İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilib

posted in: Xəbər | 0

İnzibati Xətalar, cərimələr, karantin, İnzibati Xətalar, məsuliyyət, Vakansiyalar, İnzibati Xətalar, Məşğulluq hesabatları, cərimələrAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 370-2-ci maddə əlavə edilib.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmamasına görə cərimə tətbiq ediləcək.

Qanuna əlavə edilməsi təklif edilən 370-2.1-ci maddəyə əsasən, telekommunikasiya operatoru və provayderi tərəfindən müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq-mühafizə orqanlarının sorğularına “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə cavab verilməməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək.

370-2.2-ci maddəyə əsasən bu Məcəllənin 370-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə olunacaq.

Qeyd edək ki, “Telekommunikasiya haqqında” Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq-mühafizə orqanlarının sorğularına 3 iş günündən gec olmayaraq cavab vermək və tələb olunan məlumatları təqdim edilməlidir.

Bu müddətdə həmin informasiyanın aktuallığını itirməsi ilə əlaqədar sorğunun təcili olması barədə sorğu verənin qeydi olduqda, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maliyyə Nazirliyi dövlət şirkətlərinə xəbərdarlıq edib

posted in: Xəbər | 0

Maliyyə Nazirliyi dövlət şirkətlərinə xəbərdarlıq edib

audit, əmr, Maliyyə Naziri, Koronavirus, Maliyyə Nazirliyi, QHT, Maliyyə Nazirliyi, Mühasibat uçotu qaydası, maliyyə,kadr, struktur, Maliyyə Maliyyə Nazirliyi vergi gömrükNazirlər Kabinetinin 4 iyun 2019-cu il tarixli qərarı ilə “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”, “Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə Qaydaları və Standartları” və “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi Qaydası” təsdiq edilib və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər qarşısında tələblər müəyyən olunub.

Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nın 4.1-cü bəndinə əsasən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin səmərəlilik göstəricilərinin illik proqnoz (hədəf) göstəriciləri banklar və digər kredit təşkilatları, sığortaçı və təkrarsığortaçılar, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, investisiya fondları və lisenziyalaşdırılan ödəniş sistemlərinə münasibətdə Maliyyə Sabitliyi Şurası ilə, digər hüquqi şəxslərə münasibətdə isə Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli qərarı ilə yaradılmış Komissiya ilə razılaşdırılaraq təsdiq edilməlidir. Həmçinin Qaydanın 4.2-ci bəndinə əsasən illik səmərəlilik göstəricilərinin proqnoz (hədəf) göstəriciləri hüquqi şəxsin Müşahidə Şurası (Direktorlar Şurası) tərəfindən təsdiq olunduqdan sonra hesabat ilindən əvvəlki ilin noyabr ayının 1-nə qədər “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli qərarı ilə iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları üzrə yaradılmış Komissiyanın Katibliyinə təqdim edilməlidir.

Komissiyanın Katibliyinin funksiyalarının həyata keçirilməsi Maliyyə Nazirliyi-nə həvalə edilib. Qərarla Komissiyaya iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının ilkin layihələrinin tərtibi, müzakirəsi, qiymətləndirilməsi və təsdiqi, təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatların Komissiyada müzakirəsi ilə bağlı işlərin həyata keçirilməsi tapşırılıb.

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nın 5.11-ci bəndinə əsasən hüquqi şəxslər Səmərəlilik göstəricilərinin, Səmərəlilik göstəricilərinin proqnoz (hədəf) göstəricilərinin və Fəaliyyətin səmərəlilik əmsalının hesablanması ilə bağlı sənədləri bu Qaydanın 4.1-ci bəndində göstərilən aidiyyəti qurumlara hesabat ilindən sonrakı ay ərzində təqdim edir. Həmin Qaydanın 4.1-ci bəndində göstərilən aidiyyəti qurumlar təqdim olunan sənədlər əsasında ildə 1 dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-nə qədər Səmərəlilik göstəricilərinin, Səmərəlilik göstəricilərinin proqnoz (hədəf) göstəricilərinin və Fəaliyyətin səmərəlilik əmsalının hesablanmasının monitorinqini həyata keçirir.

Paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısilə dövlətə məxsus olan səhmdar cəmiyyətlər, məhdud məsuliyyətli cəmiyyətlər Nazirlər Kabnetinin 4 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq səmərəlilik göstəricilərinin 2021-ci il üzrə illik proqnoz (hədəf) göstəricilərini razılaşdırılmaq üçün avqust ayının 1-nə qədər Komissiyanın Katibliyi funksiyasını həyata keçirən Maliyyə Naziriyinə təqdim etməlidirlər.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Korporativ sosial məsuliyyət xərclərinin vergidən azadolunma meyarları

posted in: Xəbər | 0

Korporativ sosial məsuliyyət xərclərinin vergidən azadolunma meyarları

Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 mart 2020-ci il tarixli Qərarı ilə “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları” təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə əsasən, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə hüquqi şəxslərin mənfəət vergisindən azaddır.

Qərara əsasən, aşağıda göstərilən meyarlara cavab verən müəssisə, idarə və təşkilatlara edilən köçürmələr mənfəət vergisindən azad edilmişdir:

Elm sahəsində – qanunvericiliyin tələblərinə müvafiq qaydada akkreditasiyadan keçməsi, müvafiq elm sahəsində dövlət siyasətinin əsas prioritetləri üzrə tədqiqat aparması və ən azı 5 nəfər elmi işçisinin olması;

Təhsil sahəsində – dövlət orqanlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyində olması və (və ya) qanunvericiliyin tələblərinə uyğun olaraq lisenziya alması (qeyd edilmiş 2 kriteriyadan hər hansı birinə cavab verməsi kifayətdir);

Səhiyyə sahəsində – dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisəsi olması və köçürülən vəsaitin nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə əhalinin sağlamlığının qorunması ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədləri üçün istifadə edilməsi.

İdman sahəsində – qanunvericiliyin tələblərinə uyğun olaraq ictimai birlik formasında yaradılan respublika idman federasiyaları (assosiasiyaları) və ya idman klubları olması və köçürülən vəsaitin idman federasiyaları (assosiasiyaları) və ya idman klublarının təsis sənədlərində nəzərdə tutulan məqsədlər üçün sərf edilməsi;

Mədəniyyət sahəsində – Azərbaycan mədəniyyətinin, milli mədəni irsin təbliği, təşviqi və inkişafı məqsədilə incəsənət və bədii tədbirlərin, yaradıcılıq müsabiqələrinin, sərgilərin, yaradıcılıq gecələrinin, mədəniyyət və incəsənət təqdimatlarının, festivalların, konfrans və simpoziumların təşkilini, nəşr məhsullarının hazırlanmasını və yayımını həyata keçirən, habelə film istehsal edən hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri istisna olmaqla) olması və (və ya) teatr, kitabxana və ya muzey kimi fəaliyyət göstərməsi (qeyd edilmiş 2 kriteriyadan hər hansı birinə cavab verməsi kifayətdir).

Qeyd edilməlidir ki, hüquqi şəxslər tərəfindən yuxarıda göstərilən meyarlara cavab verən müəssisə, idarə və təşkilatlara edilən ödənişlər yalnız nağdsız qaydada bank hesabı vasitəsilə həyata keçirildikdə və ödənişin təyinatı bu barədə sənəddə göstərildikdə mənfəət vergisindən azaddır. Qərara əsasən, ödənişi alan müəssisə, idarə və təşkilat hesabat ili bitdikdən sonra 1 ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alğı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, bank çıxarışları və s.) vəsaiti köçürən şəxsə təqdim etməlidir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İstehsalda zay olan xammalın dəyərindən ƏDV hesablanmalıdır?

posted in: Vergi, Xəbər | 0

İstehsalda zay olan xammalın dəyərindən ƏDV hesablanması


ƏDV hesablanması, EDV ƏDV Müavinət məbləği Əsas məbləğSual: Şirkətimiz məhsul istehsalı ilə məşğul olur. İstehsal zamanı bir çox adda xammal (şəkər, banka, kardon vitamin qarışığı və s.) zay olur. Bilmək istəyirik ki, istehsalda zay olan xammalın dəyərini gəlirdən çıxılan xərcə silə bilərikmi? İstehsalda zay olan xammalın dəyərindən ƏDV hesablanıb ödənilməlidirmi?

Cavab: Bildiririk ki, sorğunuzda qeyd edilən halda vergi ödəyicisi məhsulları ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququ olmuşdursa, fövqəladə hallardan başqa belə malların xarab olması ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılır. Malların alışı zamanı ödənilmiş ƏDV məbləği dövlət büdcəsinə hesablanır.

Yararsız mallarının uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu və 159.5-ci maddələri.

Mənbə: taxes.gov.az


 Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun