Karantin dövründə icarə necə dayandırılmalıdır? (3-cü hissə)
Karantin dövründə icarə necə dayandırılmalıdır? / 3-cü hissə
2-ci hissəni oxumaq üçün keçidə daxil olun.
Əgər şirkət öz fəaliyyətini müvəqqəti dayandırmışsa, məsafədən iş rejiminə keçmişdirsə və ya karantin tədbirləri nəticəsində maliyyə çətinlikləri yaşayırsa, binanın icarəsi üçün ödənişlərlə nə etməli?
“Norma” şirkətinin hüquq məsələləri üzrə ekspertləri Eleonora Mazurova və Albert Safin problemin mümkün həlli variantlarını izah ediblər.
Bu vəziyyətdə özəl təhsil müəssisələri istisna təşkil edir. Uşaq bağçalarının, məktəblərin və digər təhsil müəssisələrinin işi hökumətin iradəsi ilə qəbul edilən qərarla dayandırılıb. Bu halda da fors-major koronavirus infeksiyasının pandemiyası deyil, məhz hökumətin respublikanın bütün təhsil müəssisələrinin işinə qadağa qoymaq qərarıdır. Buna əsasən, təhsil fəaliyyəti ilə məşğul olan bütün müəssisələr öz icarəçilərinə dövlət sərəncamının ləğv edilməsinə qədər icarə haqqının dayandırılması barədə məlumat verərək, məcburi boşdayanma vaxtına görə icarə haqqını ödəyə bilməzlər.
Ancaq fəaliyyətə birbaşa qadağa qoyulmadığı başqa bir də vəziyyət var. Məsələn, turizm şirkəti turları ona görə təşkil edə bilmir ki, bunu ona qadağan ediblər, ona görə ki, xarici sərhədlər bağlanıb və ölkə daxilində insanların hərəkəti məhdudlaşdırılıb. Bu cür tədbirlər turizm biznesini tam şəkildə iflic edir. Nəticədə turizm operatoru icarə haqqını ödəməkdən ötrü vəsait əldə edə bilmir. Sözügedən halda, əgər siz hökumətin qərarına fors-major vəziyyəti kimi istinad etsəniz, onda öz biznesinizin birbaşa tətbiq olunan məhdudiyyətlərdən asılı olduğunu sübut etməli olacaqsınız.
İcarəyə götürülmüş yerin başqa birisinə (subicarə) icarəyə verilməsi.
Sözügedən mürəkkəb vəziyyətdən çıxış yollarından biri də – icarəyə götürülən yerin boşdayanma halında müvəqqəti olaraq bir başqasına subicarəyə verilməsidir. Əgər sizin icarə müqavilənizdə bunu birbaşa qadağan edən şərt yoxdursa, onda belə edə bilərsiniz.
Sözügedən əməliyyat üçün icarədarın razılığını alın. Yox, əgər icarə müqaviləsində subicarə imkanı qeyd olunubsa, onda buna görə ayrıca icazənin alınmasına lüzum yoxdur. Bu üsuldan istifadə etməklə siz icarə ödənişlərinin bir hissəsini bağlaya və kommunal xidmətlər üçün ödənişlər edə bilərsiniz.
Diqqət.
Yerin subicarəyə verilməsi müddəti əsas icarə müddətini ötməməlidir.
4-cü hissəni oxumaq üçün keçidə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan Prezidentinin bu il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər planına əsasən, aprelin 14-nə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 10 914 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 16 502 fərdi (mikro) sahibkar, ümumilikdə 27 416 vergi ödəyicisi müraciət edib.
Kapital Bank-ın aktivləri 1 aprel 2020-ci il tarixinə 4,4 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,04 milyard manat olub.
Aprel ayı üzrə əmək haqqı nə qədər dəyişəcək? (“Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər barədə)