Azərbaycanda orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycanda orta aylıq əmək haqqı artıb

Aylıq əmək haqqı, büdcə, orta aylıq maaş, orta aylıq əmək haqqı, orta aylıq nominal əmək haqqıBu il aprelin 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 65,3 min nəfər və yaxud 4,1% artaraq 1 646,1 min nəfər olub.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, onlardan 911,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 734,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Məlumata görə, muzdla işləyənlərin 20,3%-i təhsil, 17,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 13%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,9% artaraq 744,5 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Mənbə: report.az


Bax: Gömrük Komitəsi büdcəyə ödənişləri azaldıb – 44 milyon manat azalma


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email