Azərbaycanda 194 mindən çox işçiyə evdən çıxmağa icazə verildi

posted in: Xəbər | 0

Azərbaycanda 194 mindən çox işçiyə evdən çıxmağa icazə verildi

Xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün “icaze.e-gov.az” portalı vasitəsilə qeydiyyatdan keçən dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının aprelin 4-ü saat 09:00-a olan sayı açıqlanıb.
Qeyd olunan saata qədər Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemində 13 734 qurumun 194 796 əməkdaşının icazəsi təsdiqlənib.
Ümumilikdə qurum tərəfindən daxil edilmiş icazə sayı 199 843 təşkil edib. Qurum tərəfindən təsdiqlənmiş maşın sayı isə 73 623 olub.
Qeyd edək ki, əməkdaşlar üçün icazənin alınmasına görə dövlət və özəl təşkilatlar tərəfindən icaze.e-gov.az portalı üzərindən müraciətlərə aprelin 3-ü saat 10:00-da başlanılıb.
Xatırladaq ki, “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə ərsəyə gəlib.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Cari ildə büdcəyə vergi daxilolmaları proqnozu üstələyib

posted in: Xəbər | 0

Cari ildə büdcəyə vergi daxilolmaları proqnozu üstələyib


vergi öhdəlikləri, dividend, dividenddən vergi, vergi daxilolmaları,
Yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti büdcəyə 2 milyard manatdan çox vəsait daxil edib.
Bu barədə Maliyyə Nazirliyinin ilin ilk rübündə dövlət büdcəsinin icrasına dair yaydığı açıqlamada deyilir.
Bildirilir ki, 3 ayda Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 39,9 milyon manat vəsait daxil olub, bu da proqnoza nisbətən 221,2 milyon manat və ya 12,2 faiz çoxdur. Həmin vəsaitin 68,5 faizi və yaxud 1 milyard 396,4 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 244,5 milyon manat və ya 21,2 faiz çoxdur.
Mənbə: vergiler.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Subsidiya alan fermerlərə şad xəbər!

posted in: Xəbər | 0

Subsidiya alan fermerlərə şad xəbər!

subsidiya

Kapital Bank və Azərpoçt, koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu dəfə adıçəkilən qurumlar korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, həmçinin fermerlərə qayğı göstərmək məqsədilə növbəti dəstək kampaniyasına başlayıb.
“Subsidiya 2020” layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyi təşəbbüsü və Kapital Bank-ın dəstəyi ilə fermerlerə ödənilən subsidiyalar nağd şəkildə deyil, “Fermer kartı” vasitəsilə ödənilir. İnsanarın qapalı məkanlarda kütləvi toplanmasının qarşısını almaq üçün bu kartlar Azərpoçt filialları vasitəsilə fermerlərin ünvanlarına çatdırılacaq. Artıq fermerlər kartları əldə etmək üçün Kapital Bank filiallarına gəlməli olmayacaqlar.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Bax: “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Vergi hesabatlarının verilmə müddəti bir daha uzadıldı

posted in: Vergi, Xəbər | 2

Vergi hesabatları – verilmə müddəti bir daha uzadıldı


vergi hesabatları, vahid bəyannamə,Üzləşmə aktları, könüllü, Vergilər Nazirliyi, ödənilməli vergilər, məsuliyyət, ƏDV-nin qaytarılması, təyinat, Əlavə vergi nəzarəti, EDV, vergi ödəyicisi, Vergilər, işə qəbul, maaş, özəl tibb müəssisələri,Vergilər Nazirliyi, müsabiqə, işə qəbul, vergilər naziri, hüquqi şəxs, proqnoz, Cari vergi ödəmələri, vergiler, Vergilər Nazirliyi, nizamanme formalari, MMC-lər, nizamnamə formaları, vergilər NKA-dan istifadə departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarından irəli gələrək vergi hesabatları-nın verilməsi müddətləri barədə

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart – 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 – 28 mart və 30 mart – 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilmişdir.

Bununla əlaqədar olaraq Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, 2019-cu ilin yekunlarına görə təqdim edilməli olan hüquqi şəxslərin mənfəət və əmlak vergisinin, fiziki şəxslərin gəlir vergisinin, 2020-ci ilin fevral ayına görə təqdim edilməli olan aksizin, ƏDV, yol və mədən vergilərinin, pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin, uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin, eləcə də daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsinin təqdim edilməsinin və xüsusi notariusların fevral ayı üzrə hesabladığı gəlir vergisinin və muzdlu işlə əlaqədar fevral ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan verginin dövlət büdcəsinə ödənilməsinin son müddəti 06.04.2020-ci il tarixə keçirilmişdir.

Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövrü (2020-ci il 31 mart -20 aprel) ilə əlaqədar Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli 122 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Qərarı ilə Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ləğv edilmişdir.

Habelə həmin Qərarın 2 nömrəli əlavəsi ilə xüsusi iş (əmək) rejimi çərçivəsində  fəaliyyətinə icazə verilən sahələr müəyyən edilmiş, həmin siyahıda qeyd edilməyən digər istiqamətləri üzrə fəaliyyət məhdudlaşdırılmışdır.

Yuxarıda göstərilənlərə əsasən xüsusi karantin dövrü ilə (2020-ci il 31 mart -20 aprel) vergi hesabatlarının verilməsinin son müddəti aşağıdakı kimi müəyyən edilir:

1. fəaliyyətinə icazə verilən sahələr üzrə (siyahısı əlavə olunur) vergi ödəyiciləri tərəfindən vergi hesabatlarının verilməsi müddəti 6 aprel 2020-ci il;

2. fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən vergi hesabatlarının verilməsi müddəti 20 aprel 2020-ci il.

 Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xüsusi iş (əmək) rejiminə dəyişiklik ediləcəyi təqdirdə bu barədə əlavə məlumat veriləcəkdir.


Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 31 mart
tarixli 122 nömrəli Qərarına
2 nömrəli əlavə
Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyriiş günlərində işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin
Siyahısı
1. Səhiyyə və sosial sahə üzrə:

1.1. elmi-tədqiqat və laborator xidmətləri;

1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə

xidmətlər;

1.3. baytarlıq xidmətləri;

1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;

1.5. sosial xidmətlər;

1.6. əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün

baxıcılıq xidməti.

2. İnfrastruktur sahəsi üzrə:

2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı,

istilik təchizatı, enerji paylanması);

2.2. elektrik enerjisinin istehsalı və təchizatı;

2.3. su təchizatı və meliorasiya;

2.4. telekommunikasiya və rabitə xidmətləri.

3. Nəqliyyat və logistika sahəsi üzrə:

3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük

daşımaları;

3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;

3.3. logistika xidmətləri;

3.4. ictimai nəqliyyat və taksi xidmətləri.

4. Əsas istehsalat növləri:

4.1. müdafiə sənayesi məhsullarının istehsalı;

4.2. neft avadanlıqları və qurğularının istehsalı;

4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida

məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;

4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

4.5. kimyəvi məhsulların istehsalı;

4.6. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən

fermer təsərrüfatlarının fəaliyyəti;

4.7. əkinçilik və məhsul yığımı;

4.8. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

4.9. neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi;

4.10. metallurgiya sənayesi üzrə fəaliyyət;

4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

4.12. mühəndislik və layihələndirmə xidmətləri;

4.13. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və

təmiri;

4.14. qablaşdırma məhsullarının istehsalı;

4.15. daş, metal və taxta məhsullarının istehsalı;

4.16. mebel istehsalı və təmiri;

4.17. diri heyvanların kəsimi.

5. Pərakəndə və topdan satış üzrə:

5.1. ərzaq məhsullarının satış məntəqələri;

5.2. apteklər;

5.3. yanacaqdoldurma məntəqələri;

5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı

məntəqələri;

5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri.

6. Məişət xidmətləri üzrə:

6.1. məişət tullantılarının yığılması və utilizasiyası;

6.2. poçt xidmətləri;

6.3. kimyəvi təmizləmə;

6.4. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

6.5. avtomobillərin təmiri;

6.6. avtomobil yuyulma məntəqələri;

6.7. tərcümə xidmətləri;

6.8. heyvan sığınacaqları;

6.9. dizayn xidmətləri.

7. Kütləvi informasiya vasitələri.
8. Maliyyə təşkilatları üzrə:

8.1. banklar və bank olmayan kredit təşkilatları;

8.2. investisiya şirkətləri, fond birjaları;

8.3. sığorta təşkilatları;

8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.

9. Xüsusi xidmət növləri üzrə:

9.1. çatdırılma xidmətləri;

9.2. məişət avadanlıqlarının təmiri;

9.3. dezinfeksiya xidmətləri.

10. Vəkillik fəaliyyəti.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun