İqtisadiyyat Nazirliyinə yeni təyin edilmiş rəhbər kadrlar kollektivə təqdim edilib

posted in: Xəbər | 0

İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin fərmanı ilə rəhbərlik etdiyi qurum dövlət xidmətlərinə yeni təyin edilmiş rəhbər kadrları qurumların kollektivinə təqdim edib.

Bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, nazir ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri vurğulayaraq xidmətlərin fəaliyyətinin həyata keçirilən sosial-iqtisadi strategiyanın hədəflərinə xidmət etməli olduğunu qeyd edib. O bildirib ki, yeni təyin edilmiş kadrlar dövlət başçısının etimadını doğultmalıdırlar.
Xatırladaq ki, ölkə Prezidentinin sərəncamları ilə Orxan Nəzərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Mətin Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Sahib Məmmədov isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis müavini təyin edilib. Onlar müvafiq dövlət xidmətlərinin rəisi vəzifələrini də icra edəcəklər.

Mənbə: report.az


Bax: Karantin dövründə sosial xidmətlər göstərən işçilərə əlavələr ödəniləcək


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Karantin dövründə sosial xidmətlər göstərən işçilərə əlavələr ödəniləcək

posted in: Xəbər | 0

Sosial yardımın müddəti, aylıq əmək haqqı, müavinət, vergi,kompensasiya, muzdlu işçilər, muzdlu işçilərin sayı, Kompensasiya məbləği, dəstək proqramı, dəstək proqramı, Əmək haqqı, maaş, Valyuta rejimi, orta aylıq əmək haqqı,Nazirlər Kabineti xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsinin və əlavənin ödənilmə müddətinin müəyyən edilməsi barədə qərar verib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsi aşağıdakı kimi müəyyən edilib:

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət sektorunda çalışan işçilər;

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan psixonevroloji, sağlamlıq imkanları məhdud uşaqlar üçün, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisələrinin, habelə həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzində çalışan işçilər.

Müddətli əlavə 2020-ci il aprelin 1-dən iyunun 1-dək olan müddət üçün iş vaxtına mütənasib olaraq ödənilir.


Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsinin və əlavənin ödənilmə müddətinin müəyyən edilməsi barədə

“Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 14 aprel tarixli 1982 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsi aşağıdakı kimi müəyyən edilsin:

1.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət sektorunda çalışan işçilər;

1.2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan psixonevroloji, sağlamlıq imkanları məhdud uşaqlar üçün, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisələrinin, habelə həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzində çalışan işçilər.

  1. Müddətli əlavə 2020-ci il aprelin 1-dən iyunun 1-dək olan müddət üçün iş vaxtına mütənasib olaraq ödənilir.
  2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 15 may 2020-ci il
№ 175


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Qərar imzalandı

posted in: Xəbər | 0

8 gün qeyri-iş günü, xüsusi karantin rejimi, lisenziyalar, icazələr, giriş-çıxış, fəaliyyət bərpa olunur, Azərbaycanda xüsusi karantin rejimi uzadıldı, İşsiz şəxslər üçün birdəfəlik ödəmə, İcbari tibbi sığorta, birdəfəlik ödəməNazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar verib.

Bununla bağlı Baş Nazir Əli Əsədov mayın 16-da qərar imzalayıb.

Qərarla müəyyən edilib ki, 2020-ci il 31 may saat 00:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər qüvvəsini saxlayır və həmin məhdudiyyətlərdən başqa, digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir:

– yükdaşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılması;

– xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;

– bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;

– Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda dövlət orqanlarında (qurumlarında) xüsusi iş rejimində işə cəlb edilən işçilərin say həddinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən məhdudlaşdırılması;

– “ASAN xidmət” və DOST mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

– dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;

– bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması;

– tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

– qrup halında fərdi tədris və repetitor xidmətlərinin (o cümlədən bu sahədə evlərdə xidmət) dayandırılması;

– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

– istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;

– muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;

– nəzdindəki ərzaq mağazaları, apteklər və müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılıması;

– ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;

– Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində bütün müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması;

– tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;

– idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

– masaj və hamam xidmətlərinin göstərilməsinin dayandırılması.

Bu Qərar 2020-ci il 18 may tarixindən qüvvəyə minir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hazırda vergi ödəyicilərinin sayı nə qədərdir?

posted in: Vergi, Xəbər | 0

yol vergisi, vergi ödəyiciləri, 2020-ci ilin may ayının 1-nə respublika üzrə 1 milyon 069 min 762 vergi ödəyicisi qeydiyyatda olub. Onların 925 min 818-i və ya 86,5 faizi fiziki şəxs, 143 min 944-ü və ya 13,5 faizi hüquqi şəxslər və digər təşkilatlardır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 66 min 897 vahid (106,7 faiz) artıb. Bu artımın 52 min 475 vahidi fiziki şəxslərin, 14 min 422 vahidi isə hüquqi şəxslərin payına düşüb. Fiziki və hüquqi şəxslərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 106 faiz və 111,1 faiz təşkil edib.

Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən kommersiya qurumları hesabına baş verib. Müqayisə edilən dövrdə kommersiya qurumlarının sayı 13 min 842 vahid (12,1 faiz) artaraq 128 min 380 vahid təşkil edib. Qeyri-kommersiya qurumlarının sayı isə 15 min 564 vahid təşkil etmiş və ya müqayisə edilən dövrdə 580 vahid (3,9 faiz) artıb.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun