Read More9
Read More9

2025-ci ilin ilk 9 ayında vergi orqanlarına 331 mindən çox müraciət daxil olub

posted in: Xəbər | 0

2025-ci ilin yanvar – sentyabr ayları ərzində vergi orqanlarına ümumilikdə 331.260 müraciət daxil olub. Daxil olmuş müraciətlərdən 94,6 faizi ərizə, 5,3 faizi şikayət, 0,1 faizi təkliflərdən ibarət olub. Müraciətlərin 96,8 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 3,2 faizi hazırda icradadır.

Baxılması yekunlaşmış müraciətlərin 53,9 faizi həll olunub, 44,1 faizi üzrə müvafiq izahat verilib, digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Daxil olmuş faktiki şikayətlərdən 5.680-i həll edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, vergi mükəlləfiyyətləri, maliyyə sanksiyalarının silinməsi, şəxsi hesab vərəqələri, vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi orqanı əməkdaşlarının hərəkəti (və ya hərəkətsizliyi), vergi borclarının silinməsi, borcun ödənilməsinə möhlət verilməsi, vergi bəyannamələri, riskli vergi ödəyicisi statusu, ƏDV depozit hesabı və digər məsələlərlə bağlı olub.

2025-ci ilin yanvar – sentyabr ayları ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 591 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.

Mənbə: vergiler.az

Hansı hallarda məcburi əməyə cəlb etməyə yol verilir?

posted in: Xəbər | 0

Mövzunu əmək hüquqları üzrə ekspert Nüsrət Xəlilov şərh edir. 

Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş əsas hüquq və vəzifələrdən biri də 35-ci maddədə əksini tapan əmək hüquqlarıdır. Həmin maddəyə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz.

Əmək Məcəlləsinin 17-ci maddəsi məcburi əməyin qadağan edilməsini tənzimləyir. Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 193-cü maddəsində məsuliyyət nəzərdə tutulub. Həmin maddəyə əsasən, əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən olunmuş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə 1.000 manatdan 2.000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Həmçinin, Cinayət Məcəlləsinin 144-1-ci maddəsində insan alverinə görə məsuliyyət müəyyən edilib. Həmin maddəyə görə, insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədilə cəlb olunması, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi adlanır.

Bu maddədə “insanın istismarı” dedikdə, məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz götürülməsi, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlbetmə başa düşülür. Məsuliyyətin həddi həmin maddədə müəyyən olunub.

Beynəlxalq Əmək Təşkilatının “İcbari əməyin ləğv edilməsi haqqında” 1957-ci il iyunun 25-də Cenevrə şəhərində qəbul olunmuş 105 saylı Konvensiyası Azərbaycan Respublikasının 24 mart 2000-ci il tarixli 847-IQ nömrəli Qanunu ilə ratifikasiya edilib. Təşkilatın bu Konvensiyasını ratifikasiya edən hər bir üzvü icbari və ya məcburi əməyi ləğv etməyi və onun hər hansı bir formasını öhdəsinə götürür.
Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hәrbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində qeyd olunub ki, müəyyən hallarda məcburi əməyə yol verilə bilər. Belə ki, məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə yalnız fövqəladə vəziyyət, hərbi vəziyyət və ya hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar cəlb edilə bilər. Bu cür əmək halları qanunla ciddi şəkildə məhdudlaşdırılır və yalnız müəyyən şəraitlərdə, hər kəsin hüquqlarının təmin edilməsi şərtilə tətbiq oluna bilər.

Əmək Məcəlləsinin 17-ci maddəsinə əsasən, habelə qanuni qüvvəyə minmiş məhkəmə hökmlərinin icrası zamanı müvafiq dövlət orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə məcburi əməyə yol verilir. Bu hallardan başqa, qalan hallarda məcburi əmək qadağandır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Mənbə vergiler.az

Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası

“Vergi və korporativ hüquq” praktiki təlim

posted in: Xəbər | 0

Vergi və korporativ hüququn analizi

Təlim kimlər üçündür?

  1. Mühasib və baş mühasiblər
  2. Vergi müşavirləri və konsultantlar
  3. Biznes və maliyyə direktorları
  4. Hüquqşünaslar (xüsusilə kommersiya hüququ üzrə)
  5. Startap sahibləri və sahibkarlar və digər maraqlanan şəxslər

Təlimin əsas faydaları:

  • Vergi nəzarəti üzrə praktiki biliklər:
    • Səyyar və kameral vergi yoxlamalarının tənzimlənməsi, hüquqi və praktiki aspektləri öyrənilir.
  • Hüquqi və inzibati biliklərin artırılması:
    • Kommersiya hüquqi şəxslərin qeydiyyatı, filial və nümayəndəlik prosessləri, yaranan problemlərin inzibati qaydada həlli yolları öyrədilir.
  • Riskli vergi ödəyicisi və vergi optimizasiyası:
    • Riskli vergi ödəyicisi meyarları, risklərdən azad olma və düzgün vergi strategiyası qurma bacarıqları qazandırılır.
  • Praktiki və maliyyə yönümlü bacarıqlar:
    • Nizamnamə kapitalının artırılması (pul və əmlak yolu ilə), bank hesablarına sərəncam qoyulması və yazışmaların aparılması kimi praktik məsələlər öyrədilir.
  • Operativ təhlil və vergi yoxlamaları:
    • Xronometraj metodu və operativ vergi nəzarəti kimi real iş proseslərinə dair hüquqi və vergi analiz bacarıqları inkişaf etdirilir.
  • Peşəkar əlaqələrin və qərarvermənin gücləndirilməsi:
    • Mühasiblər, hüquqşünaslar və biznes rəhbərləri üçün praktiki nümunələr və situasiyalarla qərarvermə bacarığı artırılır.

Təlimçi: Ziyafət Qarayeva – Hüquqşünas (Vergi və Korporativ Hüquq üzrə Mütəxəssis)

Ziyafət Qarayeva, vergi və korporativ hüquq sahəsində geniş təcrübəyə malik hüquqşünasdır. Dövlət Vergi Xidmətində (DVT) 10 ildən artıq müddət ərzində mütəxəssis və müşavir vəzifələrində çalışmış, vergi nəzarəti, vergi mübahisələri və kommersiya hüququ sahələrində dərin biliklərə sahib olmuşdur. Hazırda vergi və korporativ hüquq üzrə müstəqil mütəxəssis olaraq fəaliyyət göstərir.

Ziyafət Qarayeva, həmçinin müxtəlif təlimlər və seminarlar keçirərək vergi və hüquq sahəsindəki biliklərini paylaşır, hüquqi təcrübəsini peşəkarlarla bölüşür. Onun təqdimatları vergi nəzarəti, kommersiya hüququ və risk idarəçiliyi sahələrində praktiki yanaşmalar təqdim edir.

Linkedin profili: https://www.linkedin.com/in/ziyafet-garayeva-a0419a14a/

Təlim mövzuları: 

  1. Vergi ödəyicilərinə nəzarət tədbirləri (səyyar və kameral vergi nəzarət tədbirlərinin tənzimlənməsi)
  2. ⁠Kommersiya hüquqi şəxsin qeydiyyatı və qeydiyyat zamanı yaranan problemlərin inzibati qaydada həlli qaydası
  3. ⁠Operativ vergi nəzarəti və xronometraj metodu ilə müşahidənin aparılmasının vergi aspektindən hüquqi analizi
  4. ⁠Kommersiya hüquqi şəxsin nizamnamə kapitalının artırılması ( əmlak və pul şəkilində)
  5. ⁠Riskli vergi ödəyiciləri meyarları, riskli vergi ödəyicisindən azad olunmaq qaydaları
  6. ⁠Nümayəndəlik və filial qeydiyyatı prosessləri
  7. ⁠Vergi ödəyiciləri ilə yazışmalar
  8. Bank hesablarına serancam qoyulmağı və sərəncamın növləri haqqında

Təlim sayı və vaxtı: Hər təlim 2 saat, həftədə 2 dəfə

Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az/

Əlaqə:

📞+994 12 310 05 50
📱+994 50 209 34 72

Ünvan: Caspian Plaza

10 000 AZN kredit götür, aylıq cəmi 350 manat ödə – Birbank Biznes-dən sərfəli kredit kampaniyası

posted in: Xəbər | 0

Yeni ideyaları, böyük hədəfləri olan kiçik sahibkarlar, artıq arzularınız əlçatandır.  Biznesimi necə böyüdüm? – sualı sizi də düşündürürsə Birbank Biznes-in bu təklifindən mütləq yararlanın. Bunun üçün sadəcə Birbank Biznes mobil tətbiqinə daxil olun və cəmi bir neçə kliklə pulunuz hesabınızda olsun.

Belə ki, Birbank Biznes, kredit götürmək və böyük planlarını vaxt itirmədən reallaşdırmaq istəyənlər üçün sərfəli şərtlərlə yeni kampaniyaya start verir. 31oktyabr tarixinədək bankdan mikro kredit alan müştərilər hər 10 000 manat kredit məbəği üçün cəmi 350 manat aylıq ödəniş edirlər.

Kampaniya Birbank Biznes mobil tətbiqindən rəsmiləşdirilən kreditlərə şamil edilir. Üstəlik  də heç bir komissiya ödəmədən.

Sifariş üçün: https://www.b-b.az/kqss

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək

1 133 134 135 136 137 138 139 2. 693
error: Content is protected !!