Read More9
Read More9

İqtisadiyyat üzrə Nobel mükafatının laureatları məlum olub

posted in: Xəbər | 0

2025-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatları kimlərdir?

İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən 2025-ci il üçün Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə “Sveriges Riksbank” mükafatının laureatları məlum olub.

“Nobelprize.org”a istinadən xəbər verilir ki, Joel Mokir, Filippe Aghion və Peter Houitt sözügedən sahə üzrə laureatlar elan edilib.

Onlar bu mükafata niyə layiq görülüblər?

Joel Mokir, Filippe Aghion və Peter Houittə “innovasiya əsaslı iqtisadi artımı izah etdiklərinə görə” mükafat təqdim edilib.

Mükafatın yarısı Joel Mokirə “texnoloji tərəqqi vasitəsilə davamlı artımın ilkin şərtlərini müəyyən etdiyinə görə”, digər yarısı isə Filippe Aghion və Peter Houittə “yaradıcı dağıdılma (creative destruction) vasitəsilə davamlı artım nəzəriyyəsinə görə” birgə verilir.

2024-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatına kimlər layiq görülmüşdü?

Xatırladaq ki, ötən il Nobelə Daron Əcəmoğlu, Saymon Conson və Ceyms A.Robinson sözügedən sahə üzrə 2024-cü ilin laureatları elan edilib.

Mənbə: apa.az

Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək

Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək

posted in: Xəbər | 0

Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək.

Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənədə əsasən 2026-2029-cu illərdə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması, o cümlədən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərinin vergi yükünün optimallaşdırılması, nağdsız ödənişlərin stimullaşdırılması, kənd təsərrüfatı istehsalçılarına dəstəyin artırılması, vergi güzəştlərinin əhatə dairəsinin genişləndirilməsi, həmçinin aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklərin aparılması nəzərdə tutulub.

Balıqçılıq sahəsində dəstək mexanizmləri tətbiq ediləcək

Sənəddə həmçinin, əlverişli investisiya mühitinin yaradılması, xüsusilə balıqçılıq sahəsində dəstək mexanizmlərinin tətbiqi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli istehsalın stimullaşdırılması, eləcə də daxildə istehsal olunan avtomobillərin satışına və onların idxalına dair vergi güzəştlərinin təkmilləşdirilməsi tədbirləri görüləcək.

Azad edilmiş ərazilərdə fəaliyyət göstərən subyektlərin rezidentlik statusu tənzimlənəcək

Eyni zamanda vergi və gömrük sahəsində inzibatçılığın təkmilləşdirilməsi, bu çərçivədə iqtisadi fəaliyyət sahələri üzrə təmir və amortizasiya xərclərinin uçotu mexanizminin təkmilləşdirilməsi, güzəşt mexanizmlərinin optimallaşdırılması, eləcədə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən təsərrüfat subyektlərinin rezidentlik statusunun tənzimlənməsi və müvafiq güzəştlərdən yararlanmasının təmin olunması tədbirləri görüləcək.

Mənbə: apa.az

Məsuliyyətli borclanma: kredit rəsmiləşdirilərkən nələr nəzərə alınır?

Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar optimallaşdırılır

posted in: Xəbər | 0

Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar optimallaşdırılır.

Bu Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Məlumata görə, qeyri-neft sektoru üzrə ÜDM-də proqnozlaşdırılan artım, həmçinin kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların optimallaşdırılması, gəlirlərin leqallaşdırılması, elektron idarəetmənin iqtisadiyyatın əksər sahələrinin nüfuzunun artması nəticəsində şəffaflığın təmin edilməsi və nəzarətin güclənməsi növbəti illərdə büdcə gəlirlərinin tərkibində qeyri-neft-qaz gəlirlərinin payının genişlənməsinə səbəb olacaq.

Qeyd edək ki, növbəti il fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaları 2 milyard 379.3 milyon manat, 2027-ci ildə 2 milyard 840 milyon manat, 2028-ci ildə 3 milyard 87 milyon manat, 3 milyard 350 milyon manat proqnozlaşdırılır.

Əlavə edək ki, bu vergi fiziki şəxslərin müxtəlif mənbələrdən əldə etdikləri gəlirlərdən tutulur və onun ödəyicilərinin dairəsi kifayət qədər genişdir. Belə ki, muzdlu işdən (əmək haqqı, mükafat və bonuslardan), sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətdən, icarə haqlarından (kirayə gəlirləri), dividendlərdən və faizlərdən, royalti əmlakın (məsələn, mənzil, torpaq və ya obyektin) satışından qazanc əldə edildikdə və həmçinin yarışlar, lotereyalar, müsabiqələr kimi təsadüfi gəlirlərdən — bütün bu mənbələrdə fiziki şəxslər gəlir vergisi ödəməli olurlar.

Mənbə: apa.az

Məsuliyyətli borclanma: kredit rəsmiləşdirilərkən nələr nəzərə alınır?

Bazarlarda vergi uçotunun tənzimlənməsi rəsmiləşdirmədəki çətinlikləri aradan qaldıracaq

posted in: Xəbər | 0

Məlum olduğu kimi, bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər cari ilin oktyabrın 1-dən qüvvəyə minib. Bu dəyişikliklər bazarlarda fəaliyyət göstərən bütün şəxslərin qanunvericiliyə uyğun leqal şəkildə fəaliyyət göstərməsini təmin etməyə və qanunsuz sahibkarlığın qarşısını almağa yönəlib.

Sahibkarlardan və bazar mülkiyyətçilərindən tələb olunan nədir?

Dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınmasından sonra mümkündür. Bu öhdəlik bazar mülkiyyətçiləri tərəfindən təmin edilməlidir. Qanunvericiliyin yeni tələblərinə görə, bazar mülkiyyətçiləri icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran və ya davam etdirən vergi ödəyiciləri barədə məlumat formasını rübdə 1 dəfə vergi orqanlarına təqdim etməlidirlər.

Eyni zamanda, cari ilin 1 oktyabr tarixindən etibarən növbəti 6 ay ərzində bazar mülkiyyətçiləri vergi orqanında uçota alınmamış təsərrüfat obyektlərinin (mağaza, ticarət obyekti, anbar) və həmin obyekti icarəyə götürən şəxslərin uçota alınmasını təmin etməlidirlər.

Dəyişiklik nəyə xidmət edəcək?

Sözügedən dəyişikliklərin əsas məqsədi qeyri-qanuni, uçotsuz fəaliyyət göstərən, istehlakçı hüquqlarını pozan sahibkarların fəaliyyətinin qarşısının alınması və onların vergi uçotuna alınmasını təmin etməkdir.

Vergi uçotundan kənar fəaliyyət göstərən bazarlarda alış zamanı çox zaman ödəniş sənədləri (çek, qəbz) təqdim edilmir. Bu isə istehlakçının hüquqlarının pozuntusuna, malların dəyişdirilməsi və ya qaytarılması zamanı problemlərin yaranmasına səbəb olur.

Yeni mexanizm bu problemlərin qarşısını almaqla istehlakçı hüquqlarının qorunmasına və şəffaf bazar münasibətlərinin formalaşmasına xidmət edəcək. Ümumilikdə bu addımlar iqtisadi artıma və sosial rifahın yüksəlməsinə töhfə verəcəkdir.

Hansı bazarlardan söhbət gedir?

Burada söhbət kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, digər bazarlardan gedir. Yəni, vergi qanunvericiliyinin sözügedən müddəaları kənd təsərrüfatı məhsullarının satışı bazarları istisna olmaqla, tikinti, geyim, qeyri-ərzaq, sənaye və digər məhsulların satış bazarları, ticarət mərkəzləri, eləcə də AVM-lərdə fəaliyyət göstərən şəxsləri əhatə edir.

Qanunsuz sahibkarlıqla mübarizə

Son illərdə İqtisadiyyat Nazirliyi, o cümlədən Dövlət Vergi Xidməti tərəfindən ardıcıl şəffaflaşdırma tədbirləri həyata keçirilib. Nəticədə biznes mühitində əhəmiyyətli dərəcədə “ağarma” müşahidə olunur. Əmtəə zəncirinin bütün mərhələlərində rəsmiləşdirmə ildən-ilə artır və qanunsuz mal dövriyyəsinin və qeyri-rəsmi satış mənbələrinin aradan qaldırılması istiqamətində nəzarətin artırılması və tədbirlərin görülməsi davam etdirilir.

Bazarlar müxtəlif sahibkarların birgə fəaliyyət göstərdiyi əmlak kompleksi olmaqla yanaşı, bazar mülkiyyətçiləri həmin sahibkarların fəaliyyətini əlaqələndirmək və təşkil etmək kimi vəzifələr daşıyırlar.

Bazarlarda qanunsuz sahibkarlığın qarşısının alınması istiqamətində bazar mülkiyyətçilərinin prosesdə fəal iştirakı vacibdir. Yeni mexanizm həmçinin bazarlarda çalışan, lakin aldığı malları sənədləşdirməyən sahibkarların uçotla bağlı çatışmazlıqlarını aradan qaldıracaq, rəsmiləşdirmə proseslərini leqallaşdıracaq.

Qeyd edilməlidir ki, sahibkarların vergi uçotuna alınmadan, o cümlədən icarəyə götürdükləri obyektləri vergi orqanında uçota qoymadan fəaliyyət göstərməsinə şərait yaradan bazar mülkiyyətçilərinə qarşı məsuliyyət tədbirlərinin tətbiq olunması vergi qanunvericiliyində açıq şəkildə təsbit edilib.

Mənbə: vergiler.az

Bu il Azərbaycanda qadın sahibkarların sayı 7 % artıb

1 134 135 136 137 138 139 140 2. 693
error: Content is protected !!