“Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi haqqında” Ərizə (DTA-04 Forması)

posted in: Xəbər | 0

Valyuta, Şəxsi hesab vərəqəsi, Məcburi dövlət sosial sığortası, mdss, işsizlik sığortası, Vergilər nazirinin müavini, Vergi ödəyicisi, Elektron qeydiyyat, Vergi ödəyicisi vergi ödəyiciləri xidmət mərkəzləri Aktiv vergi Vergilər satıcı xitamXidmətin adı: “Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi haqqında” Ərizə (DTA-04 Forması)

Tələb olunanlar: – VN tərəfindən verilmiş gücləndirilmiş elektron imza.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 24-cü maddəsi

– VN Kollegiyasının 12.06.2017-cü ilə tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələri, MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİnin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri

İcra müddəti: Sənədlər daxil olduğu gündən sonra 20 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: “Ödənilmiş vergilər haqqında” arayış

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Aprel ayının əvvəlindən kuryerlərə tələbat 4 dəfə artıb

posted in: Xəbər | 0

Aprel ayının əvvəlindən kuryerlərə tələbat 4 dəfə artıb

Select recruiting agentliyinin məlumatına görə, aprel ayının əvvəlindən koronavirusun yayılması təhlükəsi üzündən tətbiq olunan məhdudiyyətlər səbəbindən kuryerlərə tələbat dörd dəfə artıb.

Belə ki, kuryerləri əsas işəgötürənlər, qidaları yalnız çatdırılma ilə satışına icazə verilən ərzaq riteylerləri – barlar, restoranlar və ictimai iaşə obyektləridir.

Həmçinin məhdudiyyətlər dövründə bütün istiqamətlərdən olan İT mütəxəssislərinə də tələbat artıb. Recruiting agentliklərində belə yüksək ixtisaslı heyətin axtarışı üçün sifarişlərin həcmi 20 faiz artıb.

Selecty agentliyinin məlumatına görə, bu günlərdə böyük beynəlxalq şirkətlərdən biri onlayn satış kanalını inkişaf etdirə biləcək bir İT mütəxəssisinə bir milyon rubl maaş təklif edib.

Bundan əvvəl Beynəlxalq Əmək Təşkilatının mütəxəssisi Ernst Ekkehard koronavirus pandemiyasının əmək bazarına təsirindən danışmışdı. Onun sözlərinə görə, indi tibb işçilərinə, pərakəndə satış və çatdırılma sahələrində çalışanlara böyük tələbat var. Gələcəkdə bir çoxları rəqəmsal iqtisadiyyat, o cümlədən pərakəndə ticarət müəssisələri sahəsinə keçməyə çalışacaqlar. Bu isə öz növbəsində rəqəmsal texnologiya sahəsində çalışan mütəxəssislərə olan tələbatın artmasına gətirib çıxaracaq.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu gün “Öz biznesinə başla” adlı onlayn seminar keçiriləcək

posted in: Xəbər | 0

Bu gün “Öz biznesinə başla” adlı onlayn seminar keçiriləcək

Hörmətli Sahibkar!

Sizi, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkil etdiyi növbəti onlayn seminar-da iştirak etməyə dəvət edirik.
Belə ki, 07 may 2020-ci il tarixində saat 16:00-da geniş təcrübəyə malik Beynəlxalq Əmək Təşkilatının master təlimçisi Azad Rəhimov və ASK-nın Baş katib əvəzi Kristina Məmmədovanın moderatorluğu ilə “Öz Biznesinə Başla” mövzusunda canlı yayım təşkil olunacaq.

Canlı yayımda aşağıdakı məsələlərə toxunulacaq:
– Öz biznesinə kimlər başlaya bilər?
– Sahibkar olmaq üçün haradan başlamaq olar?
– ÖBBT proqramı nədir? Onun üstünlükləri nədir?
– Biznes planın əhəmiyyəti nədədir?
– Yaxşı biznes plan nədən ibarət olmalıdır?

Canlı yayımda iştirak etmək üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının facebook səhifəsini izləməyinizi xahiş edirik: facebook.com/sahibkarlar

Mənbə: ask.org.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Baş Mühasib – Dəniz-Servis MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya, baş mühasib, Vakansiya: Baş Mühasib tələb olunur.

İşəgötürən: Dəniz-Servis MMC.

Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– Bank ödəniş tapşırıqlarının hazırlanması
– İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü)
– Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə