Mühasib keçmişdə və gələcəkdə (V hissə)

posted in: muhasibat, Xəbər | 0

mühasib keçmişdə, güzəştlər, baş mühasib, vakansiyaMühasib keçmişdə və gələcəkdə (V hissə)

IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun.

Bizim halda şagird nəzəriyyəçi idi. O, suallar verirdi. Bu da yaxşı insan olmaq, elmə yiyələnmək və onun vəzifələrini uğurla həll etmək yoludur. Müəllim də nəzəriyyəçi idi, lakin, böyük təcrübəyə malik idi. Ortaya qoyulan suallara mümkün cavabların icmalını verdi. Başa düşürdü ki, son, mütləq şəkildə tamamilə düzgün cavab ola bilməz. Çünki K. Popperin saxtalaşdırma meyarından keçən hər bir nəzəriyyə bəzi həqiqətləri izah edə bilər, digərlərini isə izah edə bilməz.

O səbəbdən Deqranj və Şerin hər iki nəzəriyyəsi elmin tələblərinə cavab verir. Beləliklə, ilk nəzəriyyə bütün hesabları hesablama hesabları kimi başa düşməyə gətirib çıxarır. Yəni, onun üçün hər bir hesab aktiv-passivdir və öz vəsaitlərinin hesablarında təsərrüfat həyatının faktlarını müəyyənləşdirməkdən başqa bütün qeydləri mükəmməl şəkildə izah edir. İkinci nəzəriyyə, bütün hesabları aktiv və passivə bölməklə, şəxsi vəsaitlər hesabında (nəticə hesabları da daxil olmaqla) qeydlərin yaxşı izahını verir. Amma, hesablaşma hesablarının uçotunun açılması zamanı çox vaxt gücsüz olur. Ona görə, bu nəzəriyyələrdən birinin yaxşı, digərinin pis olduğunu söyləmək olmaz. Onlar bir-birini tamamlayır, dolğunlaşdırır. Onlarda hər biri eyni zamanda yaxşı və pisdir. Hər ikisi lazımlıdır.

İnsanın elmə yanaşmasının bütün mənası bundadır. Zira çox şey bilir və insan həqiqətlərinin nə qədər ziddiyyətli və nisbi olduğunu yaxşı başa düşür. Hətta riyaziyyatın özü bütünlüklə paradokslardan ibarətdir. Yəqin ki, yeni zamanda ilk dəfə C. Berkli (1685-1753) sadə bir nümunədə bunu göstərmişdir: 12 ′ 0 = 0; 13 ′ 0 = 0. Burada 12 ′ 0 = 13 ′ 0. Əgər idarəetmənin hər iki hissəsinə sıfra bölsək, belə olacaq: 12 = 13.  Buradan görünür ki, qüsursuz məntiq absurd nəticələrə gətirib çıxarır.

Oxşar paradokslar bütün mühasibatlığı alt-üst edir:

– gəlir var, amma, firma müflis elan edilir;

– hazır məhsulların maya dəyəri nə qədər yüksək olarsa, sabit və ya artmaqda davam etməyən istehsalatda balansda daha çox mənfəət olur;

– zərər tam hüquqlu əmlakın tərkibinə daxildir; müəssisənin bazar dəyəri onun hissələrinin dəyərinə bərabər deyil; və digər bir sıra paradokslar.

Paradokslar müəyyən paradiqma çərçivəsində mövcuddur. Göstərilən mühasibat paradoksları ikili qeydiyyat postulatından irəli gəlir və imtina edildikdə, ortadan qaldırılacaq. Lakin yeni paradiqmada da paradokslar az olmayacaq. Və əslində hələ hansı paradiqma daha yaxşıdır, sualı da var.

Bizim halda bu suala cavabı bizim elmin tarixində tapmaq mümkündür.

Tarix lazımdırmı: həm hə, həm yox

Bəzən deyirlər: qədim yunanlar böyük bir xalq idilər, çünki bizimlə müqayisədə tarixləri yox idi. Lakin bu zaman unudurlar ki, tarix elmini məhz, onlar yaradıblar. O vaxtdan ziyalı adamlar Heredotun (e.ə. 480-425-ci illər) və Fukididin (e.ə. 460-400-cü illər) əsərlərini oxuyurlar. Qeyri-ziyalılar isə adətən deyirlər ki, bizim həyatımızda – tarix təcrübə üçün heç nə vermir və təhsil proqramlarını yalnız ağırlaşdırır.

Vaxtilə bir yerdə işləmək səadəti nəsib olmuş professorlardan (1904-1983) birinin söylədiyi sözləri xatırlayıram. O tez-tez belə deyirdi: “Nə vaxtsa olub, amma, bu keçmişdə qalıb, cəhənnəm olsun”, yaxşı sözlərdir, amma, qızıl sözlər deyil. Zira keçmişdə də bizim günlər üçün əhəmiyyət daşıyan çoxsaylı, ən müxtəlif və rənagarəng, əla ideyalar olub. Amma, keçmişin xatirəsini saxlamaq lazımdır və orada çox yetkin və təsirli ideyalar var.

Onlar bir çoxlarına kömək edə bilər, bəzilərinə isə əhəmiyyətli kömək göstərə bilər. Xatirimdədir, aspirant olduğum illərdə öz elmi rəhbərim olan professorun (1896-1981) yanına gəldim və soruşdum ki, veksellər mühasibat uçotu metodologiyasına necə təsir göstərib. Ağsaçlı müəllim dedi: “Bunu unut! Veksellər var idi, səhmlər var idi, kim bilir daha nələr var idi və artıq bunların heç biri yoxdur və olmayacaq. Başını köhnə şeylərlə doldurma. İrəliyə bax!” Mən də inandım. Sağlam skeptisizmi ilə fərqlənən və elm adamı üçün zəruri olan tarixi sevən dostum isə buna inanmadı. Veksellərlə bağlı köhnə kitabları qarşısına töküb oxumağa başladı, hər şeyi diqqətlə öyrəndi. Bu zaman isə yenidənqurma dövrü başlandı. Həmin öyrəndiklərinin hesabına o dövrdə nələr qazandı, bir Allah bilir. Qazancını çemodanlarla daşıyırdı.


VI hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank POS terminal komissiyalarına endirim etdi

posted in: Xəbər | 0

Kapital Bank pandemiya dövründə sahibkarlara dəstək göstərmək, həmçinin iqtisadi subyektlərin bank xidmətləri üzrə xərclərinin azaldılması məqsədi ilə POS terminal komissiyalarını aşağı salıb. Güzəşt müddəti 30 sentyabr 2020-ci il tarixinədək davam edəcək.

Şərtlərə görə Kapital Bank-ın e-commerce və POS terminal-larında həm Kapital Bank-a məxsus kartlar, həm də digər bankların kartları üçün hazırda tətbiq olunan komissiya faizinə 50%-dək endirim tətbiq edilir. Bunu etməklə Bank, hər zaman sahibkarları dəstəklədiyini, vəziyyətdən asılı olmayaraq optimal şərtlər təqdim etməsini bir daha sübut edir.

Qeyd edək ki, Kapital Bankın çox funksiyalı Smart Kassa və POS-terminallarını əldə etmək istəyənlər 196 Sorğu Mərkəzinə və ya (+99 450) 255-01-96 qaynar xəttinə müraciət edə bilərlər. Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir və hər bir müştərinin istəyinə uyğun “Təməl”, “Uğur”, “İnkişaf” və “Zirvə” adlı sərfəli tarif paketlərini təqdim edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maliyyə departamentinə Könüllü işçi tələb olunur

posted in: Vakansiya, Xəbər | 0

Maliyyə departamentinə Könüllü işçi tələb olunur

Vakansiya, Təcrübəçi, MaliyyəçiNOVCO Şirkətlər Qrupu 21 ildir ki, Azərbaycanda moda/pərakəndə satış sahəsidə fəaliyyət göstərir. Şirkətimiz ölkəmizin sərhədləri ilə məhdudlaşmayaraq Türkiyədə və Gürcüstanda bir neçə Dünya bendlərini təmsil edir. Calvin Klein, Coccinelle, Tommy Hilfiger, Lacoste, Bebe, Adidas, Monnalisa, Pablosky, Adl, Monsoon, Accessorize, United Colors of Benetton, Sisley, OVS kimi tanınmış geyim və aksesuar brendlərini özündə birləşdirir.

NOVCO səmimi kollektivi, karyera perspektivi, ədalətli idarəetmə prinsipi və dayanıqlığı ilə fərqlənir.

“Bizim komandaya sən də qoşul!”

Vəzifə: Internship ( könüllü )
NOVCO şirkəti Maliyyə departamentinə İnternship proqramı ilə işçi qəbulunu elan edir.

Tələblər

– Ünsiyyətcil olması
– Öyrənməyə və inkişafa həvəsli

Əmək şəraiti:

– 8 saatlıq iş rejimi
– Sənədləşmə, Əmək məzuniyyəti və s. prosedurlar Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir

Vakansiyaya uyğun olan namizədlər CV-lərini  / ünvanına mövzu yerində “__Internship__” yazaraq göndərə bilərlər.

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib öz işinin səmərəliliyini necə artıra bilər? (3-cü hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasib işinin səmərəliliyi 

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mühüm prinsiplərdən biri vəzifələr arasında keçid ilə bağlıdır. Həmin vəzifələrdən, yəni məsələlərdən birini həll edərkən, sizdə kabinetə daxil olan həmkarınızın sualına cavab vermək istəyi baş qaldıra bilər. Yaxud telefon zənginə cavab vermək və ya elektron poçtunuzun “Daxil olanlar” bölümünə diqqət yetirmək arzusu baş qaldıra bilər.

Belə halda nə baş verir? Digər əməkdaşlar kimi mühasib üçün də diqqətin məsələ üzərində  cəmləşdirilməsi çox zəruridir. İlkin səviyyəli məsələlərdən diqqətin yayınmaması üçün vaxtınızı şüurlu şəkildə hər hansı bir konkret məsələ üzərində cəmləşdirməyiniz çox mühümdür. Ümumiyyətlə, vaxtınızı müvəqqəti vaxt cədvəlinə uyğun korporativ standartlarla idarə etməniz çox faydalı ola bilər. Düzdür, əgər buna görə məsuliyyətin bir hissəsini (iş yerinin prinsiplərinin təşkili, diqqət strukturuna müvafiq informasiyaların çeşidlənməsi) öz üzərinizə götürsəniz, onda həmkarlarınızla qarşılıqlı  fəaliyyət – yəni, bu time-menecmentin korporativ standartına aid məsələ olacaq.

Müvəffəqiyyət  düsturu

Baxdığımız time-menecment işinin prinsiplərini öz vaxtınızı planlaşdırdığınız zaman tətbiq etməyiniz tövsiyə olunur. Onlardan aşağıdakı qaydada istifadə etməyiniz  məsləhətdir:

  • Sizdə ay və ya il üzrə görəcəyiniz çoxsaylı işlərin cədvəli var. Bunlar istənilən məslələrə aid ola bilər – işlə bağlı, şəxsi və s. – hansılar ki, sizin siyahıda az və ya çox xaotik şəkildə qeyd olunub. Yerinə yetirilməsi aktual olan məsələləri aşkar etməkdən ötrü həmin siyahını ən azından həftədə bir dəfə yoxlamağınız tövsiyə olunur;
  • Həmin siyahıdan cari və ya yaxın həftə ərzində yerinə yetirilməsi daha çox prioritet təşkil edənləri seçmək lazımdır. Seçəcəyiniz obyektlərin sayını şüuraltı yadda saxlamağınız çox vacibdir: 5-9 arası məsələ olması kifayətdir, çünki məhz bu sayda məsələ optimal hesab olunur. Onları nəzarət zonasında saxlamaq, sizə elə də çətin gəlməyəcək. Həmin siyahını bu və ya digər məsələnin yerinə yetirilməsi müddətinin gəlib çatdığını öyrənmək üçün  gün ərzində bir dəfə yoxlamaq, yəni, təhlil etmək tövsiyə olunur; konkret bir işi yerinə yetirmək və s. üçün imkanlarınızın yaranıb-yaranmadığını nəzərdən keçirmək məsləhətdir;
  • Yerinə yetirilməsi vacib olan hər hansı bir məsələni seçərkən, həmin məsələni şüurlu şəkildə ayırdığınız vaxtda həyata keçirəcəksiniz ki, o da sizin fokuslaşmış diqqətinizdə peyda olacaq.

Yəni, bir növ siz həmin məsələlərin yerinə yetirilməsi prosesini şüurlu olaraq həyata keçirməyə başlayacaqsınız ki, bu da gələcəkdə sizə öz işlərinizi səmərəli şəkildə yerinə yetirmək vərdişləri aşılayacaq.


IV hissəni oxumaq üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun