Gömrük Komitəsi büdcəyə ödənişləri azaldıb – 44 milyon manat azalma
2020-ci ilin 4 ayı ərzində Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 1 milyard 347 milyon 886 min manat daxil olub.
Bu barədə Komitənin aylıq hesabatına istinadən xəbər verilir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43 milyon 973 min manat və ya 3% azdır.
2019-cu ilin 4 ayı ərzində Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 1 milyard 391 milyon 859 min manat daxil olmuşdu.
Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 0,4% azaldaraq 963 milyon 925 min manata, aksizlər 54,4% azalaraq 43 milyon 841 min manata, yol vergisi üzrə daxilolmalar isə 4,4% azalaraq 12 milyon 637 min manat olub.
Mənbə: banker.az

Bu il aprelin 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 65,3 min nəfər və yaxud 4,1% artaraq 1 646,1 min nəfər olub.
Pensiya ilə bağlı yeni qanun layihəsində pensiyaçıların maraqları nəzərə alınmaqla, heç bir istisna olmadan pensiyaçının əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququnun təsbit edilməsi nəzərdə tutulur.
“EuroHome” ticarət mərkəzində baş verən növbəti yanğın kommersiya obyektlərinin sığortalanması məsələsini də yenidən gündəmə gətirdi. 2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. Ticarət mərkəzlərində baş verən yanğınlara baxmayaraq bəzi sahibkarlar hələ də sığortaya lüzumsuz xərc kimi baxır. Bəziləri isə sığorta şirkətlərinin onları sığortalamaqdan imtina etdiklərindən gileylənir. Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndəsi Rüfət Ağazadənin sözlərinə görə, həqiqətən də sığorta şirkətləri heç də hər obyekti sığortalamaqda maraqlı deyil: