Karantin dövründə icarə necə dayandırılmalıdır? (1-ci hissə)

posted in: Xəbər | 0

karantin, icarə, Karantin dövründə icarə necə dayandırılmalıdır? / 1-ci hissə

Əgər şirkət öz fəaliyyətini müvəqqəti dayandırmışsa, məsafədən iş rejiminə keçmişdirsə və ya karantin tədbirləri nəticəsində maliyyə çətinlikləri yaşayırsa, binanın icarəsi üçün ödənişlərlə nə etməli?

“Norma”şikətinin hüquq məsələləri üzrə  ekspertləri  Eleonora Mazurova və Albert Safin problemin mümkün həlli variantlarını izah ediblər.

Tərəflərin razılığı əsasında öhdəliklərin dəyişdirilməsi

Rəsmiləşdirmənin bu yolu – ən əlverişli və ola bilsin ki, hər iki tərəf üçün rahat olan bir üsuldur. Bağlanması nəzərdə tutulan müqavilənin şərtləri, habelə ona edilən dəyişikliklər tərəflərin razılığı ilə müəyyən edilir. Qanunvericilik də öz növbəsində, icarə məbləğini müvəqqəti azaltmağı və ya icarə müqaviləsinə xitam vermədən icarə ödənişlərini dayandırmağı qadağan etmir.

Buna görə, binanın sahibi kirayəçi olaraq sizinlə maraqlanırsa, bu vəziyyətdə onun getməyə hazır olduğu şərtləri birlikdə müzakirə edin.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Tərəflərin seçim edə biləcəyi ən optimal şərtləri tövsiyə edirik:
  • İcarə haqqının hissə-hissə ödənilməsi və ya təxirə salınması haqqında şərti, müqaviləyə daxil etmək. İcarəçinin hüquqlarına zəmanət vermək üçün əlavə olaraq öhdəliklərin icrasından istifadə etmək mümkündür. Məsələn – zəmanət müqaviləsi bağlamaq;
  • İcarə haqqını müvəqqəti olaraq aşağı salmaq. İcarəyə verəni bununla bağlı xəbərdar etmək üçün ona məktub göndərməli. Xahişinizi bu şəkildə təsvir edə bilərsiniz: “Karantin səbəbindən bir sıra məhdudiyyətlərin yarandığı ölkədəki qeyri-sabit vəziyyət şirkətimizin maliyyə vəziyyətinə mənfi təsir göstərib. Bununla əlaqədar sizdən xahiş edirik ki, “__ ” ______ 20_il tarixli XX nömrəli müqavilə üzrə nəzərdə tutulan icarə haqqını azaltmağınızı xahiş edirik. Nəzərinizə çatdırırıq ki, təşkilatımız ödənişləri heç vaxt gecikdirməyib, pul vəsaitini tam həcmdə və vaxtında daxil edib. Əgər siz özünüzü bizim vəziyyətimizdə təsəvvür etsəniz və icarə haqqını aşağı salmağa razılaşsanız, biz də çətin böhran vəziyyətinə baxmayaraq, onun ödənilməsi üçün bütün öhdəlikləri vaxtında və tam şəkildə yerinə yetirəcəyimizə zəmanət veririk”;
  • karantin dövründə icarə tətilləri barədə razılığa gəlmək. Bu, icarə haqqının ödənişindən tam şəkildə və ya qismən azad olunması yolu ilə – borc tam ödənilməyənə qədər müəyyən bir müddətə sonrakı artım ilə davam etdirilə bilər.

Məsələn, müqavilə bu şərtlər əsasında dəyişdirilə bilər: 2 ay üçün icarə ödənişi məbləği 50% həcmində və 2020-ci ilin avqust ayına kimi 25% həcmində müəyyən edilə bilər. Sentyabr ayından başlayaraq isə mövcud məbləğ +10% artırılmaqla ödənişlərin davam etdirilməsi. Bizim fikrimizcə, bu, ən düzgün qərardır, çünki bu qərar müəssisənin qısamüddətli çətinliklərini daha asan keçirməsinə imkan verəcək və vaxt keçdikcə sahənin mülkiyyətçisi yenə də öz pulunu alacaq;

  • Müəyyən bir müddət üçün və ya karantinin qüvvədə olduğu müddət ərzində icarə ödənişlərinin dayandırılması. Öz razılığınızı icarə müqaviləsinə əlavə razılaşma ilə rəsmiləşdirin.

Diqqət:

İcarə müqaviləsinin fəaliyyətini  dayandırılması ilə  bağlı vergi orqanlarını məlumatlandırmağa ehtiyac yoxdur. Daha sonra müfəttişlərdə ödənişlərin olmamasının səbəbləri ilə bağlı suallar yaranarsa, onlara əlavə razılığın bir nüsxəsini təqdim edə bilərsiniz.


2-ci hissəni oxumaq üçün keçidə daxil olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

3 ay ərzində milyarderlər 402 milyard dollar sərvət itiriblər

posted in: Məqalə, Xəbər | 0

3 ay ərzində milyarderlər 402 milyard dollar sərvət itiriblər


milyarderlər, sərvət, Amazon şirkətinin qurucusu Jeff Bezos, yenə də Forbes jurnalı tərəfindən hər il tərtib edilən dünyanın ən varlı adamlarının siyahısına başçılıq edir. Bezos bu siyahıda sərvətinin həcmi 100 milyard dolları ötən yeganə biznesmendir. 7 aprel 2020-ci il tarixində onun şəxsi kapitalı 113 milyard dollar həcmində dəyərləndirilib.

İkinci sırada mart ayının ortalarında Microsoft şirkətinin direktorlar şurasını tərk edən sözügedən şirkətin qurucusu Bill Gates qərar tutub. Onun sərvəti 98 milyard dollar həcmindədir.

Üçüncü yeri 76 milyard dollar vəsaitlə Avropanın ən varlı adamı, Louis Vuitton Moet Hennessy (LVMH) şirkətlər qrupunun rəhbəri Bernard Arnault tutur. Maraqlıdır ki, bir neçə ay bundan əvvəl o, dünyanın ən varlı adamları siyahısına başçılıq edirdi. Koronovirus pandemiyası dövründə ən çox sərvət itirən də məhz, o olub. Milyarder səhmlərin qiymətdən düşməsi səbəbi ilə 30 milyard dollarından olub.

Liderlər onluğuna həmçinin 67,5 milyard dollarla sərmayəçi Warren Buffett; 59 milyard dollarla Oracle şirkətinin banisi Larry Ellison; Bershka, Zara, Massimo Dutti və digər brendlərin daxil olduğu İnditex-in rəhbəri Amancio Ortega (55,1 milyard dollar); Facebook təsisçisi Mark Zuckerberg (54,7 milyard dollar) də daxildirlər.

Liderlər onluğunu isə Walmart-marketlər şəbəkəsinin banisi Sam Walton-un uşaqları qapadırlar. Onun kiçik oğlu Jim-in varidatı 54,6 milyard, qızı Alice-in 54,4 milyard, böyük oğlu Robson-un isə 54,1 milyard dollar sərvəti var.

Ümumiyyətlə, reytinq siyahısına 2095 biznesmenin adı düşüb. Onların ümumilikdə sərvəti 8 trilyon dollar həcmində dəyərləndirilir.

Yeri gəlmişkən, koronavirus pandemiyası dövründə dünyadakı milyarderlərin sayı 20% azalıb. Ümumilikdə milyarderlər 2020-ci ilin yanvar-mart ayları ərzində 402 milyard dollar sərvət itiriblər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Kapital Bank POS-terminallar üzrə xidmət haqqını ləğv etdi

posted in: bank, Xəbər | 0

Kapital Bank POS-terminallar üzrə xidmət haqqını ləğv etdi


Kapital Bank ölkədə xüsusi karantin rejiminin tətbiq olunması səbəbindən müştərilərə bir sıra güzəştlər təqdim edir. Asan olmayan bu şəraitdə ən çox ziyan çəkən sahələrdən biri də sahibkarlardır. Bunu nəzərə alaraq, Kapital Bank sahibkarlar üçün növbəti güzəşt imkanını verir.

İndiyədək Kapital Bank-ın POS-terminalını əldə edən sahibkarlar, aylıq dövriyyəsindən asılı olaraq, xidmət haqqı ödəyirdilər. Mövcud vəziyyəti nəzərə alaraq, sahibkarlardan aprel ayı üzrə xidmət haqqı tutulmayacaq. Bunu etməklə Bank, hər zaman sahibkarlığı dəstəklədiyini, vəziyyətdən asılı olmayaraq optimal şərtlər təqdim etməsini bir daha sübut edir.

Qeyd edək ki, Kapital Bank-ın çox funksiyalı Smart Kassa və POS-terminallarını əldə etmək istəyənlər 196 Sorğu Mərkəzinə və ya (+99 450) 255-01-96 qaynar xəttinə müraciət edə bilərlər. Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir və hər bir müştərinin istəyinə uyğun “Təməl”, “Uğur”, “İnkişaf” və “Zirvə” adlı sərfəli tarif paketlərini təqdim edir.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Həm vergi ödəyicilərinə, həm də əhaliyə xidmət göstərildikdə vergilərin hesablanması

posted in: Vergi, Xəbər | 0

Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinə əsasən, Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda xidmət göstərən tərəf sadələşdirilmiş verginin ödəyicisi ola bilər. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin bu maddəsinin tətbiqinin əsas məqsədi vergi ödəyicisi həm əhaliyə, həm də hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlər göstərdikdə vergilərin hesablanması qaydasını müəyyən etməkdir.

VM bu maddəsinə əsasən, rüb ərzində vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməklə həyata keçirilən xidmətlərin həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda vergi ödəyicisi fəaliyyətini sadələşdirilmiş verginin ödəyicisi kimi davam etdirə bilər. Vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməklə göstərilən xidmətlərin həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların həcminin 30 faizindən çox olduqda isə vergi ödəyicisi fəaliyyətini sadələşdirilmiş verginin ödəyicisi kimi davam etdirə bilməz.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Misal 1. Tutaq ki, işçilərinin sayı 5 nəfər olan MMC mühasibat işləri ilə bağlı həm vergi ödəyicilərinə, həm də əhaliyə müxtəlif növ xidmətlər göstərir. MMC-nin 2020-ci ilin 1-ci rübündə göstərdiyi xidmətlərin ümumi həcmi 56.000 manat, vergi ödəyicilərinə elektron qaimə-faktura əsasında göstərdiyi xidmətlər üzrə əməliyyatların həcmi 14.000 manat, bu fəaliyyətə aid olan xərc isə 16.000 manat olmuşdur. Bu halda MMC-nin fəaliyyətini hansı formada həyata keçirəcəyini müəyyən etdikdən sonra verginin hesablanması qaydasına baxaq.

Əvvəlcə MMC-nin rüb ərzində vergi ödəyicilərinə elektron qaimə-faktura əsasında göstərdiyi xidmətlər üzrə əməliyyatlarının MMC-nin xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatlarında xüsusi çəkisini müəyyən etməliyik. Bunun üçün vergi ödəyicilərinə elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş əməliyyatların cəmi olan 14.000 manatı xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların cəmi olan 56.000 manata bölərək xüsusi çəki məbləğinin 25% ((14.000 / 56.000) x 100 = 25%) olduğunu müəyyən edirik.

Göründüyü kimi, rüb ərzində vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməklə həyata keçirilmiş əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadığından, MMC fəaliyyətini sadələşdirilmiş verginin ödəyicisi kimi davam etdirə bilər. Bu halda, büdcəyə ödənilməli olan sadələşdirilmiş vergi məbləği isə 1.120 manat ( 56.000 x 2% = 1120) təşkil edəcəkdir.

Misal 2. Tutaq ki, işçilərinin sayı 7 nəfər olan firma həm vergi ödəyicilərinə, həm də əhaliyə məsləhət xidməti göstərir. Firmanın 2020-ci il üzrə göstərdiyi məsləhət xidmətləri üzrə illik ümumi gəliri 160.000 manat, o cümlədən vergi ödəyicilərinə elektron qaimə-faktura əsasında göstərdiyi xidmətlər üzrə əməliyyatların həcmi 80.000 manat, bu fəaliyyətə aid olan xərci isə 60.000 manat olmuşdur. Bundan əlavə, firmanın 1-ci rüb ərzində göstərdiyi məsləhət xidmətlərinin ümumi həcmi 90.000 manat, vergi ödəyicilərinə elektron qaimə-faktura əsasında göstərdiyi xidmətlərin həcmi isə 36.000 manat olmuşdur. Bu halda firmanın fəaliyyətini hansı formada həyata keçirəcəyini müəyyən etdikdən sonra verginin hesablanması qaydasına baxaq.

Əvvəlcə firmanın rüb ərzində vergi ödəyicilərinə elektron qaimə-faktura əsasında göstərdiyi xidmətlərin firmanın ümumi əməliyyatlarında xüsusi çəkisini müəyyən etməliyik. Bunun üçün vergi ödəyicilərinə göstərilmiş xidmətlər üzrə əməliyyatların cəmini – 36.000 manatı rüb ərzində göstərdiyi xidmətlərin üzrə ümumi əməliyyatların cəminə – 90.000 manata bölərək xüsusi çəki nisbətinin 40% ((36.000 / 90.000) x 100 = 40%) olduğunu müəyyən edirik.

Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinə əsasən, rüb ərzində vergi ödəyicilərinə elektron qaimə-faktura əsasında göstərilən xidmətlər üzrə əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların həcminin 30 faizindən çox olduqda vergi ödəyicisi fəaliyyətini sadələşdirilmiş verginin ödəyicisi kimi davam etdirə bilməz. Buna görə də firma gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir. Məsələmizdəki vergi ödəyicisinin 7 nəfər işçisi olduğu və illik gəliri 200.000 manatdan az olduğu üçün mikro sahibkarliq subyekti meyarına uyğun gəldiyindən, Vergi Məcəlləsinin 102.1.30.-cu maddəsinin şərtlərini də nəzərə almaqla ümumi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı olan xərci çıxdıqdan sonra qalan 100.000 manat (160.000 – 60.000 = 100.000 manat) gəliri ilə vergidən azad olunan hissəni müəyyən etmək üçün həmin gəlirə 75 faiz güzəşt tətbiq etməklə alınan 75.000 manat ( 100.000 x 75% = 75.000 manat) məbləğ arsındakı fərqdən – 25.000 manatdan (100.000 – 75.000 = 25.000 manat) firma 5000 manat (25.000 x 20% = 5000 manat ) mənfəət vergisi hesablayacaqdır.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun