Arxivləşdirmə xidməti istifadəyə verilib
Arxivləşdirmə xidməti istifadəyə verilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin Data Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azcloud” “Arxivləşdirmə xidmət kimi” (AaaS) xidmətini işə salıb.
Bu barədə nazirliyə istinadən xəbər verilir.
Bildirilir ki, bu xidmət müxtəlif şirkətlərə və qurumlara məlumatlarını etibarlı və sərfəli şəkildə saxlamaq imkanı verir.
“Azcloud” bulud xidmətlərinin təklif etdiyi arxivləşdirmə xidməti sayəsində məlumatların həcminin 2,5 dəfəyə qədər sıxılması mümkündür. Bu da öz növbəsində bir məlumat daşıyıcısının 15 TB-dək məlumatı saxlamasını təmin edir.
Bundan başqa, müştərilər lent tipli yaddaşı əldə etməklə məlumatların həcminə görə ödəniləcək böyük miqdarda xərclərdən azad olacaqlar.
Sözügedən xidmət xarici məlumat daşıyıcılarından fərqli olaraq, məlumatların 30 ilə qədər saxlanmasına, eləcə də istənilən zaman onların tamlığının yoxlanılmasına və axtarışına imkan yaradır.
Bu xidmət rezervlənmə xidmətindən (backup as a service) də fərqlənir. Belə ki, illərlə saxlanılan və nadir hallarda istifadə olunan məlumatlar üçün nəzərdə tutulan “Arxivləşdirmə xidmət kimi” böyük həcmli verilənlərin uzunmüddətli saxlanmasının təminatçısıdır.
Mənbə: report.az

Yaxşı bir nəzəriyyənin mühasibat uçotunun düzgün aparılmasına zəmanət verdiyini iddia etmək, yaxşı tərtib edilmiş cinayət məcəlləsinin cəmiyyəti cinayətkarlıqdan xilas edə biləcəyini iddia etmək qədər, düzgün olmazdı.
Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankının (AMB) inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə salınması ilə əlaqədar bankda fəaliyyət göstərən “qaynar xətt”in iş rejimi gücləndirilib.
Dünyada vaxtilə mühasib işləmiş, lakin sonra ömrünü bundan daha faydalı işlərə sərf etmiş insanlara az-az rast gəlmək olur. Onlardan biri də ingilis Allen Carr-dır.