Rusiyada zərər çəkmiş sahibkarlara vergi möhləti veriləcək

posted in: Xəbər | 0

Rusiyada zərər çəkmiş sahibkarlara vergi möhləti veriləcək


ƏDV dərəcəsinin azaldılması, bəyannamə, xarici bank hesabı, kiçik biznes, vergi bəyannaməsi,rusiyada maaş,mühasiblər,Rusiyada koronavirus (COVID-19) infeksiyasından zərər çəkmiş iqtisadiyyatın sahələrindən olan kiçik və orta sahibkarlıq qarşıdakı 6 ay ərzində onlar üçün yaranmış öhdəliklərdən – illik vergi və rüsumların ödənilməsi təxirə salınacaq.

Bu barədə “İnterfaks” agentliyi Rusiyanın Baş naziri Mixail Mişustinə istinadən xəbər verir.

Hökumət başçısı qeyd edib ki, artıq müvafiq qanun layihəsi hazırdır.

“Onların altı aylıq gecikmə müddəti bitdikdən sonra, hər şeyi dərhal, bir anda ödəmələrinə ehtiyac qalmayacaq”, – Mişustin bildirib.

Onun sözlərinə görə, təxirə salınma müddəti bitdikdən sonra, ödənişləri il ərzində, yəni 2021-ci ilin sonunadək bərabər hissələrdə ödəmək mümkün olacaq.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Aprel ayında nə qədər əmək müqaviləsi artımı olub?

posted in: Xəbər | 0

Aprel ayında nə qədər əmək müqaviləsi artımı olub?


Qeyri-formal məşğulluq, emek, Müddətli əmək müqaviləsi, əmək müqaviləsi, xitam,Özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron sistem üzərində gündəlik nəzarət həyata keçirilir. Həmçinin əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib.

Nazirlikdən verilən xəbərə görə, bu işlər qeyri-dövlət sektorunda çalışan 710 min işçini əhatə edir.

Aparılan işlərin müsbət nəticəsi kimi, özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib, əksinə, əmək müqavilələrinin sayında artım dinamikası davam edib.

2020-ci ilin 1 aprel tarixinə qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı 664 119 olubsa, 12 aprel tarixinə bu göstərici 710 967-ə çatıb.

Beləliklə, əmək müqavilələrinin sayında bu ilin 1 aprel tarixindən 46 848 müqavilə, 1 yanvar tarixindən isə 69 478 müqavilə artımı baş verib.

Mənbə: apa.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Mühasib peşəsi üçün namizəd seçimi (4-cü hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasib peşəsi üçün namizəd seçimi (4-cü hissə)

3-cü hissəni oxumaq üçün keçidə daxil olun


Mühasib peşəsi biznesdə ən vacib və məsuliyyətli vəzifələrdən biridir, pul qazanmaqla bağlı sıx bağlı olan bir peşədir.

Buna görə ideal mühasibin hansı keyfiyyətlərə malik olduğunu və şəxsi xüsusiyyətlərinə görə – danışıq tərzi, geyimi, suallara cavab verməsi və s. –  necə müəyyən edilə biləcəyini bilmək vacibdir. Yəni, hansı nitq modelləri və davranış əlamətləri mühasibin yerinə yetirdiyi vəzifələrə mükəmməl uyğun gəlir.

Qeyd edək ki, biz vəzifənin profilindən deyil, məhz şəxsiyyətin profilindən danışacağıq və başlanğıc üçün onların bir-birindən nə ilə fərqləndiyini və nədən ibarət olduğunu müəyyənləşdirəcəyik.

İstənilən halda, hər hansı bir şəxs rahat vəziyyətdə olduqda, onun hərəkətləri bir az güclənir. HR mütəxəssisinə söhbətə neytral mövzu ilə başlamaq lazımdır: “adınız nədir? Bura necə gəlib çıxa bildiniz?”, bu zaman insan özünü rahat hiss etməyə başlayacaq və onda gestulyasiya peyda olacaq. Mükəmməl bir mühasibdə bu elə də geniş və intensiv olmayacaq, amma hər halda bunun mövcudluğu normaldır. Bunu izləməyə çalışın və zamanla siz bir çox şeyləri görməyi öyrənə biləcəksiniz.Axı insanlarla işləyən və onlarla ünsiyyət təcrübəsi olan hər bir mütəxəssis, vacib deyil ki, bu insan resursları üzrə menecer, danışıqlar aparan və ya rəhbər işçi olsun, insanın rahatlaşdığını hiss edir və belə məqamlarda nələrə diqqət yetirməli olduğunu bilir.

Namizədə suallara əminliklə, sərbəst şəkildə, özünü sıxmadan cavab verməsinə səy göstərin. Özünə əmin olmamaqla bağlı ifadələr də bizə yaxşı məlumdur: “işim xoşuma gəlir”, “keçmiş iş yerimdə mən çox effektiv idim” və s. “Əlbəttə ki, rəhbərliklə müəyyyən çətinliklər yaşamışıq. İstənilən halda biz ünsiyyət vədişlərinə malikik və dili də yaxşı bilirik. Həmişə razılaşmaq mümkündür” bu və buna bənzər cavablar isə tamamilə başqa bir şeydən, yəni, özünə əminlikdən xəbər verir.

Keçmiş iş yerində çətinliklərlə bağlı suala cavab verən namizədin mimik reaksiyasını izləyin. Unutmayın ki, mükəmməl mühasibin əsas duyğuları qəzəbdir. Bu duyğu özündə nə məna daşıyır?  Bu maneəyə aktiv cavabdır: maneə peyda olub,  ortaya qəzəb və bu maneəni ortadan qaldırmaq cəhdi çıxıb. Belə bir zəncir ortaya çıxır: hesabat düz gəlmir – qəzəb – problemlərin aradan qaldırılması.

Müsahibə zamanı mühasib üçün vərdiş etdiyi qəzəb emosiyasının müntəzəm olaraq üzündə əks olunmasına hazır olun. Bundan qorxmağa dəyməz, əksinə sevinmək lazımdır. Mühasib işləmək üçün məhz bu cür insan psixotipi ən yararlı olanıdır.  Bunlar hüquq və ya reklam şöbələrində nə baş verdiyini vecinə almayan dar ixtisaslaşmış peşəklardırlar. Onların fəaliyyət sahəsi – mühasibatlıqdır və bundan başqa onları heç nə narahat etmir.

İnsanın hobbisi də onun peşəsi ilə uyğun gəlirsə, bu çox əladır. İddiaçıdan maraqları barədə soruşmaq həmişə faydalıdır. Mühasibin vəziyyətində onun hobbi növü oxumaqdır. Əgər o, belə cavab verərsə: “Mən oxumağı sevirəm”, bu əladır.

Əgər mühasib belə deyirsə: “mən səyahət etməyi xoşlayıram, əylənməyi sevirəm, attraksionlar xoşuma gəlir”, belədə vəziyyət mürəkkəbləşir. Bu cavab həmin insanın oturaq işlərə hazır olmamasından xəbər verir.

Hobbi barədə sual çox yaxşıdır. Axı, hobbi nədir? Hobbi – bu insanın həqiqi mahiyyətini açıqlayır. Hobbi insanın özünün harada daha rahat hiss etdiyini göstərir. Nələrlə məşğul olarkən mənəvi rahatlıq tapdığını və bunun ondan ötrü maraq doğurduğunu ortaya çıxarır.  Hobbi insanın səmimi şəkildə “mənim” deyə biləcəyi sərhədi göstərir. Əgər insanın hobbisi ilə peşəkar fəaliyyətinin tamamilə əks qütblərdə olduğunu başa düşsəniz, onda bundan müəyyən nəticələr çıxarın. Məsələn, hobbi ünsiyyətcil, kommunikativ profilə uyğundur. İnsan isə yeknəsəq, oturaq, detallı, məsuliyyətli ciddi işə iddia edir. Bu ziddiyyətlər yaxşılığa doğru heç nə verməyəcək.

İnsan ilk dəfə sizin qarşınıza çıxanda, təbii ki, o, əslində olduğundan daha yaxşı görünmək istəyir. Bundan əlavə, əgər bir şəxs artıq bir neçə müsahibədən keçmişsə və şirkətiniz onun üçün onuncu saydadırsa, onda həmin şəxs bütün cavabları bir neçə dəfə məşq edib. O səbəbdən siz belə vəziyyətdə qəfil və qeyri-standart suallar verməklə, onu girdiyi roldan ayırmalısınız. Məsələn: “öz hobbiniz barədə danışın”, “söyləyin, buranı necə axtarıb tapa bildiniz?” və s.

Həmsöhbətinizə qeyri-standart yanaşmalar axtarın və belədə namizəd özünün əsl insani keyfiyyətlərini gizlədən maskanı atmağa məcbur olacaq. Ardınca isə bu insanın yerinə yetirməli olduğu vəzifə təlimatlarında yazılanlarla, onun müsahibədə söylədiklərini  müqayisə edin.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Rezidentlik sertifikatının verilməsi (DTA-01 Forması)

posted in: Xəbər | 0

vahid bəyannamə, qeyri-muzdlu, vergi hesabatları, vergilər nazirliyi, Vergi orqanlarına işə qəbul, Vergilər Nazirliyi, xidməti müqavilə, Əmək müqaviləsi, Qeydiyyat sənədləri, gəlir vergisi, Muzdlu iş, Sadələşdirilmiş vergi, Apelyasiya Şurası, kommersiya qurumları, MDSS, fəaliyyət,imtahan nəticələri, işə qəbul, ödənilməli vergilər, vergi ödəyicisi, vergi borcu,Xərc,təlimlər, Vergilər Nazirliyi, Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,Xidmətin adı: Rezidentlik sertifikatının verilməsi (DTA-01 Forması).

Tələb olunanlar: Rezidentlik sertifikatının alınması haqqında Ərizə (DTA-01 forması).

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 24-cü maddəsi;

– VN Kollegiyasının 12.06.2017-cü ilə tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Xidmətin göstərildiyi yer: 

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Şuşa və Zəngilan RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri, Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları;

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələri, MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİnin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri;

İcra müddəti: Sənədlər daxil olduğu gündən sonra 20 iş günü – əlavə araşdırıl masına vaxt tələb edildikdə 20 iş günü;

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Rezidentlik sertifikatı

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az


Bax: Sıfır faiz dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında Sertifikatın verilməsi


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun