“Tibbi sığorta haqqında” Qanuna dəyişikliyin izahı

posted in: Xəbər | 0

icbari tibbi sığorta haqqı, vergidən azad, Tibbi sığorta xidmətləri, İcbari tibbi sığorta, tibbi sığorta haqları,Tibbi sığorta, icbari tibbi sığorta paketi, İcbari tibbi sığorta üzrə sığorta haqları,Bu il yanvar ayının 1-dən Azərbaycanın 23 şəhər və rayonunda – Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş və Yevlaxda icbari tibbi sığorta tətbiq edilir. “Tibbi sığorta haqqında” Qanuna edilmiş dəyişikliklə bu sistemin ölkənin digər ərazilərində tətbiqi ilə bağlı düzəliş edilib. Suallarımızı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov cavablandırıb.

– Vüqar müəllim, respublikamızıın digər regionlarında bu sistem nə vaxt tətbiq ediləcək?

– Milli Məclisin 30 mart 2020-ci il tarixində keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” Qanuna dəyişikliklərin edilməsinə səbəb bir sıra dövlət qurumlarının, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) işçi heyətinin və maddi resurslarının ölkədə koronavirus pandemiyası ilə mübarizəyə səfərbər edilməsidir. Koronavirusla bağlı respublikada yaranmış vəziyyət Agentliyin və TƏBİB-in, o cümlədən bütün tibb müəssisələrinin və tibb işçilərinin ölkədə hər an dəyişə bilən sanitar-epidemioloji vəziyyətə hazır olmalarını, bütün güc və səylərini virusla mübarizəyə yönəltmələrini tələb edir. Dəyişikliyə əsasən, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə 2021-ci il ərzində mərhələli şəkildə tətbiq olunacaq.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

– İcbari tibbi sığortanın hazırda tətbiq edilən regionlarda əldə edilmiş ilkin nəticələri barədə nə deyə bilərsiniz?

– 2020-ci ilin ilk 3 ayı ərzində icbari tibbi sığortanın tətbiq edildiyi 23 şəhər və rayondakı tibb müəssisələri üzrə 1 milyon 116 min 450 müraciət qeydə alınıb. Bu müraciətlər üzrə ümumilikdə 2 milyon 782 min 366 tibbi xidmət göstərilib.

– Qanunvericiliyə edilən digər dəyişikliyə görə, vətəndaşlar 2021-ci ildə Xidmətlər Zərfindən istifadə etmək üçün icbari tibbi sığorta haqqı ödəyəcəklər. Sığortahaqqının məbləği nə qədərdir? Bu məbləğ əhali qrupları üzrə necə fərqlənir?

– Qanuna edilən son dəyişikliyə əsasən, 1 yanvar 2021-ci il tarixindən müvafiq əhali qrupları üzrə icbari tibbi sığorta haqqının toplanılmasına başlanılacaq: işəgötürənlər, işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və fərdi sahibkarlar icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bundan əlavə, dövlət tərəfindən də vətəndaşlar üçün icbari tibbi sığorta haqqı ayrılacaq. İcbari tibbi sığorta haqqının məbləğinə gəldikdə, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta haqqı tutulacaq.

Bu isə o deməkdir ki, aylıq 8.500 manat əməkhaqqı alan vətəndaş aldığı 8.000 manatın 2 faizi, qalan 500 manatın isə 0,5 faizi miqdarında icbari tibbi sığorta haqqı hesablanacaq. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 1 faiz, 8.000 manatdan yuxarı hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. 2022-ci ildən etibarən isə bu sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8.000 manatadək olan hissəsinin 2 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub. Həmçinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib. Məsələn, hazırda ölkədə minimum aylıq əməkhaqqı 250 manatdır. Bu halda həmin məbləğin 4 faizi, yəni 10 manat miqdarında aylıq icbari tibbi sığorta haqqı ödənilməlidir.

– İcbari tibbi sığorta haqqı ödəyən vətəndaşlar hansı tibbi xidmətlərdən yararlana biləcəklər?

– İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər, xidmətlər zərfində əks olunub. Xidmətlər zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. Xidmətlər zərfindən bütün sığortaolunanlar istifadə edə bilərlər. Buraya təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım üzrə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Bunlardan təcili və təxirəsalınmaz tibbi yardım üzrə 6, ilkin səhiyyə xidməti üzrə 35, ixtisaslaşdırılmış ambulator yardım üzrə 1265, stasionar tibbi yardım üzrə 1244 xidmət təminata alınıb. Bundan əlavə, icbari tibbi sığorta təminatı ölkədə geniş yayılmış əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə medikamentoz və cərrahi müalicəsini də əhatə edir. Təminata alınmış əməliyyatlara 150-dən çox həyati vacib bahalı əməliyyatlar da daxildir.

Xidmətlər zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) yalnız tibbi göstəriş olduğu hallarda “Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və ya həmin müəssisələrin göndərişi əsasında göstəriləcək.

– Sığorta haqqı ilə yanaşı müştərək maliyyələşmə mexanizmi də tətbiq ediləcək. Bu mexanizmin əsas mahiyyəti nədən ibarətdir?

– Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, sığortaolunan şəxs səhhətində yaranmış narahatlıqla bağlı, ilk növbədə, ailə həkiminə (poliklinika/Ailə Sağlamlıq Mərkəzi/ kənd həkim məntəqəsi) müraciət etməlidir. Ailə həkimi vətəndaşı müayinə və ya müalicə etdikdən sonra, ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edən vətəndaş xidmətlər zərfi çərçivəsində ödəniş etmir. Göndəriş prosesi pozulduğu halda isə müştərək maliyyələşmə məbləği ödənilməlidir. Müştərək maliyyələşmə məbləğinin tətbiqinə 1 aprel 2020-ci il tarixindən başlanılacaq. Müştərək maliyyələşmə məbləğinə bir qədər aydınlıq gətirmək istərdim. Tibbi xidmətin tarifinin sığorta hadisəsi zamanı sığortaolunan tərəfindən ödənilməli olan müəyyən hissəsi müştərək maliyyələşmə məbləğidir. Müştərək maliyyələşmə məbləği ixtisaslaşdırılmış ambulator tibbi yardım və stasionar tibbi yardım xidmətlərə görə müraciət zamanı xidmətlər zərfində müəyyən edilən şərtlərə riayət edilmədiyi hallarda bütün sığortaolunanlara şamil olunur. Müştərək maliyyələşmə məbləğinin ödənilməsi şərtləri xidmətlər zərfi ilə müəyyən edilir və tibb müəssisəsinə birbaşa ödənilir. Ambulator və stasionar şəraitdə göstərilən xidmətə tətbiq edilən müştərək maliyyələşmə məbləği bu qaydada ödənilir:

İnzibati ərazi daxilində: Vətəndaş ailə həkiminin göndərişi olmadan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə görə müraciət etdikdə hər bir sığorta hadisəsi üzrə 5 manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, Şəki şəhərində qeydiyyatda olan vətəndaş ailə həkiminə müraciət etmədən birbaşa Şəki şəhərində yerləşən tibb müəssisəsinə ixtisas həkiminə müraciət edərsə, xidmətlər zərfində müəyyən edilmiş şərtlərə riayət etmədiyinə görə tibb müəssisəsinə 5 manat müştərək maliyyələşmə məbləği ödəməli olacaq.

Tibbi ərazi bölməsi daxilində: Vətəndaş ailə həkiminin göndərişi olmadan tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 5 manat, stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət etdikdə 100 manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 30 manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, Qaxda qeydiyyatda olan vətəndaş ailə həkiminə müraciət etmədən Şəkidə yerləşən tibb müəssisəsinə (ixtisas həkiminə) gəldikdə hər sığorta hadisəsinə görə ambulator şəraitdə 5 manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Müayinənin nəticəsi olaraq ixtisas həkiminin göndərişi əsasında stasionar şəraitdə göstərilən tibbi xidmətlərə görə 100 manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 30 manat müştərək maliyyələşmə məbləği ödənilməlidir.

Tibbi ərazi bölməsindən kənarda: Vətəndaş ailə həkiminin göndərişi olmadan qeydiyyatda olduğu tibbi ərazi bölməsindən kənarda, yəni icbari tibbi sığorta tətbiq olunan digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 15 manat, stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət etdikdə 100 manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 90 manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, Şəkidə qeydiyyatda olan vətəndaş ailə həkiminə müraciət etmədən Şamaxıda yerləşən tibb müəssisəsinə (ixtisas həkiminə) gəldikdə hər sığorta hadisəsinə görə ambulator şəraitdə 15 manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Müayinənin nəticəsi olaraq ixtisas həkiminin göndərişi əsasında stasionar şəraitdə göstərilən tibbi xidmətlərə görə 100 manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 90 manat müştərək maliyyələşmə məbləği ödəməlidir.

Bunlardan əlavə, vətəndaş ambulator şəraitdə göstərilən bütün maqnit rezonans və kompüter tomoqrafiyası xidmətləri üçün hər sığorta hadisəsinə görə 20 manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunana bütün tibbi xidmətlər həkimin (ixtisaslı həkim, ailə həkimi, sahə-terapevti, sahə-pediatrı) göndərişi əsasında həyata keçirilir. Həkim müayinəsindən keçmədən göstərilən bütün laborator və diaqnostik xidmətlər icbari tibbi sığorta təminatı çərçivəsində qarşılanmır və vətəndaşın vəsaiti hesabına ödənilir.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Kapital Bank biznesə başlamaq üçün 15 nəfərə dəstək göstərib

posted in: Xəbər | 0

Kapital Bank biznesə başlamaq üçün 15 nəfərə dəstək göstərib


Müştəri Bank, Evdə qal, E-ticarət, BirBank istifadəçiləri, koronavirus, BirKart, kredit, BirBank, Kapital Bank, əməliyyatçı, Hesab üzrə mütəxəssis, tələbələr üçün Təcrübə, Vakansiya,Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, əhalinin özünüməşğulluq işlərinin təşkili istiqamətində növbəti layihənin icrasına başlayıb. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna qoşulub.

Bununla da Bakının Nizami və Binəqədi rayonu, həmçinin Gəncə, Ağdam, Xocalı, Gədəbəy, Oğuz, Şəmkir, Füzuli, Göyçay, Astara və Cəlilabaddan, ümumilikdə 15 nəfər işsiz, əlil, məcburi köçkün və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar təqdim edilib.

Qeyd edək ki, layihə ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən həyata keçirilib və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verəcək.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

İşsizlər üçün birdəfəlik ödəmələr kimə veriləcək?

posted in: Xəbər | 0

İşsiz şəxslər üçün birdəfəlik ödəmə kimə veriləcək?

İşsiz, İşsiz şəxslərin qeydiyyatı, sektorlara dəstək, xəbərdarlıq sahibkarlarİşsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) ailədə əmək qabiliyyətli, lakin faktiki işsiz olan və sosial ödəniş almayan övladlara da veriləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, əgər ailədə ər və arvad ikisi də işsizdirsə, onlardan birinə, eyni zamanda ailənin digər üzvləri (məsələn ailənin oğlu və ya qızı) işsizdirsə və sosial ödəniş almırsa, onlara da veriləcək.

2020-ci il 1 aprel tarixinə qədər işsiz kimi qeydiyyata alınanlarla yanaşı, xüsusi karantin rejiminin davam etdiyi dövrdə də işsiz kimi qeydiyyata alınan şəxslər də bu birdəfəlik ödəməni alacaqlar. Artıq bir dəfə müraciət etmiş şəxsin təkrar müraciətinə ehtiyac yoxdur.

Həmçinin şəxsiyyət vəsiqəsinin müddəti bitmiş şəxslər üçün də xüsusi karantin rejimi dövrünə müraciət imkanı yaradılıb. Belə ki, onların şəxsiyyət vəsiqəsinin müddəti xüsusi karantin rejiminin sonunadək uzadılıb.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Nazirlik birdəfəlik ödəmə ilə bağlı müraciət imkanlarını bir daha xatırladıb:

1. e-sosial.az portalında “e-xidmətlər” bölməsinə daxil olaraq “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” linkinə daxil olaraq. Bunun üçün “ASAN imza” və ya elektron imza tələb olunur.

2. Daha rahat yolu: e-sosial.az portalında “onlayn müraciət” bölməsindən istifadə etməklə hər hansı bir qeydiyyat proseduru tələb olunmadan işsiz və ya işaxtaran kimi uçota alınmaq olar. Burada müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçmək lazımdır.

3. İnternetə çıxış imkanları olmayan işsizlər isə qeydiyyata alınmaq üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzlərinin telefon nömrələrinə (Telefon nömrələri: http://sosial.gov.az/laq-nomrlri) zəng edə bilərlər.

Ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin 12 aprelədək olan dövr üçün QRAFİKi də təqdim edilib (http://sosial.gov.az/post/3321). Hələ ki, vətəndaş olduğu rayon üzrə qrafikdə qeyd edilən gün e-qaydada müraciət edir. Sonrakı günlərdə isə hər bir işsiz şəxs istənilən gün e-qaydada müraciətini edə biləcək.

Mənbə: report.az


Bax: Əmək məzuniyyəti ən tez nə zaman verilə bilər?


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Sıfır faiz dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında Sertifikatın verilməsi

posted in: Xəbər | 0

Dövlət reyestrindən çıxarış, Dövlət reyestrindən çıxarışın surətinin verilməsi, dövlət reyestrindən çıxarışın verilməsi, vergi ödənişləri, Bəyannamələrin təqdim edilməsi, Vergi orqanlarında könüllü fəaliyyət, Vergi orqanları, koronavirus, test imtahanı, Vergilər Nazirliyi, Dövlət reyestrindən çıxarış, muzdlu iş, gəlir vergisi, ümidsiz borclar, Əmək müqaviləsi, işə qəbul, Vergilər Nazirliyi, Üzləşmə aktı, Bəyannamələrin tərtibi, Bəyannamələrin tərtibi,, Şəxsi hesab vərəqəsi, Vergi işçiləri, Vergi öhdəliyi, ödənilməli vergilər, Məlumat Forması, ƏDV ödəyiciləri, E-qaimə altsistemi, istifadəçi təlimatı, E-qaimə, bəyannamə, arayış, hesabat, Vergi bəyannamələri, maliyyə sanksiyası, Təsis paylarının yüklülüyü, təsis payı, Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Xidmətin adı: Sıfır faiz dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında Sertifikatın verilməsi.

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– Hasilatın Pay bölgüsü haqqında Sazişlərin müddəalarına əsasən təsdiqlənmiş Əlavə dəyər vergisi haqqında Protokollarda nəzərdə tutulmuş ərizə, müqavilə;

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– Hasilatın Pay bölgüsü haqqında Sazişlərin müddəalarına əsasən təsdiqlənmiş Əlavə dəyər vergisi haqqında Protokol;

 

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Xidmətin göstərildiyi yer:

MGD-nin Vergi ödəyicilərinə xidmət mərkəzi və MGD-nin Sənədlərlə iş şöbəsi;

Müraciəti emal edən struktur vahidi:

MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri;

İcra müddəti: Sənədlər daxil olduğu gündən sonra 20 iş günü;

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Sıfır faiz (0 %) dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında Sertifikat;

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az


Bax: Dövlət reyestrindən çıxarışın surətinin verilməsi


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun