İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır
İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
İşsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün karantin rejimini pozub evdən çıxaraq Məşğulluq Mərkəzlərinə müraciət etmələrinə heç bir ehtiyac yoxdur. Xüsusi karantin rejimi ilə əlaqədar hazırda mərkəzlərdə vətəndaş qəbulu da həyata keçirilmir.
Eyni zamanda, İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır. Belə ki, işsiz şəxs qeydiyyata alınması üçün www.e-sosial.az portalına daxil olaraq “e-xidmətlər” bölməsindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətini seçməlidir.
TELEGRAM KANALIMIZA ÜZV OLUN
Birdəfəlik ödəmənin verilməsində ünvanlılıq prinsipi, şəxsin ailə gəlirləri nəzərə alınacaq. Bununla bağlı mexanizm hazırlanır. Bu proses yaxın günlərdə başa çatdıqdan sonra birdəfəlik ödəmə vəsaitləri işsizlərə nağdsız qaydada ödəniləcək. (bank xidmətləri vasitəsilə)
Bir daha işsiz şəxslərə birdəfəlik ödəməni almaq və ya işsiz kimi qeydiyyata alınmaq üçün Məşğulluq Mərkəzlərinə müraciət etməmələrini, bunun üçün evdən çıxaraq xüsusi karantin rejimini pozmamalarını tövsiyə edirik.
Mənbə: sosial.gov.az


Bildiyiniz kimi, ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi səbəbindən insanların kütləvi toplaşması tövsiyə olunmur. Bu səbəbdən Kapital Bank-ın sosial müavinət, pensiya və kompensasiya ödənişləri alan müştərilər üçün xüsusi şərtlər tətbiq edilir.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart – 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 – 28 mart və 30 mart – 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.