Bu ilin ikinci rübündə ABŞ-ın ÜDM-i 40% azala bilər

posted in: Xəbər | 0

Bu ilin ikinci rübündə ABŞ-ın ÜDM-i yeni koronavirus pandemiyasının nəticələri ilə əlaqədar illik baza əsasında yenidən hesablanmasına görə 39,6 faiz azalacaq. Bu məlumatı Birləşmiş Ştatlar Konqresinin büdcə idarəsinin hesabatına istinadla Rusiyanın TASS agentliyi xəbər verib.

Büdcə idarəsinin rəhbəri Filip Suoqel hesabatla əlaqədar bildirib ki, ölkə iqtisadiyyatı cari ilin ikinci rübündə koronovirus pandemiyası ilə əlaqəli amillər üzündən kəskin ixtisarlarla üzləşəcək.

Konqresin müstəqil ekspertlərinin proqnozlarına görə, vəziyyət üçüncü rübdə, illik əsasda hesablamalarda gözlənilən 23,5 faiz, dördüncü rübdə isə 10,5 faiz yüksəliş hesabına bir qədər bərpa oluna bilər.

Bundan əvvəl isə dünya ÜDM-nin bu il ərzində 2,8 trilyon dollar həcmində aşağı düşəcəyi xəbər verilmişdi. Beynəlxalq reytinq agentliyi Fitch-in dəqiqləşdirmələrinə görə, avrozonada ÜDM 7 faiz, ABŞ-da 5,6 faiz, Böyük Britaniyada isə 6,3% azalcaq.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda nə qədər e-kassa quraşdırılıb?

posted in: Xəbər | 0

Azərbaycanda alış-veriş məntəqələrində quraşdırılan elektron kassa aparatlarının (e-kassa) sayı bəlli olub.

Bu günə qədər ticarət, ictimai iaşə obyektlərində 12 707 e-kassa quraşdırılıb.

Belə ki, bu kassalar 6 operator tərəfindən quraşdırılır. Onlar, “Az Smart”, “NBA Technologies International”, “CASPOS”, “OMNITECH”, “POS.AZ” MMC-lər və “DATAPAY” QSC-dir.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində mərhələdən ibarət olmaqla e-kassaların keçidinə başlanılıb.

Həmin proses, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli qərarına əsasən həyata keçirilir.

2019-cu il iyulun 1-dək olan birinci mərhələdə Bakı şəhəri üzrə iri ticarət mərkəzlərində, Mall tipli ticarət mərkəzlərində, avtomobil satışı üzrə ixtisaslaşmış müəssisələrdə, şadlıq evlərində, Bakı, Gəncə və Sumqayıt şəhərlərində şəbəkə sistemli marketlər və yanacaqdoldurma məntəqələrində tətbiqi nəzərdə tutulub.

2019-cu il oktyabrın 1-dək olan ikinci mərhələdə bu siyahıya Azərbaycanın bütün şəhər və regionları üzrə mebel satışı üzrə ixtisaslaşmış müəssisələr daxil edilib.

2020-ci il yanvarın 1-dən isə 3-cü mərhələ kimi bütün ölkə ərazisində e-kassaların tətbiqinə keçilib.

Sonuncu – IV mərhələdə isə ölkə üzrə müxtəlif tarixlərdə fərqli regionlarda e-kassalara keçid prosesinin tamamlanması nəzərdə tutulub. Belə ki, bu mərhələdə 2021-ci il aprelin 1-dək Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 2021-ci il oktyabrın 1-nə qədər Abşeron, Mingəçevir, Şəki, Şirvan, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan Sabirabad, Naftalan şəhər və rayonlarında olan digər pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə subyektlərin (obyektlərin) e-kassaya keçidi nəzərdə tutulub. Burada adı çəkilən şəhər və rayonların kənd və qəsəbələri istisnadır.

2021-ci il dekabrın 31-nə qədər kənd və qəsəbələri istisna olmaqla digər rayon mərkəzlərində olan digər pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə subyektlərin (obyektlərin) e-kassaya keçidi həyata keçiriləcək. Bu mərhələdə sonuncu tarix isə 2022-ci il dekabrın 31 müəyyən edilib. Belə ki, bu tarixə qədər Azərbaycanın bütün kənd və qəsəbələrində olan (işğal altında olan ərazilər işğaldan azad edildikdən sonra) digər pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə subyektlərin (obyektlərin) e-kassaya keçidi həyata keçiriləcək.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-ın maliyyə partnyorluğu ilə Vergi Xidməti ƏDV-lərin bir hissəsini geri qaytaracaq

posted in: bank, Xəbər | 0

ƏDV2019-cu ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, istehlakçılara pərakəndə ticarət və iaşə obyektlərində alınan mallara görə ödənilən Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsini geri almaq mümkün olacağı barədə məlumat verib. Kapital Bank-ın maliyyə partnyorluğu ilə təqdim olunan layihə çərçivəsində artıq istehlakçılar ödədikləri ƏDV-nin bir hissəsini geri ala biləcəklər.

Bunu həyata keçirmək üçün istehlakçı www.edvgerial.az saytına daxil olub, elektron kabinet yaratmalıdır. Qeydiyyat zamanı şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi qeyd olunmalıdır. ƏDV qeyd olunan obyektlərdən toplanılan kassa çekləri əsasında geri qaytarılır. Bunun üçün bir neçə məqama diqqət yetirmək lazımdır:

  • istehlakçı fiziki şəxs olmalıdır,
  • satıcı ƏDV ödəyicisi olmalıdır,
  • həmçinin ödəniş zamanı yeni nəsil kassa aparatlarından istifadə etmək zəruridir.

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində portal vasitəsilə müraciət etməli və çek barədə məlumatları – çekinin 12 simvollu fiskal İD-sini elektron kabinetə daxil olmaqla əlavə etməlidir. Eyni zamanda istehlakçı BirBank mobil tətbiqinin QR Pay xidmətindən istifadə edərək, çəkin üzərində olan QR kodu skan edib, onu daha tez və rahat şəkildə portala yükləyə bilər. QR Pay xidmətindən yararlanmaq üçün həm portal, həm də BirBank eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir.

Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilir. İstifadəçi toplanan vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər. Qeyd edək ki, yanacaqdoldurma məntəqələri daxil olmaqla neft-qaz məhsullarına görə edilən ödənişlərə görə ƏDV geri qaytarılmır. Həmçinin, Kapital Bank tərəfindən ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq olunmur.

ƏDV-nin qaytarılması ilə bağlı video təlimat: www.youtube.com/watch?v=9r52-BqCI_U

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hesablama Palatasının ötən il aşkar etdiyi nöqsanların tərkibi açıqlanıb

posted in: Xəbər | 0

Hesablama Palatasının 2019-cu ildə aşkar etdiyi 561 nöqsanın 172-si büdcə qanunvericiliyinin pozulması ilə bağlı olub.

Bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verilir.

Sənədə əsasən, ötən il dövlət satınalmaları ilə bağlı qanunvericiliyin pozulmasına dair 136, mühasibat uçotu və hesabatlılıq üzrə qanunvericiliyin pozulmasına dair 119, əsaslı vəsait qoyuluşları (tikinti) üzrə qanunvericiliyin pozulmasına dair 56, Büdcə gəlirlərinin hesablanması, yığılması və ödənilməsi üzrə qanunvericiliyin pozulmasına dair 42, Büdcədənkənar fond, sosial təminat və sosial müdafiə üzrə qanunvericiliyin pozulmasına dair 24, Dövlət əmlakı üzrə qanunvericiliyin pozulmasına dair 7, Bank-kredit, valyuta əməliyyatları və dövlət borcu sahəsində qanunvericiliyin pozulmasına dair isə nöqsan aşkar edilib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun