Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamənin İSTİFADƏÇİ TƏLİMATI

posted in: Xəbər | 0

vergi hesabatları, vergilər nazirliyi, Vergi orqanlarına işə qəbul, Vergilər Nazirliyi, xidməti müqavilə, Əmək müqaviləsi, Qeydiyyat sənədləri, gəlir vergisi, Muzdlu iş, Sadələşdirilmiş vergi, Apelyasiya Şurası, kommersiya qurumları, MDSS, fəaliyyət,imtahan nəticələri, işə qəbul, ödənilməli vergilər, vergi ödəyicisi, vergi borcu,Xərc,təlimlər, Vergilər Nazirliyi, Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,“Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamə (Vergi, MDSS, İS, İTS)” Azərbaycan Respublikasının Qanununa əsasən sığortaedənlər uçotda olduqları vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda təqdim etməlidirlər.

Bu təlimatda sığortaedənlər tərəfindən tərtib olunan Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, Məcburi dövlət sosial sığortası, İşsizlik Sığortası və İcbari tibbi sığorta haqları üzrə hesabatların onlayn tərtib olunması qaydaları öz əksini tapmışdır.

Tam təlimata nəzər yetirmək üçün faylı yükləyin: Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamə (İstifadəçi Təlimatı)

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Pensiyaları istənilən bankomatdan komissiyasız nağdlaşdırmaq olar

posted in: Xəbər | 0

Bildiyiniz kimi, dünəndən etibarən ölkədə pensiyaların verilməsinə başlanıb. Bu səbəbdən də ciddi karantin rejiminin olmasına baxmayaraq, insanlar ATM-lərin qarşısında kütləvi şəkildə toplanır. Bunun qarşısını almaq üçün Kapital Bank-ın sosial müavinət, pensiya və kompensasiya ödənişləri alan müştəriləri üçün xüsusi şərtlər tətbiq edilir.

Belə ki, Kapital Bank-ın ödəniş kartları ilə pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım alanlar, vəsaitlərini ərazilərinə yaxın olan istənilən bankın və ya Azərpoçt-un bankomatlarından komissiyasız nağdılaşdıra bilərlər. Tranzaksiyalar üzrə bütün xərclər Kapital Bank tərəfindən ödənilir.

Bu addımı atmaqla, bank filialları və bankomatların qarşısında olan növbələr azalacaq və insanların karantin rejiminin tələblərinə əməl etmələrinə kömək olacaq. Kapital Bank-ın ölkə üzrə olan 800-dək bankomatında hər gün müvafiq dezenfeksiya işləri aparılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

İşsizlərə birdəfəlik ödənişlərin verilməsi üçün ilk tranş köçürülüb

posted in: Xəbər | 0

vergi borcKoronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamına uyğun olaraq, Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş Tədbirlər Planının icrasını təmin etmək məqsədilə bu gün Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi işsiz kimi qeydiyyata alınan şəxslərə birdəfəlik ödəmənin verilməsi üçün 38 milyon manat məbləğində ilk maliyyələşmə tranşını həyata keçirib.

Bu barədə Nazirliyə istinadən xəbər verilir.

Məlumata görə, həmin vəsait işsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 200 min şəxsə yaşayış minimumu qədər – 190 manat olmaqla ödəniləcək.

Mənbə: report.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

“Tibbi sığorta haqqında” Qanuna dəyişikliyin izahı

posted in: Xəbər | 0

icbari tibbi sığorta haqqı, vergidən azad, Tibbi sığorta xidmətləri, İcbari tibbi sığorta, tibbi sığorta haqları,Tibbi sığorta, icbari tibbi sığorta paketi, İcbari tibbi sığorta üzrə sığorta haqları,Bu il yanvar ayının 1-dən Azərbaycanın 23 şəhər və rayonunda – Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş və Yevlaxda icbari tibbi sığorta tətbiq edilir. “Tibbi sığorta haqqında” Qanuna edilmiş dəyişikliklə bu sistemin ölkənin digər ərazilərində tətbiqi ilə bağlı düzəliş edilib. Suallarımızı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov cavablandırıb.

– Vüqar müəllim, respublikamızıın digər regionlarında bu sistem nə vaxt tətbiq ediləcək?

– Milli Məclisin 30 mart 2020-ci il tarixində keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” Qanuna dəyişikliklərin edilməsinə səbəb bir sıra dövlət qurumlarının, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) işçi heyətinin və maddi resurslarının ölkədə koronavirus pandemiyası ilə mübarizəyə səfərbər edilməsidir. Koronavirusla bağlı respublikada yaranmış vəziyyət Agentliyin və TƏBİB-in, o cümlədən bütün tibb müəssisələrinin və tibb işçilərinin ölkədə hər an dəyişə bilən sanitar-epidemioloji vəziyyətə hazır olmalarını, bütün güc və səylərini virusla mübarizəyə yönəltmələrini tələb edir. Dəyişikliyə əsasən, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə 2021-ci il ərzində mərhələli şəkildə tətbiq olunacaq.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

– İcbari tibbi sığortanın hazırda tətbiq edilən regionlarda əldə edilmiş ilkin nəticələri barədə nə deyə bilərsiniz?

– 2020-ci ilin ilk 3 ayı ərzində icbari tibbi sığortanın tətbiq edildiyi 23 şəhər və rayondakı tibb müəssisələri üzrə 1 milyon 116 min 450 müraciət qeydə alınıb. Bu müraciətlər üzrə ümumilikdə 2 milyon 782 min 366 tibbi xidmət göstərilib.

– Qanunvericiliyə edilən digər dəyişikliyə görə, vətəndaşlar 2021-ci ildə Xidmətlər Zərfindən istifadə etmək üçün icbari tibbi sığorta haqqı ödəyəcəklər. Sığortahaqqının məbləği nə qədərdir? Bu məbləğ əhali qrupları üzrə necə fərqlənir?

– Qanuna edilən son dəyişikliyə əsasən, 1 yanvar 2021-ci il tarixindən müvafiq əhali qrupları üzrə icbari tibbi sığorta haqqının toplanılmasına başlanılacaq: işəgötürənlər, işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və fərdi sahibkarlar icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bundan əlavə, dövlət tərəfindən də vətəndaşlar üçün icbari tibbi sığorta haqqı ayrılacaq. İcbari tibbi sığorta haqqının məbləğinə gəldikdə, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta haqqı tutulacaq.

Bu isə o deməkdir ki, aylıq 8.500 manat əməkhaqqı alan vətəndaş aldığı 8.000 manatın 2 faizi, qalan 500 manatın isə 0,5 faizi miqdarında icbari tibbi sığorta haqqı hesablanacaq. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 1 faiz, 8.000 manatdan yuxarı hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. 2022-ci ildən etibarən isə bu sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8.000 manatadək olan hissəsinin 2 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub. Həmçinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib. Məsələn, hazırda ölkədə minimum aylıq əməkhaqqı 250 manatdır. Bu halda həmin məbləğin 4 faizi, yəni 10 manat miqdarında aylıq icbari tibbi sığorta haqqı ödənilməlidir.

– İcbari tibbi sığorta haqqı ödəyən vətəndaşlar hansı tibbi xidmətlərdən yararlana biləcəklər?

– İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər, xidmətlər zərfində əks olunub. Xidmətlər zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. Xidmətlər zərfindən bütün sığortaolunanlar istifadə edə bilərlər. Buraya təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım üzrə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Bunlardan təcili və təxirəsalınmaz tibbi yardım üzrə 6, ilkin səhiyyə xidməti üzrə 35, ixtisaslaşdırılmış ambulator yardım üzrə 1265, stasionar tibbi yardım üzrə 1244 xidmət təminata alınıb. Bundan əlavə, icbari tibbi sığorta təminatı ölkədə geniş yayılmış əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə medikamentoz və cərrahi müalicəsini də əhatə edir. Təminata alınmış əməliyyatlara 150-dən çox həyati vacib bahalı əməliyyatlar da daxildir.

Xidmətlər zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) yalnız tibbi göstəriş olduğu hallarda “Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və ya həmin müəssisələrin göndərişi əsasında göstəriləcək.

– Sığorta haqqı ilə yanaşı müştərək maliyyələşmə mexanizmi də tətbiq ediləcək. Bu mexanizmin əsas mahiyyəti nədən ibarətdir?

– Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, sığortaolunan şəxs səhhətində yaranmış narahatlıqla bağlı, ilk növbədə, ailə həkiminə (poliklinika/Ailə Sağlamlıq Mərkəzi/ kənd həkim məntəqəsi) müraciət etməlidir. Ailə həkimi vətəndaşı müayinə və ya müalicə etdikdən sonra, ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edən vətəndaş xidmətlər zərfi çərçivəsində ödəniş etmir. Göndəriş prosesi pozulduğu halda isə müştərək maliyyələşmə məbləği ödənilməlidir. Müştərək maliyyələşmə məbləğinin tətbiqinə 1 aprel 2020-ci il tarixindən başlanılacaq. Müştərək maliyyələşmə məbləğinə bir qədər aydınlıq gətirmək istərdim. Tibbi xidmətin tarifinin sığorta hadisəsi zamanı sığortaolunan tərəfindən ödənilməli olan müəyyən hissəsi müştərək maliyyələşmə məbləğidir. Müştərək maliyyələşmə məbləği ixtisaslaşdırılmış ambulator tibbi yardım və stasionar tibbi yardım xidmətlərə görə müraciət zamanı xidmətlər zərfində müəyyən edilən şərtlərə riayət edilmədiyi hallarda bütün sığortaolunanlara şamil olunur. Müştərək maliyyələşmə məbləğinin ödənilməsi şərtləri xidmətlər zərfi ilə müəyyən edilir və tibb müəssisəsinə birbaşa ödənilir. Ambulator və stasionar şəraitdə göstərilən xidmətə tətbiq edilən müştərək maliyyələşmə məbləği bu qaydada ödənilir:

İnzibati ərazi daxilində: Vətəndaş ailə həkiminin göndərişi olmadan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə görə müraciət etdikdə hər bir sığorta hadisəsi üzrə 5 manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, Şəki şəhərində qeydiyyatda olan vətəndaş ailə həkiminə müraciət etmədən birbaşa Şəki şəhərində yerləşən tibb müəssisəsinə ixtisas həkiminə müraciət edərsə, xidmətlər zərfində müəyyən edilmiş şərtlərə riayət etmədiyinə görə tibb müəssisəsinə 5 manat müştərək maliyyələşmə məbləği ödəməli olacaq.

Tibbi ərazi bölməsi daxilində: Vətəndaş ailə həkiminin göndərişi olmadan tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 5 manat, stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət etdikdə 100 manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 30 manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, Qaxda qeydiyyatda olan vətəndaş ailə həkiminə müraciət etmədən Şəkidə yerləşən tibb müəssisəsinə (ixtisas həkiminə) gəldikdə hər sığorta hadisəsinə görə ambulator şəraitdə 5 manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Müayinənin nəticəsi olaraq ixtisas həkiminin göndərişi əsasında stasionar şəraitdə göstərilən tibbi xidmətlərə görə 100 manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 30 manat müştərək maliyyələşmə məbləği ödənilməlidir.

Tibbi ərazi bölməsindən kənarda: Vətəndaş ailə həkiminin göndərişi olmadan qeydiyyatda olduğu tibbi ərazi bölməsindən kənarda, yəni icbari tibbi sığorta tətbiq olunan digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 15 manat, stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət etdikdə 100 manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 90 manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, Şəkidə qeydiyyatda olan vətəndaş ailə həkiminə müraciət etmədən Şamaxıda yerləşən tibb müəssisəsinə (ixtisas həkiminə) gəldikdə hər sığorta hadisəsinə görə ambulator şəraitdə 15 manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Müayinənin nəticəsi olaraq ixtisas həkiminin göndərişi əsasında stasionar şəraitdə göstərilən tibbi xidmətlərə görə 100 manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 90 manat müştərək maliyyələşmə məbləği ödəməlidir.

Bunlardan əlavə, vətəndaş ambulator şəraitdə göstərilən bütün maqnit rezonans və kompüter tomoqrafiyası xidmətləri üçün hər sığorta hadisəsinə görə 20 manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunana bütün tibbi xidmətlər həkimin (ixtisaslı həkim, ailə həkimi, sahə-terapevti, sahə-pediatrı) göndərişi əsasında həyata keçirilir. Həkim müayinəsindən keçmədən göstərilən bütün laborator və diaqnostik xidmətlər icbari tibbi sığorta təminatı çərçivəsində qarşılanmır və vətəndaşın vəsaiti hesabına ödənilir.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun