Vəsait köçürülən işsiz şəxslərin sayı məlum olub

posted in: Xəbər | 0

Vəsait köçürülən işsiz şəxslərin sayı məlum olub


birdəfəlik ödəmə, İşsiz şəxslər, İşsiz, İşsiz şəxslərin qeydiyyatı, sektorlara dəstək, xəbərdarlıq sahibkarlarƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan şəxslərdən daha 20 min nəfər üçün birdəfəlik vəsaiti bank filiallarına və poçt şöbələrinə köçürüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin şəxslərə işsiz kimi qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrələrinə bu barədə SMS göndəriləcək. Mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə almaqla, mesajda “Azərpoçt” MMC qeyd edilibsə – istənilən poçt şöbəsinə, bank göstərilibsə – həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edə bilərlər.

İşsiz şəxslərin birdəfəlik ödəmə ilə təminatına aprelin 9-dan başlanılıb və ödəniş prosesi gündəlik davam edir. Ötən 6 gündə Nazirlik tərəfindən artıq 120 min işsiz şəxs üçün birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsi təmin olunub.

Qeydiyyata alınan digər işsizlər də birdəfəlik ödənişlə təmin olunacaqlar.

Mənbə: vergiler.az


Bax: Sahibkarlara işçilərin ixtisar edilməməsi ilə bağlı Xəbərdarlıq


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İtaliya maliyyə fəlakəti astanasındadır

posted in: Maliyyə, Xəbər | 0

İtaliya maliyyə fəlakəti astanasındadır


İtaliya hökuməti pandemiya dövründə maliyyə fəlakəti ilə üzləşən ölkə iqtisadiyyatının vəziyyətini düzəltmək üçün 740 milyard avro ayırmağı vəd edib. Amma milli qanunvericiliyin özəlliyi səbəbi ilə ölkə şirkətləri ola bilsin ki, bu yardımı hələ çox gözləməli olacaqlar/ Bunun özü isə bütün ölkə üçün maliyyə fəlakəti ola bilər. Bu haqda Bloomberq saytı yazıb.

Hökumət proqramı bir neçə mərhələyə bölünür: ilk iki mərhələdə biznesə dəstək məqsədilə hər biri 25 milyard avroluq yardım zərfi ayrılmalıdır. Həmin məbləğlər banklar vasitəsilə köçürülməlidir ki, bu da onların sənədləşdirilməsini uzada bilər. Bu səbəbdən onu alacaq ünvanlar mövcud olmaq üçün maliyyəsiz qala bilərlər.

“Banklar kreditlərin rəsmiləşdirilməsi zamanı standart prosedurlara riayət etməlidirlər. Onlar müəyyən maliyyə riski daşıyırlar. İndi banklar öz adi yüklənmələrinin 30 faizi həcmində işləyirlər. Həmin səbəbdən bütün bu proses aylarla çəkə bilər”, – Milandakı Bakkoni universitetinin biznes-strategiyası üzrə professoru Karlo Alberto Karnevale Maffe belə söyləyib.

Haqqında söhbət gedən risklər borcalanın ödəniş qabiliyyətinin mümkün olmayacağını nəzərə almaqdan ibarətdir – baxmayaraq ki, kreditlər məqsədli xarakter daşıyır. Məhz, ən çox zərər çəkmiş firmaların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Avropa Mərkəzi Bankının tələblərinə əsasən, proqramda iştirak edən kommersiya bankları verilən kreditlər üçün bütün zəruri ehtiyatlar yaratmağa məcbur olacaqlar ki, bu da onların göstəricilərinə mənfi təsir göstərəcək və ayrı-ayrı hallarda tənzimləyicinin normativlərinə riayət etməyə imkan verməyəcəkdir.

İtaliyanın baş naziri Cüzeppe Konte, tənqidlərə cavab olaraq, bürokratik prosedurların minimuma endirildiyini söyləyib.

“Banklar bizə deyirlər: əgər sizə adi kredit lazımdırsa, siz onu dərhal ala bilərsiniz. Yox, əgər güzəştli kredit almaq istəyirsinizsə, onda gözləmək lazım gələcək”, – Novation Tech SpA şirkətinin icraçı direktoru Luka Businaro belə deyir.

O, hökumətin SACE dövlət ixrac kredit agentliyi vasitəsilə biznesə 200 milyard avro həcmində kreditlər üçün təminat verəcəyi planlarına istinad edir. Businaronun sözlərinə görə, pul yalnız iyun və ya iyul aylarında daxil ola bilər, çünki bir çox razılaşdırmalardan keçmək tələb olunur. Bundan başqa, hökumət proqramının tam yerinə yetirilməsi üçün bir sıra qanun və normativ aktların qəbul edilməsi vacibdir.

Nəşr, 6 apreldə biznesi stimullaşdırma elanından sonra dörd banka müraciət edən Romada yerləşən Donati Spa şirkətindən Angelica Donatinini nümunə gətirir. Onların heç birinin mart ayında təsdiq edilmiş hətta köhnə tədbirlərin həyata keçirilməsi qaydası barədə məlumatı yox idi. UniChess şirkətinin sahibi Roberto Moranzini isə bəyan edib ki, bank hətta bir həftə sürən danışıqlardan sonra belə ona kömək edə bilməyib.

İtaliyanın ləngliyi Almaniyanın operativliyi ilə ziddiyyət təşkil edir. Berlində, freelancer-lərə və kiçik şirkətlərə artıq təxminən 1,3 milyard avro ödənilmişdir. Yalnız bir neçə gün ərzində təxminən 140 min ərizə emal olunmuşdur. Bəzi hallarda isə pullar 24 saat əzində daxil olmuşdur.  Oxşar problemlər İngiltərədə də yaşanmışdır. Belə ki, orada bu dəstəyi müəssisələrin yalnız 1%-i ala bilib. ABŞ-da borc emalı platforması gecikmə və texniki problemlərlə işləyir.

Bir çox kiçik biznes sahibləri isə hətta əlverişli şərtlərlə kredit götürmək istəməyərək, öz fəaliyyətlərini dayandırmağa üstünlük verirlər.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Digər dövlətdə ödənilmiş vergi məbləğinin təsdiq edilməsi

posted in: Vergi, Xəbər | 0

Rezidentlik sertifikatı, DTA-01 Forması, Rezidentlik sertifikatının verilməsi, vahid bəyannamə, qeyri-muzdlu, vergi hesabatları, vergilər nazirliyi, Vergi orqanlarına işə qəbul, Vergilər Nazirliyi, xidməti müqavilə, Əmək müqaviləsi, Qeydiyyat sənədləri, gəlir vergisi, Muzdlu iş, Sadələşdirilmiş vergi, Apelyasiya Şurası, kommersiya qurumları, MDSS, fəaliyyət,imtahan nəticələri, işə qəbul, ödənilməli vergilər, vergi ödəyicisi, vergi borcu,Xərc,təlimlər, Vergilər Nazirliyi, Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,Xidmətin adı: Razılığa gələn digər dövlətdə ödənilmiş və Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmalı olan vergi məbləğinin təsdiq edilməsi (DTA-02 Forması).

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– “Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair” Ərizə (DTA-02 Forması);

– digər dövlətdə vergilərin ödənilməsini təsdiq edən sənədlər.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 127-ci maddəsi

– VN Kollegiyasının 12.06.2017-cü ilə tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları.

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları.

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələri, MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİnin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri.

İcra müddəti:

Sənədlər daxil olduğu gündən sonra 20 iş günü – əlavə araşdırıl masına vaxt tələb edildikdə 20 iş günü.

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – DTA-02 formasının təsdiq edilməsi haqqında bildiriş.

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Böyük mühasib – Murphy Shipping

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

böyük mühasib, mühasib köməkçisi, vakansiya,Vakansiya: Böyük mühasib.

İşəgötürən: Murphy Shipping.

Vakansiya barədə məlumat:

– İş vaxtı həftəiçi 5 gün, saat 09:00-dan 18:00-dək

Standart iş vaxtı.

Böyük mühasib üçün tələblər:

– 1C 8. proqramında sərbəst işləmək bacarığı

– Cari mühasibatlıq işlərini görmək, əmək haqlarının hesablanması, müxtəlif təyinatlı köçürmələrin edilməsi və s

– Bütün növ hesabatları müvafiq qaydada və müddətdə təqdim etmək

CV-ni / ünvanına göndərin.

Mənbə: finstaff.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun