ASK “Gələcəyin sahibkarı” mövzusunda yazı müsabiqəsi elan edir

posted in: Xəbər | 1

Müsabiqə – Gələcəyin sahibkarı

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə uşaqlar arasında “Gələcəyin sahibkarı” mövzusunda yazı müsabiqəsi elan edir.

Müsabiqədə 8-11, 12-15 yaş qruplarında şagirdlər iştirak edə bilərlər.

Müsabiqə Azərbaycanda sahibkarlığın təbliği, erkən yaşlarda sahibkarlıq anlayışının formalaşdırılması, uşaqları gələcəkdə sahibkar olmağa ruhlandırmaq məqsədi daşıyır.

Mükafat fondu:

1-ci yer – 200 AZN dəyərində hədiyyə
2-ci yer – 150 AZN dəyərində hədiyyə
3-cü yer – 100 AZN dəyərində hədiyyə

Müsabiqənin şərtləri:

Müsabiqədə iştirak etmək istəyənlər 8-11, 12-15 yaş qruplarında, şagirdlər olmalıdırlar;
Bir uşaq yalnız bir məqalə ilə iştirak edə bilər;

Yazıya qarşı olan tələblər:

Yazı “Arial” yazı şriftində, 12 punto ölçüsündə, A4 formatlı səhifədə yazılmalıdır;
Yazının həcmi 3000-6000 işarədən (boşluqlar nəzərə alınmadan) çox olmamalıdır;

Müraciət:

Hazırlanan yazılar 27 may 2020-ci il tarixinə qədər aşağıda göstərilənlərlə birlikdə elektron ünvanına, məktubun mövzusunda “MÜSABİQƏ” qeyd edilməklə göndərilməlidir:

Şəxsiyyət vəsiqəsinin sürəti;
Oxuduğu məktəb və sinif;
Ev və ya mobil telefon;

Qeyd: Təqdim edilmiş yazılar şərtlərə uyğun olmadıqda müsabiqəyə buraxılmayacaqdır.

Müsabiqənin qalibləri 1 iyun 2020-ci il tarixində elan ediləcəkdir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu təqaüdün verilmə qaydası dəyişdirildi

posted in: Xəbər | 0

Aylıq əmək haqqı, əlavələr, Sosial xidmətlər, Sosial yardımın müddəti, aylıq əmək haqqı, müavinət, vergi,kompensasiya, muzdlu işçilər, muzdlu işçilərin sayı, Kompensasiya məbləği, dəstək proqramı, dəstək proqramı, Əmək haqqı, maaş, Valyuta rejimi, orta aylıq əmək haqqı,Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, imtahan sessiyasının nəticələrinə əsasən ÜOMG-yə görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı, semestr başlayanadək müəyyən ediləcək.

Akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verib müvəffəq qiymət almış tələbə də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil ediləcək.

Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər (birinci tədris ilinin birinci semestri istisna olmaqla) fənlər üzrə göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir:

– fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə “əlaçı” təqaüdü;

– fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə “həvəsləndirici” təqaüdü. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır;

– fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə “adi” təqaüd.

İndiyə qədər təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər semestr üzrə (birinci tədris ilinin birinci semestri istisna olmaqla) imtahan sessiyasının nəticələrinə əsasən fənlər üzrə göstəricilərinə görə müəyyənləşdirilirdi.

Bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda sahibkarların vergi yükünün bir qədər də azaldılması təklif edilir

posted in: Vergi, Xəbər | 0

vergi güzəşti, vakansiya, baş mühasib köməkçisi,“Azərbaycanda “Kölgə iqtisadiyyatı”nın azaldılması ilə bağlı “Yol xəritəsi” hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmişik. Həmin sənəd tədbirlər kompleksidir və hazırlanarkən qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınıb”.

Bu barədə Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.

Onun sözlərinə görə, artıq Nazirlər Kabineti “Yol xəritəsi”nə rəy verilməsi üçün onu müvafiq qurumlara göndərb: “Bundan sonra isə “Yol xəritəsi”nin tətbiqi istiqamətində müxtəlif səpkili tədbirlərin görülməsi  gözlənilir”.

V.Novruzov qeyd edib ki, sənəddə vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müddəalar, o cümlədən uçotun, hesabatlılığın, nəzarətin təkmilləşdirilməsi, ictimai nəzarətin geniş tətbiq edilməsi kimi məsələlər yer alıb: “Əsas məqsəd sahibkarların vergi yükü-nün optimal səviyyədə yüngülləşdirilməsidir ki, vergidənyayınma halları, “kölgə iqtisadiyyatı” olmasın”.

Xatırladaq ki, ölkədə “kölgə iqtisadiyyatı”nın azaldılması, şəffaflığın stimullaşdırılması ilə bağlı böyük bir qanunvericilik paketinin Milli Məclisə daxil olması gözlənilir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyat naziri özünə yeni müşavir təyin etdi

posted in: Xəbər | 0

İqtisadiyyat naziri özünə yeni müşavir təyin etdi

Dövlət vergi xidməti, dövlət dəstəyi, Sahibkarlar, sahibkarlıq subyektləri, Yardım proqramları, iqtisadiyyat, koronavirusun ölkə iqtisadiyyatına təsirinin azaldılması, maliyyə hesabatları, sahibkarlar, Mikayıl Cabbarov, İqtisadiyyat, vergiler naziri, Vergilər Naziri, Mikayıl Cabbarov,qeyri-neft vergi daxilolmaları Vergi dəyişiklikləri Rəqəmsalİqtisadiyyat Nazirliyində kadr dəyişikliyi olub.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Əmrə əsasən, Sahir Məmmədxanov İqtisadiyyat nazirinə müşavir təyin olunub.

Qeyd edək ki, S. Məmmədxanov Vergilər nazirinin birinci müavini olub.

Mənbə: fins.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun