Statistika komitəsi hesabatlarını vaxtında təqdim etdiyinə görə bütün müəssisələrə təşəkkür edib

posted in: Xəbər | 0

Statistika KomitəsiStatistika Komitəsi: Karantin dövründə statistik hesabatlar tam və vaxtında toplanılıb

Bildiyimiz kimi koronavirus pandemiyası (COVID-19) dünyada olduğu kimi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Məhz hökumətin apardığı araşdırmalar nəticəsində pandemiyanın neqativ təsirinə tam və qismən məruz qalan, həmçinin COVID-19-un təsirinə məruz qalmayan sahələr müəyyən edildi. Beynəlxalq siyasi və maliyyə təşkilatları da bu təsirlərin müəyyən edilməsini və onların aradan qaldırılması üçün Azərbaycan hökumətinin atdığı addımları yüksək qiymətləndiriblər.

Beynəlxalq təşkilatlar hesab edir ki, pandemiya iqtisadiyyatla birbaşa və sıx əlaqəsi olan statistik məlumatların toplanması sahəsinə də təsirsiz ötüşməyib. Belə ki, məhz bu təsir nəticəsində bir sıra təşkilatlar aylıq göstəricilərinin açıqlanmasına fasilə veriblər.

Azərbaycanda bütün sahələrdə statistik məlumatların toplanmasına cavabdeh qurum Dövlət Statistika Komitəsidir.

Dövlət Statistika Komitəsinin mətbuat katibi Elməddin Quliyev bildirib ki, hazırda Komitə tərəfindən məlumatların 95%-i elektron formada toplanır:

“İlk öncə qeyd etmək istərdim ki, son illər statistika məlumatlarının toplanmasında, emalında və yayılmasında istifadə olunan informasiya texnologiyalarının tətbiqi imkanlarının genişləndirilməsi, respondentlərin yerli statistika orqanlarına gəlmədən hesabat məlumatlarını elektron formada təqdim etmələri üçün Dövlət Statistika Komitəsi tərəfindən görülmüş tədbirlər nəticəsində rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu 95%-i ötüb”.

E.Quliyevin qeyd etdiyinə görə, əvvəlki dövrlərdə olduğu kimi, xüsusi karantin rejimi dövründə də rəsmi statistika hesabatlarının onlayn rejimdə tam və vaxtında toplanaraq yekunlaşdırılması məqsədilə tərəfimizdən zəruri addımlar atılıb, o cümlədən aprel ayında müəssisə və təşkilat rəhbərlərinə, sahibkarlara hesabatlılıqla bağlı xüsusi müraciət olunub:

“Fürsətdən istifadə edərək hazırkı həssas məqamda yüksək məsuliyyət və intizam nümayiş etdirərək rəsmi statistika hesabatlarını vaxtında təqdim etdiklərinə görə bütün müəssisə və təşkilatlara təşəkkür edirik.

Koronavirus pandemiyasının təsirinin minimuma endirilməsi məqsədilə həyata keçirilən tədbirlərin daha ünvanlı olması, nəticələrin düzgün qiymətləndirilməsi üçün ölkə iqtisadiyyatında baş verən proseslərin vaxtında və davamlı olaraq müşahidə olunması və operativ qərarların qəbul edilməsi məqsədilə statistik informasiya təminatının daha da gücləndirilməsi Dövlət Statistika Komitəsinin daim diqqət mərkəzindədir”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

COVİD-19: Gələcəyi necə rəqəmsallaşdırmalı və maliyyələşdirməli (2-ci hissə)

posted in: Xəbər | 0

Gələcəyi necə rəqəmsallaşdırmalı və maliyyələşdirməli (2-ci hissə)

1-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Bill Qeyts kimi dünya məşhurları hesab edirlər ki, biz bu böhranın yalnız üçdə birini dəf etmişik, növbəti 6-12 ay ərzində vəziyyət qeyri-müəyyən olaraq qalacaq. Maliyyə direktorları, maliyyə nəzarətçiləri və mühasibləri tez bir zamanda biznesin qəlbində rəqəmsallaşdırmanı həyata keçirməlidirlər ki, bu da ayaqda qalma və rifah strategiyasının əsasını yaratmaq üçün əsas olacaqdır.

Son qeyddə, maliyyə qruplarının və şirkətlərinin bu gün və bəlkə də birbaşa indi və bu andan etibarən nə etmələri ilə bağlı böyük məqalələr və bloqlardan bəzi təkrarlanan fikirlər var:

  1. Adamlar – həqiqətən sizin əməkdaşlarınız və müştərilərinizin qayğısına qalırlar. Bunlar biz bu böhrandan çıxdığımız anda sizin biznesinizin çiçəklənməsinə kömək edən ən vacib adamlardır;
  2. Məlumatlar – yeni məlumatlar ortaya çıxdıqca tədbirlər hazırlamaq üçün biznesin bütün aspektləri üzrə etibarlı informasiyalardan istifadə edərək ssenari planlaşdırılmasını həyata keçirin;
  3. Kommunikasiya – gündəlik və həftəlik əsas göstəricilər haqqında məlumat verin və biznesdə bütün maraqlı tərəflərlə tez-tez lazım olduğu qədər ünsiyyət saxlayın;
  4. Texnologiyalar – böhrandan əvvəl daha yaxşı olması üçün texnologiyaları əlavə edəcəyiniz və dəyişdirə biləcəyiniz yerlərə baxın;
  5. Divest – fikrinizcə zəruri olmayan və gələcəkdə dəyər qatmayacaq xərclərdən qurtulun;
  6. İnvestisiya yatırmaq – sizin düşüncələrinizdə oynamaq təhqiramizdir. Öz biznes-modelinizdə rəqəmləşdirməyi bacardığınız hər şeyi rəqəmsallaşdırın. Bundan ötrü tenologiyalar vardır.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məcburi Auditlə bağlı Maliyyə Nazirliyindən MMC-lərə Xəbərdarlıq!

posted in: Audit, Maliyyə, Xəbər | 0

əmr, Maliyyə Naziri, Koronavirus, Maliyyə Nazirliyi, QHT, Maliyyə Nazirliyi, Mühasibat uçotu qaydası, maliyyə,kadr, struktur, Maliyyə Maliyyə Nazirliyi vergi gömrük“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətlər (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit)”. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.
Bu Məcəllənin 99.2-ci maddəsinə uyğun olaraq açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) hamının tanış olması üçün hər il dərc etməyə borcludur.

Adıçəkilən Məcəllənin 100.3-cü maddəsinə əsasən qapalı səhmdar cəmiyyəti bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədləri hamının tanış olması üçün dərc etməyə borcludur.

Həmin Məcəllənin 107.6-cı maddəsinə uyğun olaraq illik hesabatının və maliyyə hesabatlarının (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur.

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə təşkilatın internet səhifəsi olduqda, həmin təşkilatın internet səhifəsində və mətbu orqanda dərc etdirməsi tələb olunur.

Eyni zamanda “Mühasibat uçotu haqqında” Qanunun 12-1.9-cu maddəsinə uyğun olaraq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən publik hüquqi şəxslərdən, nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərdən, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin dövlət büdcəsindən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait ayrılan publik hüquqi şəxslərdən (dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, peşə təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi istisna olmaqla) illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc etdirməsi tələb olunur.

İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda bu şirkətin 1.3 milyon manat vergi borcu var

posted in: Vergi, Xəbər | 0

vergi borc“Baku Steel Company” və törəməsinin 1,3 milyon manat vergi borcu var.

Azərbaycanın ən iri polad istehsalçısı olan “Baku Steel Company” MMC-nin dövlət büdcəsinə 601 510,18 manat borcu var.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Məlumata görə, bu şirkətlə yanaşı onun törəməsi – “Baku Steel Construction” MMC-nin də 676 276,08 manat vergi borcu var.

Beləliklə, iki şirkətin ümumi borcu 1 277 786,26 manat təşkil edir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun