Bu həftə Azərbaycanda dövlət muzdlu işçilərə ödənişə başlayır
Bu həftə Azərbaycanda dövlət muzdlu işçilər üçün ödənişə başlayır

Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi hazırlanıb. Bu həftə ərzində ödəmələrin həyata keçirilməsinə başlanacaq.
Bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verilib.
TELEGRAM KANALIMIZA ÜZV OLUN
“Bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. İşəgötürənlərin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında mümkün qədər qısa müddət ərzində onların işçilərinə ödənilməli olan əmək haqqının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək və işəgötürənlər işçilərin əmək haqlarını ödəyə biləcəklər”, – deyə məlumatda qeyd edilib.
Mənbə: report.az

Bildiyiniz kimi, ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi səbəbindən insanların kütləvi toplaşması tövsiyə olunmur. Bu səbəbdən Kapital Bank-ın sosial müavinət, pensiya və kompensasiya ödənişləri alan müştərilər üçün xüsusi şərtlər tətbiq edilir.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart – 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 – 28 mart və 30 mart – 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası əhaliyə müraciət edib.