkanına malik olduğunu yalandan bildirərək ümumilikdə 21 nəfər şəxsi təkrarən aldadıb 70 min manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə və vasitəçi kimi iştirak etmiş cinayətkar qrupun üzvü Əbülfəz İbrahimovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, habelə həmin qanunsuz hərəkətinə görə vətəndaşları pul vəsaitini rüşvət qismində verməyə təkrar təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan qanunsuz əməllərə görə Elçin Ələkbərov, Bəyəli Xəlilov və Arif Qənbərova Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət alma) və digər maddələrlə ittiham elan olunaraq barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətimkan tədbirləri seçilib.

Şahin Məmmədov Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət almağa kömək etmə) və Əbülfəz İbrahimov CM-nin 178.2.4 (qabaqcadan əlbir olaraq qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda təkrar dələduzluq) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bundan başqa, istintaqla 2016-2018-ci illərdə DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Nizami Əhmədov və həmin şöbənin pensiya sektorunun müdiri işləmiş Səmayə Eminovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz pensiyanın təyin edilməsinə və ödənilməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən edilib.

Həmin hərəkətlərə görə Səmayə Eminova və Nizami Əhmədov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyanın ən varlı adamının şirkəti koronavirusun mərkəzi adlandırıldı

posted in: Xəbər | 0

Dünyanın ən varlı adamının şirkəti koronavirusun mərkəzi adlandırıldı

Dünyanın ən varlı adamı Ceff Bezosa məxsus Amazon internet-holdinqini “koronavirusun mərkəzi” adlandırıblar. Bu haqda CNBC məlumat verib. Şirkətin bölmələrində səkkiz ölüm halı qeydə alınıb. Həmin vaxt ərzində Çindən olan rəqiblər isə öz əməkdaşlarının təhlükəsizliyini təmin edə biliblər.

Amazon şirkətinə Çinin internet nəhəngləri olan Alibaba və JD.com. şirkətləri nümunə gətirilib. Onların nə anbarlarında, nə də ofislərində indiyə kimi heç bir ölüm hadisəsi baş verib.

Şirkətin koronavirusa qarşı mübarizə aparmaq üçün qəbul edilən hər şeyi ətraflı təsvir edən korporativ tematik blog yaratmasına baxmayaraq, Amazon şirkətinin ünvanına daha çox suallar və iddialar daxil olur.

Bununla yanaşı, rəyi soruşulan ekspertlər qeyd ediblər ki, Çin korporasiyalarının ölüm hallarının olmaması ilə bağlı bəyanatları həqiqətdən uzaq da ola bilər, çünki onların şəffaflıq siyasəti şübhə doğurur.

Son aylarda Amazon, böhran dövründə ABŞ iqtisadiyyatı üçün lazım olan iş yerləri yaratmaqla on minlərlə yeni işçini xidmət anbarlarına işə götürüb. Bu, özünütəcrid zamanı sifarişlərin sayının artması ilə bağlı idi. Lakin, bəzi əməkdaşlar indi öz iş yerlərinə gəlməkdən qorxurlar və hesab edirlər ki, şirkət təhlükəsizlik məsələlərinə kifayət qədər diqqət yetirmir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun