Ən yüksək vergilər tətbiq edən 27 ölkə (4-cü hissə)

posted in: Vergi, Xəbər | 0

Ən yüksək vergilər tətbiq edən 27 ölkə / 4-cü hissə

3-cü hissəni oxumaq üçün keçidə daxil olun.

Ümundünya iqtisadi forumu (ÜİF)  məktəblərdə riyaziyyatın tədrisinin keyfiyyətindən tutmuş ölkədə inflyasiya səviyyəsinə qədər müxtəlif sahələrdə məlumatlara baxır.

Daha sonra bu məlumatlar ölkədə iqtisadi vəziyyət haqqında tam bir təsəvvür yaratmaq üçün istifadə olunur.

ÜİF-in nəzərdən keçirdiyi göstəricilərdən biri ölkədə vergi yüküdür. Bu zaman daha yüksək ballar daha aşağı rəqabətlilik deməkdir. Bundan ötrü Dünya Bankından ümumi vergi dərəcəsi haqqında məlumatlar alınır.

Vergilərin ümumi həcmi hər cür ayırmalardan sonra ödənilən beş müxtəlif vergi və rüsumların məbləğidir:

– təşkilatlardan tutulan mənfəət vergisi,

– sahibkarın ödədiyi sosial müavinətlər və işçi qüvvəsinə görə vergilər,

– daşınmaz əmlak vergisi,

– dövriyyədən vergi və digər kiçik vergilər.

Əslində bütün bu vergilər müxtəlif sahələrdə çalışan insanlara görə deyil, biznesə görə təyin edilir. Aşağıda ümumi vergi dərəcəsi 50% – dən yuxarı olan ölkələrin siyahısı göstərilir.
  1. Braziliya

Vergi yükü: 69%

Ötən il Latın Amerikasının ən böyük iqtisadiyyatı işçi heyətinə 20%-lik vergini ləğv edib ki, bu da vergi sisteminin islahatının bir hissəsinə çevrilib.

  1. Mavritaniya

Vergi yükü: 71,3%

2013-cü ildə iqtisadiyyatı kənd təsərrüfatına əsaslanan bu ölkə qeyri-rezidentlərdən tutulan mənfəət vergisini 15% həcmində tətbiq edib.

5.Əlcəzair

Vergi yükü: 72,7%

Əlcəzairdə Afrikada ən yüksək vergilər mövcuddur.

4.Kolumbiya

Vergi yükü: 75,4%

Bu ölkə sərvətə görə yeni bir vergi tətbiq edib. Bu ölkə vergi yükünün səviyyəsinə görə dünyada dördüncü, Latın Amerikasında isə üçüncü yeri tutur.

3.Tacikistan

Vergi yükü: 80,9%

Bu kiçik Orta Asiya ölkəsində şirkətlər qazancın əhəmiyyətli bir hissəsini qarət edən 2% dövriyyə vergisi ödəyirlər.

2.Boliviya

Vergi yükü: 83,7%

Boliviyada 3% əməliyyat vergisi şirkətləri digər vergilər hesablanmazdan əvvəl mənfəətinin 60% -dən məhrum edir.

1.Argentina

Vergi yükü: 137,3%

Bu heyrətamizdir, ancaq, Argentinada vergi yükü həqiqətən də mənfəəti 100% aşır. Yalnız bir dövriyyə vergisi şirkətlərin mənfəətinin 90% -ni qarət edir. Lakin bundan sonra əmək haqqı və maliyyə əməliyyatları üçün də vergi ödənilməlidir.


Ən yüksək vergilər tətbiq edən 27 ölkə – 3-cü hissəni oxumaq üçün keçidə daxil olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

BirBank ölkənin lider mobil tətbiqidir!

posted in: bank, Xəbər | 0

BirBank ölkənin lider mobil tətbiqidir!


Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası ilə birgə keçirdiyi ənənəvi illik müsabiqənin nəticələrini açıqlayaraq, qalib bankların adlarını açıqlayıb. 2019-cu ilin “Mobil bankçılıq xidməti üzrə lider bank” nominasiyasının qalibi Kapital Bank (BirBank mobil tətbiqi) olub.
Qeyd edək ki, 2013-cü ildən başlayaraq bu müsabiqə çərçivəsində rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi, elektron bankçılığın inkişafı istiqamətlərində müxtəlif nominasiyalar üzrə illik əsasda müsabiqə təşkil edilir və fərqlənən bankların mükafatlandırılması həyata keçirilir.
Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s.
Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyat Nazirliyinin məlumatı

posted in: Xəbər | 0

İqtisadiyyat naziri, sahibkarlara dəstək göstəriləcək, İqdisadiyyat Nazirliyi“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda İqtisadiyyat Nazirliyinə həvalə olunmuş tədbirlərin icrası barədə. Koronavirus (COVID-19) pandemiyasının, eləcə də dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin azaldılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən ölkə iqtisadiyyatında baş verən dəyişikliklər barədə operativ şəkildə məlumatlar toplanaraq təhlil edilir və müvafiq çevik tədbirlər görülür.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci iltarixiində Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planı üç istiqaməti – iqtisadi artıma və sahibkarlığa dəstəyi, məşğulluq və sosial rifaha dəstəyi, makroiqtisadi və maliyyə sabitliyini əhatə edir.

Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin icrası 3 mərhələyə bölünüb. İlkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunmasına vergi stimullarının verilməsi istiqaməti üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulur.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

İqtisadiyyat Nazirliyi ilkin mərhələdə həyata keçiriləcək işlərlə bağlı aşağıdakıları ictimaiyyətin və vergi ödəyicilərinin diqqətinə çatdırır:
İş yerlərinin və sosial sabitliyin qorunması istiqaməti üzrə:
Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi hazırlanıb və bu həftə ərzində ödəmələrin həyata keçirilməsinə başlanacaqdır.

Bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyonmanat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. İşəgötürənlərin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında mümkün qədər qısa müddət ərzində onların işçilərinə ödənilməli olan əməkhaqqının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək və işəgötürənlər işçilərin əməkhaqqılarını ödəyə biləcəklər.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi.

Bu tədbirpandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarınıödəmiş vergi ödəyicilərinə şamil ediləcək.

Maliyyə dəstəyinin mümkün qədər qısa müddət ərzində göstərilməsini təmin etmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə müraciət təqdim edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürülür.

Fərdi sahibkar olan vergi ödəyicisinin dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda, köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi ilə bağlı banka müvafiq göstəriş veriləcək, ayrılmış vəsaitlər ünvanlarına çatdırılacaq.

Bu işlərin dəqiq icra mexanizmini özündə əks etdirən Proseslər Xəritələri hazırlanıb və bu barədə həm işəgötürənlərə, həm də fərdi sahibkarlara ətraflı məlumatyaxın vaxtlarda onlara şəxsi elektron kabinetləri, SMS və bildirişlər vasitəsilə çatdırılacaq.

Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin, eləcə də fərdi sahibkarların siyahısının dəqiqləşdirilməsi prosesi başa çatmaq üzrədir.

İqtisadi fəallığın qorunmasına vergi stimullarının verilməsi istiqaməti üzrə:
Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) əhəmiyyətli vergi güzəştlərinin və tətillərinin verilməsi.

Bu tədbir pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrində (avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili sərnişin daşımaları (o cümlədən taksi ilə), yerləşmə vasitələri hesab edilən mehmanxana, otel, hostel və oxşar obyektlər, turoperator və turagentlər, sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq malların daşınması və (və ya) çatdırılması, ictimai iaşə, sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zalları, idman-sağlamlıq obyektləri, hazırlıq (tədris) və ixtisasartıma kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzləri, əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tam və ya qismən məhdudlaşdırılan sahələrdə və digər sahələrdə) fəaliyyət göstərən vergi ödəyicilərinin vergi yükünün azaldılmasını, vergi öhdəliklərinin yerinə yetirilməsi və hesabatların verilməsi müddətlərinin uzadılmasını və digər məsələləri əhatə edən vergi güzəştlərini və tətillər verilməsini nəzərdə tutur.

Pandemiyadan zərər çəkmiş yuxarıda qeyd olunan sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə mənfəət (gəlir) vergisi, sadələşdirilmiş vergi, əmlak və torpaq vergiləri, habelə fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan vergi üzrə müddətli vergi azadolmalarının verilməsi, mənfəət (gəlir) və əmlak vergisi üzrə cari vergi ödəmələrindən müddətli azadolmanın verilməsi, mikro sahibkarlıq subyektləri tərəfindən vergihesabatlarının (mənfəət (gəlir) vergisi, əmlak vergisi, sadələşdirilmiş vergi) verilməsi və vergilərin ödənilməsi müddətinin uzadılması, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri tərəfindən təqdim edilmiş mənfəət (gəlir) vergisi və əmlak vergisi üzrə hesabatlarda hesablanmış vergilərin ödənilməsi müddətinin uzadılması və vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudlaşdırılmadan gəlirdən çıxılan xərclərə aid edilməsi kimi vergi güzəştləri və tətillərinin verilməsi planlaşdırılır.

Bunlarla yanaşı, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalı, habelə əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə ödənilməsi məqsədilə bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların idxalının müəyyən müddətdə ƏDV-dən azad edilməsi, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının təxirə salınması və bir sıra sahibkarlıq subyektləri üzrə sosial sığorta yükünün azaldılması məsələlərini əhatə edən dəyişikliklərdə hazırda müzakirə mərhələsindədir.

Yuxarıda qeyd olunanlarla bağlı Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Qanunda zəruri dəyişiklikləri ehtiva edən qanun layihələri hazırlanıb. Həmin Qanun layihələrinin yaxın günlərdə müzakirəyə çıxarılaraq qəbul olunacağı gözlənilir və bundan sonra edilmiş dəyişikliklərin, verilmiş güzəşt və azadolmaların mahiyyəti və tətbiqi ilə bağlı ictimaiyyətə ətraflı məlumatlar veriləcək.

İqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsi məqsədilə ölkədə kapitalın və əmlakın amnistiyasının nəzərdən keçirilməsi, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək 0,5 mlrd.manat həcmində bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, sahibkarlıq subyektlərinin 10 mart 2020-ci il tarixinə mövcud olan 1 mlrd.manat həcmində kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması, qeyri-neft məhsullarının ixracının artırılmasına və stimullaşdırılmasına yönəlmiş tədbirlərin görülməsi, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan idxal məhsulları ilə təmin edilməsi məqsədilə tədbirlərin həyata keçirilməsivə digər istiqamətlərdə zəruri tədbirlərin görülməsi davam etdirilir və həmin işlər barədədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır

posted in: Xəbər | 0

İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır

İşsiz, İşsizlərin qeydiyyatı, sektorlara dəstək, xəbərdarlıq sahibkarlar

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
İşsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün karantin rejimini pozub evdən çıxaraq Məşğulluq Mərkəzlərinə müraciət etmələrinə heç bir ehtiyac yoxdur. Xüsusi karantin rejimi ilə əlaqədar hazırda mərkəzlərdə vətəndaş qəbulu da həyata keçirilmir.
Eyni zamanda, İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır. Belə ki, işsiz şəxs qeydiyyata alınması üçün www.e-sosial.az portalına daxil olaraq “e-xidmətlər” bölməsindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətini seçməlidir.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Birdəfəlik ödəmənin verilməsində ünvanlılıq prinsipi, şəxsin ailə gəlirləri nəzərə alınacaq. Bununla bağlı mexanizm hazırlanır. Bu proses yaxın günlərdə başa çatdıqdan sonra birdəfəlik ödəmə vəsaitləri işsizlərə nağdsız qaydada ödəniləcək. (bank xidmətləri vasitəsilə)
Bir daha işsiz şəxslərə birdəfəlik ödəməni almaq və ya işsiz kimi qeydiyyata alınmaq üçün Məşğulluq Mərkəzlərinə müraciət etməmələrini, bunun üçün evdən çıxaraq xüsusi karantin rejimini pozmamalarını tövsiyə edirik.

Mənbə: sosial.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun