Kapital Bank yeni İnşaatçılar filialını istifadəyə verdi

posted in: bank, Xəbər | 0

Kapital Bank, Kapital Bank yeni İnşaatçılar filialını istifadəyə verdi.

Kapital Bank-ın Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi 162 ünvanında yerləşən, yeni İnşaatçılar filialı fəaliyyətə başlayıb.

Filialın açılışı zamanı Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov xüsusilə pandemiya dövründə müştərilərin rahatlığının təmin edilməsi məqsədilə ilə, xidmət və gözləmə vaxtlarının qısaldıması istiqamətində görülmüş tədbirlərin, həmçinin bank xidmətlərinin daha da əlçatan olması üçün xidmət şəbəkəsinin genişləndirilərək yeni İnşaatçılar filialının müştərilərin xidmətinə verilməsinin önəmini vurğulayıb.

Kapital Bank-ın İnşaatçılar filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Cari ildə biri İnşaatçılar filialı olmaqla  4 yeni struktur bölmə fəaliyyətə başlayıb. 3 stuktur bölmə isə relokasiya və əsaslı təmir olunub. Eyni zamanda, ötən illər ərzində 50-dən çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib. 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq bu və gələcək illərdə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İş vaxtından əlavə iş prosesinin tənzimlənməsi

posted in: Xəbər | 0

İş vaxtından əlavə iş prosesinin tənzimlənməsi

Maliyyə üzrə mütəxəssis, vakansiya, mühasib, Əmək haqqının hesablanması üzrə Mühasib, vakansiya, e-qaimənin müddəti, əsas vəsait, amortizasiya, Maliyyə mütəxəssisi, vakansiya,Əmək Məcəlləsinə əsasən, işəgötürən müstəsna hallarda işçini müəyyən olunmuş iş vaxtından artıq müddətdə işə cəlb edə bilər. Bu zaman hər iki tərəfin razılığının olması mütləqdir və bu cür işə cəlb olunma işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Bu məsələdə diqqət yetirilməli olan məqamları iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

Tutaq ki, işəgötürənin qərarına əsasən, işçi 2 iş günü ərzində hər gün işdən sonra 3 saat işləməlidir. Əmrdə qeyd edilir ki, işçi həftənin bazar ertəsi və çərşənbə axşamı saat 18:00-dən 21:00-dək əlavə işə cəlb edilir. Bu cür əmrin verilməsi düzgün hesab edilmir. Çünki dalbadal gələn iki iş günü ərzində işçi cəmi 6 saat işləyəcək ki, bu da əmək qanunvericiliyinin tələbinə ziddir. Maddədən göründüyü kimi, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə daha az müddət müəyyən edilib: əmək şəraiti ağır və zərərli olan iş yerlərində dalbadal gələn iki iş günündə işçi əlavə işə iki saatdan çox cəlb edilə bilməz.

İşçinin iş vaxtından əlavə işə cəlb edilməsinin əsaslandırması olmalıdır. Əmək Məcəlləsinin 101-ci maddəsində işçinin iş vaxtından artıq işə cəlb edilməsinə yol verilən müstəsna hallar qeyd edilib. Buraya dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsi və ya işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti halları aiddir.

Məsələn, mühasib dövlət qurumlarına hesabatların təqdimi və ya dövlət orqanlarından gələn sualların cavablandırılması ilə əlaqədar iş vaxtından artıq işləyə bilərmi? Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, işçi bu cür işləri iş vaxtında yerinə yetirməlidir. Amma mümkündür ki, işlərin çoxluğundan dövlət orqanının müəyyən etdiyi müddətdə hesabatı təqdim etməkdə problemlər yaransın.

Misal 1. Tutaq ki, işçi hesabatı hazırlamasına baxmayaraq, vergi orqanının serverində problemlər yaranıb. Hesabatın verilməsinin son günü olmasını nəzərə alaraq işəgötürən işçinin razılığı ilə qərar verir ki, işçi iş vaxtından sonra 2 saat əlavə işə cəlb edilməklə müvafiq hesabatı təqdim etməlidir.

İş vaxtından əlavə görülən işə görə əməkhaqqı necə hesablanır?

İşəgötürənin işçini iş vaxtından artıq işə cəlb etməsi ödənişli əsaslarla həyata keçirilməlidir. Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əməkhaqqı aşağıdakı kimi ödənilir:

  • əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;
  • əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əməkhaqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

Maddənin tələblərini misalla izah edək.

Misal 2. Fərz edək ki, işçinin 2019-cu ilin oktyabr ayı üzrə əməkhaqqı 600 manatdır. Oktyabr ayı üzrə 23 iş gününün olmasını nəzərə alsaq, ay ərzində normal iş saatı 184 (8×23) saat təşkil edir. Deməli, işçinin bir saata düşən əməkhaqqı 3,26 manatdır. İşçi oktyabr ayı ərzində 5 saat əlavə işə cəlb edildiyi halda, ona əlavə olaraq 32,60 manat (3,26x5x2) əlavə əməkhaqqı ödənilməlidir.

Misal 3. İşçi iş günü ərzində 3 saat həcmində natamam iş vaxtı ilə çalışır və 2019-cu ilin oktyabr ayı üzrə əmək haqqı 600 manatdır. Oktyabr ayı üzrə 23 iş gününün olduğunu nəzərə alsaq, ay ərzində işçinin iş saatı 69 saat (3×23) təşkil edir. Bu zaman işçinin bir saata düşən əməkhaqqı normal iş saatından fərqli – 8,69 manat olmalıdır. İşçi oktyabr ayı ərzində 5 saat əlavə işə cəlb edildiyi halda, ona əlavə olaraq 86,96 manat (8,69x5x2) əməkhaqqı ödənilməlidir.

Əmək qanunvericiliyinin digər tələblərində olduğu kimi, əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənişi minimal tələbdir. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

Misal 4. İşəgötürən işçi ilə əmək müqaviləsində istehsalatda boşdayanmanın yaranmasının qarşısını almaq məqsədilə iş vaxtından artıq çalışan işçilərə əlavə iş saatına görə ikiqat yox, dördqat məbləğdə əlavə əməkhaqqı ödənilməsi barədə qərar verir. İşəgötürən bu cür qərar vermək səlahiyyətinə malikdir. Əmək Məcəlləsində nəzərdə tutulandan aşağı dərəcə ilə ödəniş etməyə isə yol verilmir.

Sual. İş vaxtından əlavə iş saatlarına görə işçiyə əlavə istirahət günləri vermək olarmı?

Təcrübədə rast gəlinən hallardan biri də işəgötürənin iş saatlarından əlavə işə cəlb olunan işçiyə əlavə əməkhaqqı ödəmək istəməməsidir.

Misal 5. Tutaq ki, işçi oktyabr ərzində 4 saat əlavə iş saatına cəlb olunsa da, işəgötürən həmin 4 saata görə ikiqat əməkhaqqı ödənişi əvəzinə, ona həftənin bir iş günü istirahət verildiyini rəsmiləşdirir. Hətta əmrin verilməsi üçün işçinin razılıq ərizəsi də alınır. İşçinin iş vaxtından artıq işlərin görülməsinə cəlb edilməsinin bu formada rəsmiləşdirilməsi əmək qanunvericiliyinə ziddir: Əmək Məcəlləsinin 165-ci maddəsinin 3-cü hissəsinə əsasən, iş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ölkədə xarici valyuta üzrə mübadilə əməliyyatlarına yeni qayda tətbiq edilirmi?

posted in: Xəbər | 0

Hazırda bütün dünyada koronavirus (COVID 19) infeksiyasının yayılması nəticəsində bir çox məhdudiyyətlər tətbiq edilir. Bununla əlaqədar olaraq, ölkəmizdə tətbiq edilən müvafiq məhdudiyyətlərə baxmayaraq, banklar yaranmış riskli şəraitdə vətəndaşlarımıza xidmət göstərməyə davam edir, mümkün qədər müştəri məmnuniyyətinin təmin edilməsi və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri çərçivəsində vətəndaşların bütün növ bank xidmətlərinə, o cümlədən xarici valyutaya olan tələblərinin tam ödənilməsi üçün fasiləsiz çalışırlar. Bu barədə Azərbaycan Banklar Assosiasiyasına istinadən xəbər verilir. “Son günlərdə bəzi mətbu orqanlarında və sosial şəbəkələrdə banklar tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni tələbləri çərçivəsində xarici valyuta əməliyyatlarının həyata keçirilməsi üzrə yeni məhdudiyyətlərin tətbiq edilməsi barədə məlumatlar və müzakirələr yer alıb.

Bildiririk ki, banklar tərəfindən hazırkı dövrdə xarici valyuta üzrə mübadilə əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar hər-hansı bir yeni qayda tətbiq edilmir. Bununla bağlı banklara hər-hansı yeni prosedurların müəyyən edilməsi ilə əlaqədar Mərkəzi Bankdan sənəd daxil olmamışdır. Hazırda ölkəmizdə həyata keçirilən kölgə iqtisadiyyatına qarşı mübarizə, şəffaflığın təmin edilməsi tədbirləri çərçivəsində banklar mövcud qanunvericliklə onlara həvalə edilmiş vəzifələrini tam həcmdə həyata keçirilməsini təmin edirlər.

Vətəndaşlarımız Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş karantin rejiminin tələblərinə əməl etməklə istənilən bankda valyuta mübadiləsi əməliyyatlarını mövcud qanunvericiliyin tələbləri çərçivəsində, heç bir əlavə məhdudiyyət və maneə olmadan tam həcmdə həyata keçirə bilərlər”, – məlumatda deyilir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi ödəyicilərinin ezamiyyə xərcinin artırılmasından istifadə etmələri

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicilərinin ezamiyyə xərcinin artırılmasından istifadə etmələri

vergi borcu, vergi mükəlləfiyyəti, koronavirusla bağlı fəsil, Vergi Məcəlləsi, vergitutma, Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Vergi Məcəlləsinə 1 yanvar 2020-ci il tarixdən əlavə edilmiş 13.2.82-ci maddə ilə qanunvericiliyə riskli vergi ödəyicisi anlayışı gətirilib.

Həmin maddədə qeyd olunub ki, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.

Təcrübədə rast gəlinən risk faktorlarından biri də vergi ödəyiciləri tərəfindən işçilər üzrə ezamiyyə xərclərinin əvvəlki dövrlərlə müqayisədə artırılması yolu ilə əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınma halıdır.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Ezamiyyə xərclərinin normaları haqqında” nəzərdə tutulan norma daxilində ödənilən məbləğ gəlir vergisi, sosial sığorta və işsizlikdən sığorta məbləğinə cəlb edilmir. Vergidən yayınmağa meyilli vergi ödəyiciləri bu şərtdən sui-istifadə etməyə çalışırlar.

Misal. Tutaq ki, vergi ödəyicisi satış meneceri vəzifəsində çalışan işçiyə 300 manat əməkhaqqı ödəyir. İşçiyə yanvar ayında 180 manat ezamiyyə hesablansa da, fevral ayında bu məbləğ 900 manat olub. Ezamiyyə xərci-nin əvvəlki dövrlərə nisbətən kəskin şəkildə yüksək olması vergi orqanında risk üçün əsaslı şübhə yaradacaq.

Qeyd edək ki, vahid bəyannaməyə qədər “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi” bəyannaməsində vergi ödəyicisi üzrə ezamiyyə xərclərinin məbləği qeyd olunurdu. 1 aprel 2020-cidən tətbiq edilən vahid bəyannamədə işçilər üzrə ezamiyyə xərcinin qeyd olunması nəzərdə tutulmayıb. O səbəbdən bu cür risklərin kameral vergi yoxlaması zamanı müəyyən edilməsi mümkün olmayacaq. Vergi orqanı səyyar vergi yoxlamaları zamanı vergi ödəyicisinin ezamiyyə xərcləri ilə bağlı fəaliyyətini yoxlaya bilər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun