Vakansiya: Mühasib operator – AZ-TEX MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vergilər üzrə mühasib, vakansiya,Vakansiya: Mühasib operator tələb olunur.

İşəgötürən: AZ-TEX MMC.

Vakansiya barədə məlumat:

– E-Qaimə fakturalarının yazılması

– Verilən məlumatların 1C əməliyyat sisteminə əlavə edilməsi

– Gündəlik və aylıq hesabatlar tərtib etmək

– Baş Mühasib tərəfindən təyin edilmiş digər vəzifələri yerinə yetirmək

İş yeri Bakı şəhərindədir

Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə

İş vaxtı 1-5-ci günlər 09:00-18:00, 6ci gün 10:00-15:200

Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir

Əmək haqqı 400-500 AZN

Namizədə tələblər:

– Ali təhsil;

– Minimum 1 il təcrübə

– Excel və 1C (8.3) mühasibat proqramını əla səviyyədə bilməli

– E-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək.

CV-ni / ünvanna göndərin.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib keçmişdə və gələcəkdə (VIII hissə)

posted in: Xəbər | 0

mühasib köməkçisi, vakansiya, mühasib operator, mühasib köməkçisi, vakansiya,Mühasib keçmişdə və gələcəkdə (VIII hissə)

VII hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Bizdə maliyyə hesabatlarının beynəlxalq standartlara keçidindən çoxdan danışılır. Hətta artıq bir neçə dəfə bu standartlara keçildiyini elan etdilər. Lakin sonra başa düşdülər ki, növbəti keçid üçün yeni pul vəsaitləri lazımdır və onlar vəsaitlər tələb etdilər. Beynəlxalq orqanlarda bizim uçotumuzun uyğun olmadığını etiraf etdilər və elmi tədqiqat işləri (ETİ) mövzusunda yeni bahalı mövzular sifariş verdilər. Ümumiyyətlə, vəziyyət vaxtilə məktəblərdən birində baş verən əhvalatı xatırladırdı. Həmin məktəbdə riyaziyyat müəllimi vəfat etmişdi. Yeni müəllim həyəcan içində direktora xəbər vermişdi ki, dünyasını dəyişmiş müəllim şagirdlərə 2 X 2 = 10 kimi öyrədib.

Şura toplanır. Aydınlaşdırdılar və bildirdilər  ki, artıq bu cür öyrətmək olmaz, lakin, həm də 2 X 2 = 4 kimi də öyrətsək düzgün olmayacaq, çünki bu hamı tərəfindən hörmət edilən və əməkdar müəllimin nüfuzuna xələl gətirə bilər. Eləcə də bütün məktəbin nüfuzuna da bu ağır zərbə vurar. Uzun müzakirələrdən sonra yekdilliklə belə bir qərar qəbul olundu: cari il ərzində uşaqlara 2 x 2 = 8, növbəti ildə 2 x 2 = 9 olduğunu öyrətsinlər və s. bu cür ardıcıllıqla davam etsinlər. Zamanla hər şey öz yerinə oturacaq. MUT tərtibçiləri də bax, belə bir prinsiplə işləməyə başlayıblar. Həmişə kimdənsə nəyisə mənimsəyirlər və hər zaman ehtiyac duyulmayan yerdə ayrı bir mövzu olaraq bir şey öyrədirlər. İnsanlar da onlara həvəslə böyük pullar ödəyirlər. Burada hər şey səhvdir.

MHBS nəzəri düşüncənin ən böyük uğurudur, Nobel mükafatına layiqdir.  Lakin söhbət onların praktiki tətbiqindən gedirsə, onda başlıca sual yaranır: mühasiblər onları başa düşməyə və tətbiq etməyə hazırdırlarmı. MHBS-in aktual və potensial mülkiyyətçiləri bunu başa düşürlərmi və onlar bu standartlara uyğun tərtib edilmiş maliyyə hesabatını tələb edəcəklərmi. Beləliklə, əsas sual ortaya çıxır: bu kimə lazımdır? Cavab aydındır, MHBS hər şeydən əvvəl elmi-praktik işçilərə, yeni uçot metodlarını tərtib edənlərə və bu metodlardan gündəlik işdə istifadə edənlərə lazımdır. Ona görə də mühasibat uçotunu öyrənərkən MHBS-i ayrıca müstəqil kursa ayırmaq olmaz. İş ondadır ki, onlar müstəqil deyillər, onların obyekti mühasibat uçotu ilə bağlı eyni problemlərdir. Əsas cəhət isə odur ki, onlar MUT-da olduğu kimi deyil, digərlərini də nəzərdə tuturlar. Beləliklə, mühasibat uçotunun vahid kursu lazımdır. O, iqtisadi həyat faktlarını (mövzunu) və onların təhlili və qeydiyyatı variantlarını nəzərdən keçirməlidir.

MHBS-ni öyrənmək lazımdır.

Boloniya prosesi və bizim ali məktəb

Biz qlobal düyada yaşayırıq. O, bizim həyatımızın hər tərəfini əhatə etməsə də, ən azından bir çox tərəflərini əhatə edir. Bu, bir çox tərəflər arasında mühasibat uçotu da var. Əgər maliyyə hesabatlarının beynəlxalq standartlarının nə olduğunu əvvəlcədən bilmiriksə, onda ən azından MHBS-nin qısaldılmış abbreviaturasını deşifrə edə bilərik. Bütün bunlar o deməkdir ki, müxtəlif ölkələrin mühasibləri dərhal, indinin özündə olmasa da, ən azından yaxın gələcəkdə uçot metodologiyasını eyni cür anlayacaqlar və onlar üçün böyük çətinliklər olmadan, istənilən ölkədə işləmək üçün əla imkan yaranacaq. Bu, əhəmiyyətli bir üstünlükdür, xüsusilə də ölkədən ölkəyə problemsiz getmək olur. Bununla belə, belə səyahətlər üçün həm vahid mühasibat sisteminin, həm də vahid təlim prinsiplərinin başa düşülməsi lazımdır. Birinci problem MHBS köməyi ilə həll olunur, ikincisi, yəni, hazırda bizim üçün bu maraqlıdır: Boloniya prinsipləridir. Onlar bizim ixtisas seçən gənclərə dörd blokda peşəni mənimsəməyə imkan verməyi düşünürlər: mərhələlilik, mobillik, kreditləşmə, nəzarət. Onları nəzərdən keçirək.


IX hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Təhsil haqqını nağd alan müəssisələr məsuliyyət daşıyırlar

posted in: Xəbər | 0

Təhsil haqqını nağd alan müəssisələr məsuliyyət daşıyırlar

vergi borcu, Pul vəsaitlərinin uçotdan gizlədilməsi, Pul vəsaitləriSon illər ölkəmizdə müxtəlif formalı kursların təşkili ilə məşğul olan sahibkarlıq subyektlərinin sayı artıb. Sahibkarlar həm məktəbəqədər, həm məktəb proqramı, həm də mühasibat, proqram təminatı kimi hazırlıq kursları təşkil edirlər. Bu kursların əsas müştəriləri isə vətəndaşlar – fiziki şəxslərdir. Bəs həmin kurslar təhsil müəssisələri sayılırmı? Kurslarda ödənişlər hansı formada aparılmalıdır? Sualları sərbəst auditor Altay Cəfərov cavablandırıb.

“Təhsil Haqqında” Qanunun 1.0.43-cü maddəsində göstərilib ki, təhsil – sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Həmin Qanunun 1.0.31-ci maddəsində isə qeyri-formal təhsil – müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması kimi təsbit olunub. Qanunun maddələrindən aydın olur ki, təhsil təkcə ali, orta, orta ixtisas və bu yönümlü təhsil digər müəssisələrində verilən xidmətlərdən ibarət deyildir. Göründüyü kimi kurslar da təhsilin bir növüdür.

Hazırlıq kurslarında təhsil haqlarının ödənilməsi “Nağdsız hesablaşmalar haqqında” Qanunla tənzimlənir. Bu qanunun 3.4.8-ci maddəsinə əsasən, 3.3-cü maddənin müddəalarından asılı olmayaraq təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. Həmin müddəadan aydın görünür ki, təhsil haqları nağdsız formada aparılmalıdır.

“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1-ci maddəsində nağdsız hesablaşmaların bir neçə forması göstərilib və təhsil haqqı həmin formalarda ödənilə bilər. Ən azı vəsaitləri kursları təşkil edən şəxslərin birbaşa bank hesablarına ödəniş terminallarından köçürmək mümkündür.

Hazırlıq kurslarında təhsil haqlarının nağd formada qəbul edilməsi isə Vergi Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 58.7-1-ci maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmasına görə vergi ödəyicilərinə qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.7-1.7-ci maddədə bu tələbin həmin Qanunun 3.4.8-ci maddəsinin tələblərini pozmaqla təhsil haqlarını nağd qaydada qəbul edən şəxsə aid olduğu göstərilib.

Odur ki, tövsiyə edərdim ki, kursları təşkil edən şəxslər ödənişləri nağdsız formada qəbul etsinlər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İcaze.e-gov.az portalında icazələrin bir hissəsi ləğv edilib

posted in: Xəbər | 0

icaze.e-gov.az portalında icazələrin bir hissəsi ləğv edilib

icaze.e-gov.az, yeni xidmət, "icaze.e-gov.az" saytında yeni xidmət, saxta icazə arayışı, icaze.e-gov.azMəlum olduğu kimi, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib ki, 25 iyun 2020-ci il tarixində bununla bağlı Dövlət Agentliyi tərəfindən daxil edilən icazələrin nəzərdə tutulan həddi aşdığı təqdirdə avtomatik olaraq ləğv ediləcəyi barədə xəbərdarlıq olunub.

Artıq sistem vasitəsi ilə müvafiq Qərara uyğun olmayan icazələrin bir hissəsinin portalda ləğvi həyata keçirilib.

“Bir daha fəaliyyətinə icazə verilən sahələrdən xahiş olunur ki, icaze.e-gov.az portalına daxil olmaqla onlara aid məlumatların müvafiq Qərara uyğun tənzimləməsini həyata keçirsinlər. Çünki sistemdə nəzərdə tutulan həddi aşan icazələrin ləğvi davam edəcək.

İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallarla bağlı hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilər”, – deyə xəbərdə bildirilir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun