İqtisadiyyat Nazirliyində maliyyə dəstəyi ilə bağlı İşçi Qrupu yaradılıb

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyində maliyyə dəstəyi ilə bağlı İşçi Qrupu yaradılıb


dövlət dəstəyi, Sahibkarlar,İqtisadiyyat Nazirliyi, İqtisadiyyat naziri, sahibkarlara dəstək göstəriləcək, İqdisadiyyat NazirliyiKoronavirus (COVID-19) pandemiyasının ölkənin biznes mühitinə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaq, iqtisadi artımın davam etməsinə dəstək məqsədilə fəaliyyəti müvəqqəti dayandırılmış sahələrdə çalışan muzdlu işçilərə əməkhaqqı ödənişləri və fərdi sahibkarlara dəymiş zərərin müəyyən hissəsinin dövlət hesabına qarşılanması üçün maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, maliyyə dəstəyinin göstərilməsi çərçivəsində İqtisadiyyat Nazirliyinin qurumları arasında məsələlərin əlaqələndirilməsi üçün İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun rəhbərliyi ilə İşçi Qrupu yaradılıb. İşçi Qrupuna Nazirliyin müvafiq strukturlarının rəhbərləri daxildir.

Qeyd edək ki, artıq sahibkarlıq subyektlərindən maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciətlərin qəbuluna və ödənişlərin həyata keçirilməsinə başlanıb. Aprelin 9-dan başlayaraq 10 853 muzdlu işçisi olan 1 000-dən yuxarı vergi ödəyicisi olan hüquqi şəxs və 600-dən çox fərdi sahibkar maliyyə dəstəyi proqramından yararlanmaq üçün müraciət edib.

Fərdi mikro sahibkarlara ödənişin həcmi minimum 250 manat təşkil edir. Əgər onun ödənişləri 2019-cu il ərzində 250 manatadək olubsa, həmin sahibkara 250 manat ödəniləcək. Əgər vergi ödənişləri daha böyük məbləğdə olarsa, sahibkarlara ödənilən vəsaitlərin məbləği 5 000 manata qədər ola bilər.

Mənbə: report.az


Bax: “İcbari tibbi sığorta” barədə qərar ləğv edildi, yeni qərar imzalandı


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

“İcbari tibbi sığorta” barədə qərar ləğv edildi, yeni qərar imzalandı

posted in: Xəbər | 0

“İcbari tibbi sığorta”nın şəhər və rayonlar üzrə tətbiqi ardıcıllığı müəyyənləşdi.

İşsiz şəxslər üçün birdəfəlik ödəmə, birdəfəlik ödəmə verilməsi, İşsiz, tədbirlər planı, İcbari tibbi sığorta, Qeyri-iş günləri, Koronavirus təhsil, Qeyri-iş günləri,

“İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi və “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli qərarı ləğv edilib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı” təsdiq edilib (əlavə olunur).

Eyni zamanda qərarla icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı müəyyənləşib.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-4.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə aşağıdakı ardıcıllıq nəzərə alınmaqla tətbiq edilir:

– Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında 2020-ci ilin yanvar ayından etibarən;

– Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında 2021-ci ilin yanvar ayından etibarən;

– Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonlarında 2021-ci ilin aprel ayından etibarən.


“İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi və “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarının ləğv edilməsi barədə

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 mart tarixli 32-VIQD nömrəli Qanununun tətbiqi,

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2019-cu il 24 dekabr tarixli 898 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 31 mart tarixli 979 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı” təsdiq edilsin (əlavə olunur).

2. “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 2085; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 111 nömrəli Qərarı) ləğv edilsin.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 10 aprel 2020-ci il
№ 136

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 10 aprel
tarixli 136 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
İcbari tibbi sığortanın ölkənin inzibati ərazi
vahidləri üzrə tətbiqi ardıcıllığı.
1.“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-4.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə aşağıdakı ardıcıllıq nəzərə alınmaqla tətbiq edilir:

1.1. Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında 2020-ci ilin yanvar ayından etibarən;

1.2. Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında 2021-ci ilin yanvar ayından etibarən;

1.3. Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonlarında 2021-ci ilin aprel ayından etibarən.

Mənbə: nk.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Karantin dövründə icarə necə dayandırılmalıdır? (1-ci hissə)

posted in: Xəbər | 0

karantin, icarə, Karantin dövründə icarə necə dayandırılmalıdır? / 1-ci hissə

Əgər şirkət öz fəaliyyətini müvəqqəti dayandırmışsa, məsafədən iş rejiminə keçmişdirsə və ya karantin tədbirləri nəticəsində maliyyə çətinlikləri yaşayırsa, binanın icarəsi üçün ödənişlərlə nə etməli?

“Norma”şikətinin hüquq məsələləri üzrə  ekspertləri  Eleonora Mazurova və Albert Safin problemin mümkün həlli variantlarını izah ediblər.

Tərəflərin razılığı əsasında öhdəliklərin dəyişdirilməsi

Rəsmiləşdirmənin bu yolu – ən əlverişli və ola bilsin ki, hər iki tərəf üçün rahat olan bir üsuldur. Bağlanması nəzərdə tutulan müqavilənin şərtləri, habelə ona edilən dəyişikliklər tərəflərin razılığı ilə müəyyən edilir. Qanunvericilik də öz növbəsində, icarə məbləğini müvəqqəti azaltmağı və ya icarə müqaviləsinə xitam vermədən icarə ödənişlərini dayandırmağı qadağan etmir.

Buna görə, binanın sahibi kirayəçi olaraq sizinlə maraqlanırsa, bu vəziyyətdə onun getməyə hazır olduğu şərtləri birlikdə müzakirə edin.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Tərəflərin seçim edə biləcəyi ən optimal şərtləri tövsiyə edirik:
  • İcarə haqqının hissə-hissə ödənilməsi və ya təxirə salınması haqqında şərti, müqaviləyə daxil etmək. İcarəçinin hüquqlarına zəmanət vermək üçün əlavə olaraq öhdəliklərin icrasından istifadə etmək mümkündür. Məsələn – zəmanət müqaviləsi bağlamaq;
  • İcarə haqqını müvəqqəti olaraq aşağı salmaq. İcarəyə verəni bununla bağlı xəbərdar etmək üçün ona məktub göndərməli. Xahişinizi bu şəkildə təsvir edə bilərsiniz: “Karantin səbəbindən bir sıra məhdudiyyətlərin yarandığı ölkədəki qeyri-sabit vəziyyət şirkətimizin maliyyə vəziyyətinə mənfi təsir göstərib. Bununla əlaqədar sizdən xahiş edirik ki, “__ ” ______ 20_il tarixli XX nömrəli müqavilə üzrə nəzərdə tutulan icarə haqqını azaltmağınızı xahiş edirik. Nəzərinizə çatdırırıq ki, təşkilatımız ödənişləri heç vaxt gecikdirməyib, pul vəsaitini tam həcmdə və vaxtında daxil edib. Əgər siz özünüzü bizim vəziyyətimizdə təsəvvür etsəniz və icarə haqqını aşağı salmağa razılaşsanız, biz də çətin böhran vəziyyətinə baxmayaraq, onun ödənilməsi üçün bütün öhdəlikləri vaxtında və tam şəkildə yerinə yetirəcəyimizə zəmanət veririk”;
  • karantin dövründə icarə tətilləri barədə razılığa gəlmək. Bu, icarə haqqının ödənişindən tam şəkildə və ya qismən azad olunması yolu ilə – borc tam ödənilməyənə qədər müəyyən bir müddətə sonrakı artım ilə davam etdirilə bilər.

Məsələn, müqavilə bu şərtlər əsasında dəyişdirilə bilər: 2 ay üçün icarə ödənişi məbləği 50% həcmində və 2020-ci ilin avqust ayına kimi 25% həcmində müəyyən edilə bilər. Sentyabr ayından başlayaraq isə mövcud məbləğ +10% artırılmaqla ödənişlərin davam etdirilməsi. Bizim fikrimizcə, bu, ən düzgün qərardır, çünki bu qərar müəssisənin qısamüddətli çətinliklərini daha asan keçirməsinə imkan verəcək və vaxt keçdikcə sahənin mülkiyyətçisi yenə də öz pulunu alacaq;

  • Müəyyən bir müddət üçün və ya karantinin qüvvədə olduğu müddət ərzində icarə ödənişlərinin dayandırılması. Öz razılığınızı icarə müqaviləsinə əlavə razılaşma ilə rəsmiləşdirin.

Diqqət:

İcarə müqaviləsinin fəaliyyətini  dayandırılması ilə  bağlı vergi orqanlarını məlumatlandırmağa ehtiyac yoxdur. Daha sonra müfəttişlərdə ödənişlərin olmamasının səbəbləri ilə bağlı suallar yaranarsa, onlara əlavə razılığın bir nüsxəsini təqdim edə bilərsiniz.


2-ci hissəni oxumaq üçün keçidə daxil olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

3 ay ərzində milyarderlər 402 milyard dollar sərvət itiriblər

posted in: Məqalə, Xəbər | 0

3 ay ərzində milyarderlər 402 milyard dollar sərvət itiriblər


milyarderlər, sərvət, Amazon şirkətinin qurucusu Jeff Bezos, yenə də Forbes jurnalı tərəfindən hər il tərtib edilən dünyanın ən varlı adamlarının siyahısına başçılıq edir. Bezos bu siyahıda sərvətinin həcmi 100 milyard dolları ötən yeganə biznesmendir. 7 aprel 2020-ci il tarixində onun şəxsi kapitalı 113 milyard dollar həcmində dəyərləndirilib.

İkinci sırada mart ayının ortalarında Microsoft şirkətinin direktorlar şurasını tərk edən sözügedən şirkətin qurucusu Bill Gates qərar tutub. Onun sərvəti 98 milyard dollar həcmindədir.

Üçüncü yeri 76 milyard dollar vəsaitlə Avropanın ən varlı adamı, Louis Vuitton Moet Hennessy (LVMH) şirkətlər qrupunun rəhbəri Bernard Arnault tutur. Maraqlıdır ki, bir neçə ay bundan əvvəl o, dünyanın ən varlı adamları siyahısına başçılıq edirdi. Koronovirus pandemiyası dövründə ən çox sərvət itirən də məhz, o olub. Milyarder səhmlərin qiymətdən düşməsi səbəbi ilə 30 milyard dollarından olub.

Liderlər onluğuna həmçinin 67,5 milyard dollarla sərmayəçi Warren Buffett; 59 milyard dollarla Oracle şirkətinin banisi Larry Ellison; Bershka, Zara, Massimo Dutti və digər brendlərin daxil olduğu İnditex-in rəhbəri Amancio Ortega (55,1 milyard dollar); Facebook təsisçisi Mark Zuckerberg (54,7 milyard dollar) də daxildirlər.

Liderlər onluğunu isə Walmart-marketlər şəbəkəsinin banisi Sam Walton-un uşaqları qapadırlar. Onun kiçik oğlu Jim-in varidatı 54,6 milyard, qızı Alice-in 54,4 milyard, böyük oğlu Robson-un isə 54,1 milyard dollar sərvəti var.

Ümumiyyətlə, reytinq siyahısına 2095 biznesmenin adı düşüb. Onların ümumilikdə sərvəti 8 trilyon dollar həcmində dəyərləndirilir.

Yeri gəlmişkən, koronavirus pandemiyası dövründə dünyadakı milyarderlərin sayı 20% azalıb. Ümumilikdə milyarderlər 2020-ci ilin yanvar-mart ayları ərzində 402 milyard dollar sərvət itiriblər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun