Əsas vergi nəzəriyyələri və onların müasir şərhi (4-cü hissə)
Əsas vergi nəzəriyyələri və onların müasir şərhi (4-cü hissə)
3-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun
Vergi nəzəriyyələri vergilərin mahiyyəti və əhəmiyyəti haqqında elmi biliklərin müəyyən sistemini, yəni, bu və ya digər təyinatlı verginin tanınmasından asılı olaraq dövlətdə vergitutma modellərinin müxtəlif variantlarını nəzərdə tutur.
Vergi dərəcələrinin səviyyəsinin formalaşmasının ümumi qanunu belədir: geniş vergi bazası nisbətən kiçik vergi dərəcələrinə malik olmağa imkan verir və əksinə. Ayrı-ayrı vergi növlərinin kifayət qədər dar vergi bazası mütləq onların yüksək dərəcələrini nəzərdə tutur. Aydındır ki, yüksək və aşağı vergi dərəcələri sahibkarların təsərrüfat proseslərinə və işgüzar fəallığına müxtəlif təsir göstərir, onlarda investisiya proseslərinə fərqli münasibət yaradır.
Həmçinin A. Smit qeyd edib ki, dövlət vergi yükünün azaldılmasından daha çox qazanc əldə edir: azad edilmiş vəsaitlə xəzinəyə vergi (gəlir) daxil olan əlavə gəlir əldə edilə bilər. Bununla yanaşı, ödəyicilər bu ödənişləri asanlıqla yerinə yetirəcəklər. Bu da dövləti cəza və qəsblə bağlı vergilərin yığılması üzrə əlavə xərclərdən azad edəcək.
A.Smitin nəzəri fikirləri təkcə onun davamçıları üçün deyil, bütün iqtisadçı alimlər üçün də aksiom olub. Belə ki, 20 ölkədə ötən əsrin 70-ci illərində iqtisadi artımla vergilər arasındakı əlaqənin təhlili göstərir ki, yüksək vergi tutulan dövlətlərdə investisiyalar vergitutmanın aşağı səviyyəsi olan ölkələrlə müqayisədə təxminən on dəfə azalmışdır. Həqiqətən də, büdcəyə mənfəətin götürülməsinin optimal payı obyektiv şəkildə mövcuddur. Amma onu tapmaq üçün müəyyən faiz dərəcələrindən asılı olaraq müəssisələrin fəaliyyətinin hərtərəfli empirik tədqiqi aparılmalıdır. Lakin onların səviyyəsi minimum olmalıdır ki, büdcənin tələblərinə riayət olunsun və ictimai təsərrüfatın normal fəaliyyət göstərməsinə təhlükə yaratmasın. Əks halda vergilərin özü iqtisadi tənzimləyici funksiyalarını yerinə yetirməyəcəkdir.
Beləliklə, M. Ueydenbaum, M. Berns, Q. Steyn, A. Laffer tərəfindən inkişaf etdirilmiş təklifin iqtisadi nəzəriyyəsinin əsas ideyası, Amerika iqtisadçılarının fikrincə, öz yığım mənbələrini eyni zamanda artırmaqla vergitutmanın proqressiv səviyyəsini aşağı salır.
Demək olar ki, bütün müasir müəlliflər A. Smitin təklif etdiyi vergi meyarlarını ayırırlar və hesab edirlər ki, əgər vergilər bu meyarlara cavab vermirsə, onda vergitutma sərhədlərinin pozulması baş verir. Professor A. Laffer parabolik əyrilik quraraq mütərəqqi vergitutma ilə büdcə gəlirləri arasında kəmiyyət asılılığını əyani şəkildə göstərib və belə nəticə çıxarıb ki, vergilərin azaldılması özəl sektorun investisiya fəaliyyətinə müsbət təsir göstərir.
“Parabolik əyriliyin əsasında yatan fundamental ideya…, – o, deyirdi, bundan ibarət idi ki, vergi tariflərinin həddi nə qədər yüksəkdirsə, o, fərdlərin vergilərdən yayınmaları üçün çox güclü qızışdırıcı motiv rolunu oynayır”. İnsanlar təkcə ona görə işləmirlər ki, vergi ödəsinlər. Vergilər çıxıldıqdan sonrakı xalis gəlir, “bir insanın işlədiyini və ya çimərlikdə oturduğunu” müəyyənləşdirir. Belə ki, əgər sahibkar gəlir əldə etmək perspektivini və ya bazarın fəaliyyətini görməsə, daha yüksək mütərəqqi vergi şəklində artan ayrı-seçkiliklə üzləşirsə, iqtisadi fəallıq aşağı düşür. Sahibkarın bu halda istehsala cəlb edilməsi boş bir təşəbbüsdür. A. Lafferin fikrincə, təsərrüfat agentlərinin marağı iqtisadiyyatın çiçəklənməsinin hərəkətverici qüvvəsidir.

Başladığından bu yana heç də pozitiv hallarla qarşılaşmasaq da növbəti dövrün faydalı olacağına ümid etdiyimiz 2020-ci il ölkə başçısının sərəncamı ilə gənclərə diqqətin artırılması üçün könüllü ili olaraq müəyyən edildi.
Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində keçirilən əməliyyat zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Gəncə şəhər Kəpəz rayon Dövlət Sosial Müdafiə şöbəsinin daha 3 əməkdaşının saxlanıldığı bildirilir.
Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması məqsədilə yaradılan xüsusi portalda (