Bu müəssisələr lisenziyaya görə rüsumdan azad edilir

posted in: Xəbər | 0

torpaqAzərbaycanda dövlət peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrinə lisenziyaların verilməsinə görə dövlət rüsumunun tutulmaması təklif edilir. Bununla bağlı “Dövlət rüsumu haqqında” qanun 22.0.5.3, 22.0.5.4 və 22.0.5.5-ci bəndlərinə dəyişiklik olunur.

Dəyişiklliklə, dövlət peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrinə lisenziyaların verilməsinə görə dövlət rüsumu tutulmayacaq.

Qeyd edək ki, hazırda peşə təhsili müəssisələrinə lisenziyaların verilməsinə görə 2 min manat, orta ixtisas təhsili müəssisələrinə lisenziyaların verilməsinə görə 2 min manat, ali təhsil müəssisələrinə lisenziyaların verilməsinə görə 13 750 manat dövlət rüsumu tutulur. Qanunvericiliyə dəyişiklik yalnız dövlət təhsil müəssisələrinə aiddir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Standard & Poor’s agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi

posted in: Xəbər | 0

Standard & Poor’s Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini “stabil” proqnozda müəyyənləşdirərək, “BB-/B” səviyyəsində təsdiqləyib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

Agentliyin fikrincə, Kapital Bank növbəti il ərzində kifayət qədər likvidlik ehtiyatları, adekvat kapitallaşma səviyyəsi və stabil depozit portfeli sayəsində COVID-19 pandemiyası və neft qiymətinin düşməsi səbəbidnəd dünyada yaşanan iqtisadi tənəzzül şəraitinə bənzər yerli və xarici banklara nisbətən daha effektiv müqavimət göstərə biləcək. Həmçinin, Kapital Bank-ın risk və kapital mövqeyinin daha güclü olduğu söylənilir.

Hesabatda qeyd olunur ki, 2020-2021-ci illər üçün Kapital Bank-ın kredit və depozit portfelində 10% -15% səviyyəsində illik artım gözlənilir ki, bu da proqnozlardan təxminən 5%-10% yüksəkdir. Qlobal iqtisadi artımın ləngiməsi dövründə Bank diqqətini rəqəmsallaşma və müştəri xidmətinin yaxşılaşdırılması sahəsinə yönəldəcəyi də vurğulanıb.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 15 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyanın ən bahalı şirkətləri tarixi rekord müəyyənləşdiriblər

posted in: Xəbər | 0

Apple və Microsoft tarixdə kapitallaşması 1,5 trilyon dolları ötüb keçən ilk şirkətlər oldular. Tarixi rekord, iyunun 10-da NASDAQ birjasında ticarət zamanı müəyyən edilib.

NASDAQ, S&P 500 və Dow Jones birjalarında əsas indekslərin enməsinə baxmayaraq, Amerikanın texnoloji nəhəngləri dünyanın ən bahalı şirkətləri statusunu qoruyub saxlayırlar. Belə ki, son zamanlarda Amazon şirkətinin qiyməti 1,3 trilyon dollara kimi, Google şirkətinə məxsus Alphabet-in qiyməti isə bir trilyon dollara qədər yüksəlib.

Barron’s qeyd edir ki, bu artım, koronavirus epidemiyası və ABŞ-da kütləvi etirazlar fonunda investorların səhmlərin etibarlılığına əminlikləri ilə bağlıdır. Eyni zamanda, onların hər biri öz işlərinin əsas xüsusiyyətlərinə görə bu qədər qazanc əldə edə biliblər.

Microsoft şirkətinin əməkdaşların məsafədən işləməyə keçmələrindən ötrü tələb olunan texnologiyalara malik olması, ona yüksək qazanc gətirən əsas amillərdən biri olub. Amazon şirkəti ənənəvi mağazaların bağlanması və elektron ticarətin genişlənməsi hesabına əlavə gəlirlər əldə edib. Alphabet isə reklamlardan yaxşı qazana bilib. Apple şirkətinə gəldikdə, bu texnologiya nəhənginin qiymətinin yüksəlişi yeni, 5G statuslu iPhone smartfonunun istehsalı ilə əlaqələndirilir.

Bununla yanaşı, maliyyəçilər koronavirus epidemiyası, iqtisadiyyatda və cəmiyyətdəki problemlər fonunda ABŞ bazarlarının bu cür böyüməsindən şübhələnirlər. Onlar portfellərə yenidən baxmağı məsləhət görürlər. Çünki bu 2000-ci ildə baş verən maliyyə qovuqcuqlarının partlaması vəziyyətinə bənzəyir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Baş Mühasib – KredAqro BOKT MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

mühasib keçmişdə, güzəştlər, baş mühasib, vakansiyaVakansiya: Baş Mühasib.

İşəgötürən: KredAqro BOKT MMC.

Əmək haqqı: 2000 – 2500 AZN.

Vakansiya barədə məlumat:

– İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

– AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə

– Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə

– Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı

Baş mühasib üçün tələblər:

– Balans, Mənfəət və Zərərlər, büdcənin istifadəsi haqqında operativ məcmu hesabatları, digər mühasibat və statistik hesabatları tərtib etmək

– Cari mühasibat uçotu əsasında gündəlik və aylıq mühasibat hesabatlarını hazırlamaq

– Maliyyə və kassa intizamına, inzibati, təsərrüfat və digər xərclərin smetalara uyğun və tələb olunan ilkin sənədlərlə xərclənməsinə ciddi riayət edilməsinə, əskiklərin, debitor borcların və digər itkilərin mühasibat uçotu hesabatlarından silinməsinin qanuniliyinə nəzarət etmək

– “KredAqro”nun filiallarında ilkin və mühasibat sənədlərinin, hesablaşmaların rəsmiləşdirilməsinə nəzarət etmək

– Əsas vəsaitlərin, qiymətlilərin və pul vəsaitlərinin inventarlaşdırılmasını aparmaq

– Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək

– Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik etmək

– Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək

– Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi,

Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək

– Kreditor və debitorlarla hesablaşmalara nəzarət etmək

– Hüquqi və fiziki şəxslərin vergi ödəmə şərtləri, əskiklərin, debitor borc və digər itkilərin mühasibat balansından silmək

– Əmək haqqı, məzuniyyət və ezamiyyələri hesablamaq

– DSMF, Vergi, Statistika hesabatlarını vaxtında tərtib və təqdim etmək

– Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkil və nəzarət etmək

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun