Video: “Anbar və ehtiyatların uçotu: FIFO, LIFO və orta maya dəyəri metodu”

posted in: Xəbər | 0

“Azərbaycan Mühasiblər Məktəbi”nin “Anbar və ehtiyatların uçotu: FIFO, LIFO və orta maya dəyəri metodu” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər.

Vebinarın təqdimatçısı Şahin Qurbanov Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə ve Kredit” üzrə bakalavr (2004-2008), “Maliyyə” ixtisası üzrə isə magistr (2009-2011) məzunudur.

“Azərbaycan İnvestisiya Holdinqi Publik Hüquqi Şəxs”də Mühasibat uçotu və maliyyə hesabatlılığı şöbəsinin müdiri və eyni zamanda “SAPPORT MMC”də maliyyə meneceri vəzifəsində çalışır.

Daha öncə “Caspian Rail MMC”, “MD Design” MMC, “NOBEL İLAÇ SAN. VE TİC. A.Ş.”, “Carlsberg Azerbaijan” kimi müxtəlif şirkətlərdə işləmişdir.

15 ilə yaxındır mühasibatlıq və maliyyə sahəsində fəaliyyət göstərən Şahin Qurbanov “ACCA” üzrə F1, F2, F3 beynəlxalq sertifikatlarının sahibidir. 2018-ci ildən bu günə kimi mühasibat uçotu və 1C mühasibat proqramı üzrə təlimçi kimi fəaliyyətini davam etdirir.

Peşəkar mühasib sertifikat imtahanını hər iki mərhələ üzrə müvəfəqiyyətlə vermişdir.

Keçid edərək Şahin Qurbanovun tədris etdiyi ödənişli “Mühasibat uçotu + 1C”kursuna nəzər yetirə bilərsiniz.


Ofisiantların sosial ödənişləri nə qədərdir?

posted in: Xəbər | 0

İctimai iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiantlar) nə qədər məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiantlar) vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər.

Buna əsasən, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxs (ofisiant) vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır.

“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Həmin şəxslər sabit qəbz almaq üçün yazılı müraciət etdikdə sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir.

Eyni zamanda bildirilib ki, sabit qəbz əsasında fəaliyyət göstərən fiziki şəxs eyni dövr ərzində müxtəlif əmsallar tətbiq olunan ərazilərdə fəaliyyət göstərərsə, bu zaman ən yüksək əmsal tətbiq edilən ərazi üzrə müəyyən olunmuş sabit vergi məbləği ödənilir.

Vergi Məcəlləsinə əsasən, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxs (ofisiant) aylıq 10 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 20 manat sadələşdirilmiş vergi ödəyir.

Qeyd olunan şəxslər tərəfindən Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) minimum aylıq əməkhaqqının 3 faizinin -2,0 əmsalı (345 x 3% x 2 = 20,7 manat) miqdarında məcburi dövlət sosial sığorta haqqı və minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 218-ci, 220-ci və 221-ci maddələri və “Tibbi sığorta haqqında”, “Sosial sığorta haqqında” haqqında qanunları

Mənbə: vergiler.az

Növbəti illər üçün gəlir vergisinin fərqli faiz dərəcəsi məlum oldu

Növbəti illər üçün gəlir vergisinin fərqli faiz dərəcəsi məlum oldu

posted in: Xəbər | 0

Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmayacaq.

2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar bunun 3 %-i qədər vergi ödəyəcək.

Bu nisbət 2027-ci ildə 5 %, 2028-ci ildən isə 7 % olacaq.

Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2027-ci ildə 125 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2028-ci ildən isə 175 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər olacaq.

Aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 2026-cı ildə 625 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2027-ci ildə 675 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2028-ci ildən isə 725 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər olacaq.

Bununla bağlı ilk xəbəri “Qafqazinfo” yayıb.

Mənbə: report.az

Mühasibat xidmətləri: mühasibat uçotunun qurulması və səmərəli idarəetmə

Tələsin və indi qoşulun! 100 000 nəfər Toyota Corolla və yüzlərlə bonus qazanmaq şansı əldə etdi

posted in: Xəbər | 0

Bir ekosistemin elan etdiyi Bir Bonus lotereyasına artıq minlərlə iştirakçı qoşulub.  Bu lotereyada həm bonus qazananlar, həm də xərcləyənlər iştirak edirlər. Artıq 100 000 nəfər Birbonuslu Toyota Corolla avtomobili və yüzlərlə bonus qazanmağa daha yaxındır.

Lotereyaya necə qoşulum?–sualının cavabı isə çox sadədir. 15 noyabr 2025-ci il tarixinədək Birbonus.az saytında mobil nömrəsini yazaraq qeydiyyatdan keçən hər kəs lotereyada iştirak edə bilər. Aşağıdakı şərtlərə əməl etmək sizə lotereyada onlarla şans qazandırır:

  • Kapital Bank/Birbank kartları ilə ən azı 5 AZN ödəniş – 1 şans
  • m10 ilə ən azı 5 AZN ödəniş – 1 şans
  • Bonus balansından 0.50 və yuxarı məbləğdə Bir Bonus xərcləmək – 1 şans
  • Birmarket tətbiqində və saytında edilən ödənişlər – 10 şans
  • az saytında və tətbiqində Bir Bonus xərcləmək – 10 şans

Ətraflı məlumat üçün: https://www.b-b.az/blprnb və ya *1001

Lotereyanın tirajı 16 dekabr  2025-ci il tarixində keçiriləcək. Qaliblər təsadüfi seçim əsasında Bir Bonus-un rəsmi sosial media hesablarında canlı yayımla müəyyən ediləcək.

Qeyd edək ki, Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus – Birbank, m10, Birmarket və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradır. Bir ekosistem müştəriləri Bir Bonus proqramına avtomatik olaraq qoşulur və bütün imkanlardan yararlanmaq şansı əldə edir. Bonusları BakıKart biletindən Trendyol sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər rahatlıqla istifadə etmək mümkündür.

Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

1 129 130 131 132 133 134 135 2. 693