Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq edilir

posted in: Vergi, Xəbər | 0

Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejimi tətbiq ediləcək.

Bu, Milli Məclisin bu gün  keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən yeni – XVIII fəsildə (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) əksini tapıb (birinci oxunuş).

Layihə Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 5.1-5.11-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb və pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur.

Pandemiyanın bilavasitə təsir etdiyi aşağıdakı fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsini nəzərdə tutulur:

– avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti

– yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti

– turoperator və turagent fəaliyyəti

– sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının daşınması və (və ya) çatdırılması fəaliyyəti

– ictimai iaşə fəaliyyəti

– sərgilərin təşkili, səhnə, istirahət  və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti

– idman-sağlamlıq obyektlərinin fəaliyyəti

– hazırlıq (tədris) və ixtisasartıma  kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərinin fəaliyyəti

– əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ilə məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri.

Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur.

Göstərilənlərlə yanaşı pandemiyasının mənfi təsir etdiyi yuxarıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə aşağıdakı güzəştlərin verilməsi nəzərdə tutulur:

– fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi

– 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son vergini ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması

– mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinədək uzadılması

– ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixdən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması.

Mikro sahibkarlıq subyektlərinə:

– sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi

– 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatlarının verilməsi və hesablanmış verginin büdəcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi.

Bütün sahibkarlıq subyektlərini əhatə edən aşağıdakı vergi güzəştlərinin verilməsi nəzərdə tutulur:

– epidemiyanın qarışının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması

– əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mərkəzi Bank pandemiya dövründə bank kreditlərinin təsnifləşdirilməsi qaydasını müəyyənləşdirib

posted in: Xəbər | 0

 Bank kreditlərinin təsnifləşdirilməsi qaydası müəyyənləşdi

Mərkəzi Bankın İdarə Heyəti “Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar kredit təşkilatlarının müvəqqəti tənzimləmə Qaydası”nı təsdiqləyib.

Qayda mayın 1-dən qüvvəyə minib.

Bu Qayda Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında kreditlərin təsnifləşdirilməsi və risk qrupları, kapitalın adekvatlıq əmsalı və onun hesablanması qaydasını müəyyən edir. Qayda koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamında göstərilən meyarlar üzrə müəyyən edilmiş iqtisadi fəaliyyət sahələrində fəaliyyət göstərən hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərə dövlət tərəfindən yaradılmış qurumların vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinə şamil edilir. Dövlət tərəfindən yaradılmış qurumların vəsaiti hesabına verilmiş güzəştli kreditlərə yalnız 1 mart 2020-ci il tarixinə qənaətbəxş təsnifat kateqoriyasında olanlar şamil edilir.

Qaydada əksini tapan kreditlərin təsnifləşdirilməsi tələbləri bank olmayan kredit təşkilatlarına da şamil edilir.

Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının I hissəsinin A bəndinin 8-ci tədbirinə müvafiq olaraq kredit faizləri subsidiyalaşdırılan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə verilmiş kreditlərin təsnifat kateqoriyası borcalanın maliyyə vəziyyətindən asılı olmayaraq subsidiyanın ödənildiyi tarixdən 30 sentyabr 2020-ci il tarixinədək pisləşdirilmir. 1 mart 2020-ci il tarixinə qənaətbəxş təsnifat kateqoriyasında olan və Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının I hissəsinin A bəndinin 8-ci tədbirinə müvafiq olaraq kredit faizləri subsidiyalaşdırılan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə verilmiş kreditlər restrukturizasiya olunduqda onun restrukturizasiyaya qədərki təsnifat kateqoriyası 30 sentyabr 2020-ci il tarixinədək pisləşdirilmir. 1 mart 2020-ci il tarixinə qənaətbəxş təsnifat kateqoriyasında olan və dövlət tərəfindən yaradılmış qurumların vəsaitləri hesabına verilən güzəştli kreditlər 30 sentyabr 2020-ci tarixinədək restrukturizasiya olunduqda kreditin restrukturizasiyaya qədərki təsnifat kateqoriyası pisləşdirilmir.

Tibbi ləvazimat və avadanlıqların istehsalçılarına verilən və təyinatı üzrə istifadə olunması sənədlərlə təsdiq edilmiş milli valyutada biznes kreditləri 20 faizli (0.2 əmsallı) risk qrupuna aid edilir. “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 9.3.8.2-ci, 9.3.8.3-cü, 9.3.9.1-ci, 9.3.9.2-ci, 9.3.10.1-ci yarımbəndləri və 9.4-cü bəndi istehlak kreditləri üzrə risk qruplarına 01 yanvar 2021-ci il tarixinədək şamil edilmir.

Sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 1 yanvar 2021-ci il tarixinədək 11 faizdən az ola bilməz.  Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 1 yanvar 2021-ci il tarixinədək 9 faizdən az ola bilməz. 1 yanvar 2021-ci il tarixinədək kontr-tsiklik kapital buferi 0 faiz müəyyən edilir. I dərəcəli kapitalın və məcmu kapitalın adekvatlıq əmsallarının hesablanması zamanı bazar və əməliyyat riskləri bu Qayda qüvvəyə mindiyi gündən 01 yanvar 2021-ci il tarixinədək nəzərə alınmır.

Bankların kapital mövqeyinin və maliyyə dayanıqlığının qorunması məqsədilə ötən illərin nəticəsi üzrə dividend ödənişləri 30 sentyabr 2020-ci il tarixinədək təxirə salınmalıdır. 2020-ci il üzrə isə aralıq dividend ödənişləri həyata keçirilməməlidir. Bu Qayda 1 yanvar 2021-ci il tarixinədək qüvvədədir.

Qaydanın tələbləri əsasında güzəşt tətbiq edilmiş borcalanlara dair məlumatlar Mərkəzi Bankın müəyyən etdiyi formada prudensial hesabatlarla birlikdə Mərkəzi Banka təqdim edilir. Bu Qaydanın qüvvədə olduğu müddətdə “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” və Mərkəzi Bankın digər normativ xarakterli aktları bu Qaydaya zidd olmayan hissədə tətbiq edilir.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi Məcəlləsinə dəyişikliklər I oxunuşda qəbul edilib

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsinə dəyişikliklər I oxunuşda qəbul edilib

Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Milli Məclisin 1 may tarixində keçirilən plenar iclasında “Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanun layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliklər barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ətraflı məlumat verib.

Daha sonra çıxış edən millət vəkili Əli Məsimli bildirib ki, indi təqribən 100 milyon manata başa gələn bir şey sonra 500 milyona başa gələcək: “Ona görə də təklif edirəm ki, mənfəət və gəlir vergisi ödəyənlərə də 100 faiz güzəşt tətbiq edilsin”.

Deputat Azər Badamov təklif edib ki, sadələşdirilmiş verginin çərçivəsi 50% artırılsın.

Millət vəkili Vüqar Bayramov isə təklif edib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ödəniş etmiş sahibkarların ödədikləri məbləğ onların xərcləri sayılsın və buna görə də güzəşt əldə edə bilsinlər.

Qanun layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Konsaltinq şirkətləri üçün CRM – Müştəri bazasının formalaşdırılması

posted in: Xəbər | 0

Konsaltinq şirkətləri üçün CRM – Müştəri bazası

müştəri bazası CRM Konsaltinq şirkətləri

Hər gün çoxlu sayda sahibkarlar sual verir: Sadiq müştəriləri necə qazanmaq olar?

Cavab sadədir: Onlarla qarşılıqlı münasibətlər sisteminin qurulması, yəni CRM sistemini (Customer Relationship Management – Müştərilərlə münasibətlərin idarə olunması) tətbiq etmək lazımdır. CRM bütün yorucu işləri sizin əvəzinizdə aparacaq və şirkətinizin nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

İstənilən konsaltinq şirkətinin fəaliyyətində müştəri bazasının formalaşdırılması mühüm yer tutur. Konsaltinq şirkəti üçün müştəri tapmaq o qədər də çətin deyil, bu, istənilən biznes üçün ola bilər: kiçik ərzaq mağazasından sənaye nəhənglərinə qədər. Lakin, gələcək qarşılıqlı fəaliyyət, effektiv biznes münasibətlərinin qurulması heç də sadə məsələ deyil. Xoşbəxtlikdən, bu işdə konsaltinq şirkəti üçün məhsuldar köməkçi – CRM var.

Konsaltinq şirkətləri üçün CRM -in əsas məqsədləri:

  1. Şirkətin fəaliyyətinin optimallaşdırılması və bütün biznes proseslərinin səmərəliləşdirilməsi;
  2. Xidmət keyfiyyətinin artırılması;
  3. Müştərilər barədə vahid məlumat bazasının yaradılması.

Konsaltinq şirkətləri üçün CRM bütün strukturların məhsuldarlığı və səmərəliliyinin artırılması, o cümlədən mənfəət yekun nəticəsi üçün istifadə olunur.

İşin təxmini mexanizmini nəzərdən keçirək:

  1. Əvvəlcə hədəf auditoriyasını müəyyənləşdiririk və xidmətimizi reklam edirik. Burada müştəri bazası potensial sifarişçiləri təqdim edir. Bu mərhələdə əsas məqsəd onları bu və ya digər konsaltinq xidməti əldə etmək və ya məsləhət üçün müraciət etmək üçün maraqlandırmaqdır.
  2. Daha sonra bütün potensial müştəriləri bazaya daxil edirik və potensial sifarişçilərin reallığa çevrilməsi üçün hansı tədbirlərin həyata keçirildiyini müəyyənləşdiririk.
  3. Əgər müştəri sifariş verirsə, o, aktiv statusu alır. Sifarişi yerinə yetiririk, ödənişi alırıq və müqaviləni bağlayırıq. Əgər potensial müştəri sifarişçiyə çevrilmədisə, onda müqaviləni sonlandırırıq.
  4. Sözləşmə sonlandırıldıqdan sonra yenidən əlaqə qurmaq, yəni, təkrar müraciət etmək üçün bir sıra tədbirlərə başlayırıq: müxtəlif poçt göndərişləri, keçirilən aksiyalar və endirimlər barədə məlumat siqnalları, bayram üçün təbriklər və s. Əgər müştəri sifarişçiyə çevrilməyibsə, biz onun müştəri olması üçün yuxarıda sadalanan bir sıra tədbirlər görürük.

Beləliklə, CRM-in əsas məqsədi müştərini başlanğıcdan, hədəf auditoriyasının müəyyənləşdirilməsindən başlayaraq, əməliyyatın başa çatmasına və sonrakı marketinq tədbirlərinə qədər aparmaqdır.

Əsas funksiyaları:

  1. Müştəri bazasının saxlanması: statusların təyini, fəaliyyətin izlənilməsi və s.
  2. Müxtəlif müştəri qrupları üçün seçilmiş filtrlər üzrə göndərişlər.
  3. İstənilən hər hansı bir cihazdan işləmək: planşet, kompüter, noutbuk. Bu, birbaşa biznes görüşləri və danışıqlar zamanı hər bir sifarişçi üzrə əlavə məlumat daxil etməyə imkan verir.
  4. Sizə əhəmiyyətsiz görünən məqamları belə qeyd etməyi zəruri hesab edirik. Çünki sifarişçilər üçün həmin məqamlar çox vacib ola bilər.
  5. Personalın idarə edilməsi. Siz onların hər birinin fəaliyyəti haqqında bunları əldə edə bilərsiniz: uğurlu əməliyyatların sayı,telefon danışıqlarını dinləmək və s. Zənglərin idarəsi, səsyazmaların dinlənilməsi və ən əsası vahib çağrı mərkəzi üçün Cubics sizə IP telefoniyanızın CRM -ə inteqrasiyasını təklif edir.
  6. Planların tərtib edilməsi və mövcud resursların müvafiq şəkildə bölüşdürülməsi.
  7. Sözləşmələrin satış qıfı üzrə mərhələli təşkili və hər bir mərhələ üzrə təhlil imkanı.
  8. Hər bir əməkdaşın fəaliyyətini təhlil etmək, zəif və güclü tərəfləri üzə çıxarmaq, çatışmazlıqları aradan qaldırmaq imkanı.

Beləliklə, CRM -dən istifadə nəticəsində konsaltinq şirkətinin fəaliyyətinin bütün sahələrində artım baş verir, müvafiq olaraq, mənfəət də artır.

Müştəri münasibətlərinin idarə edilməsi, satışların artırılması üçün bütün zəruri xidmət və funksional imkanları özündə birləşdirən Cubics CRM -i sizə təqdim edirik. Yerli bazara uyğun, Azərbaycan dilində də istifadə edə biləcəyiniz bu sistemi 14 gün ödənişsiz şəkildə test etmək üçün https://crm.az/ saytına daxil olun və “Pulsuz qeydiyyat” bölməsindən qeydiyyatdan keçin.

Mənbə: cubics.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun