Turagentlər vergiyə necə cəlb edilməlidir?

posted in: Vergi, Xəbər | 0

gəlir vergisi,Vergilər Nazirliyinin mövzuya dair şərhində bildirilir ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. (Turagentlər)

Əsasən aviabilet və turpaketlərin satışı ilə məşğul olan agentlər də sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirərək mənfəət və ya gəlir vergisinin ödəyicisi olublar. Artıq ötən ildən aviabilet və turpaketlərin satışını həyata keçirən hüquqi şəxslər mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərirlər. Turagentlərin vergi tutulan gəlirləri əldə olunan komisyon haqlarından (alış və satış qiyməti arasındakı fərq) ibarətdir.

Aviabilet və tur paketlərinin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə olunan komisyon haqlarının həcmi 200.000 manatdan artıq olduqda həmin şəxslər növbəti ayın ilk 10 günü ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Turagentlər tərəfindən tətbiq edilən komisyon haqları turpaketlərin və ya aviabiletlərin alışı ilə satışı arasındakı fərq kimi müəyyən edilir. Tutaq ki, agent bileti 100 manata alır və 110 manata satır. Bu zaman 10 manat gəlir əldə edir. Bununla yanaşı, satışa görə 5 faiz komissiya (100*5%=5 manat) alır. Nəticədə turagentin 1 biletdən cəmi gəliri 15 (10+5) manat olur.

Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi vergidən azad edilib. Bu müddəa illik gəlirləri 200.000 manatdan az olan turagentlərə şamil edilir.

Misal: Tutaq ki, turagentin bilet satışından əldə etdiyi illik gəliri 12 min manat olub. Bu məbləğ 200 min manatdan az olduğu üçün həmin vergi ödəyicisi mikro sahibkarlıq subyekti hesab olunur. Buna görə də vergi ödənişlərində 75 faiz güzəşt əldə edir. Bu halda sahibkarın 9 min manatlıq gəliri vergidən azad edilir:

12.000 – 9000 = 3000 manat
3000 x 20% = 600 manat.

Deməli, illik gəliri 12 min manat olan turagent cəmi 600 manat vergi ödəməlidir.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Turagentlər

Azərbaycanda maaşların orta həddi 28% artıb

posted in: Xəbər | 0

Valyuta rejimi, orta aylıq əmək haqqı,Bu ilin yanvar ayında Azərbaycanda orta aylıq nominal əmək haqqı 712,1 manat təşkil edib. (maaş)

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,8% çoxdur.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmək haqqı, maaş

Kapital Bank yenilənən Balakən filialını istifadəyə verdi

posted in: Xəbər | 0

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Korporativ standartlara uyğun təmir edilərək müştərilərə təqdim edilən Balakən filialı, Balakən şəhəri, M.Əsədov küçəsi, 26  ünvanında fəaliyyət göstərir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın Balakən filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib. Bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 50-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 25-dən çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Kapital Bank

Əmək müqaviləsinin şərtləri ilə tanış olmadan imzalamaq hansı problemləri yarada bilər?

posted in: Xəbər | 0

xidmət müqaviləsi, əmək ,Qeyri-formal məşğulluq Əmək müqaviləsi xidməti müqavilə emekİşə qəbul zamanı əsas məsələlərdən biri əmək müqaviləsinin imzalanmasıdır. Elektron informasiya sisteminə əmək müqaviləsi bildirişi daxil edildikdən sonra işəgötürənə məlumat gəlir və bundan sonra sənəd hüququ qüvvəyə minir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Mehman Abdullayev qeyd edib ki, əmək müqaviləsi işçi ilə işəgötürən arasında Əmək Məcəlləsinin 1 nömrəli əlavəsinə uyğun olaraq bağlanılmış hüquqi aktdır: “Əmək müqaviləsinin əsasında işçinin əməkhaqqı, iş, məzuniyyət və istirahət vaxtı müəyyən edilir və o, gələcəkdə Əmək Qanunvericiliyində mövcud olan təminatlardan, güzəşt və imtiyazlardan istifadə edir. İşçi yalnız əmək müqaviləsi əsasında işlədikdə əmək qanunvericiliyində olan təminatlardan, güzəşt və imtiyazlardan istifadə edə bilir. Əmək müqaviləsi işçinin gələcək pensiya təminatında da böyük rol oynayır”. (Əmək müqaviləsinin şərtləri, Əmək müqaviləsi)

Əmək müqaviləsi həm müddətli, həm də müddətsiz bağlanılır. Hüquqi akt imzalandıqdan sonra onun bir nüsxəsi işəgötürəndə, digəri isə işçidə qalır. Müqavilənin imzalanması zamanı maraqlı məqamlardan biri də işçinin sənəddə əksini tapan bəndlərlə tanış olub-olmamasıdır.

Mütəxəssislər bildirirlər ki, müqavilənin şərtləri ilə tanış olmadan imzalamaq gələcəkdə problem yarada bilər. Məsələn, ola bilər ki, işəgötürən qanunda nəzərdə tutulmayan digər başqa tələblər irəli sürsün, onun hüquqlarını azaldan, müəyyən hüquqlardan məhrum edən şərtlər əlavə edə bilər. Həmin halların yaranmaması üçün işçi mütləq qaydada əmək müqaviləsini oxumalıdır.

Əmək müqaviləsinin şərtləri işəgötürən tərəfindən pozulduqda işçinin müvafiq qurumlara müraciət etmək hüququ var.

Müqavilənin şərtləri ilə tanış olmadıqda və sonradan işəgötürən tərəfindən qanunsuz hərəkətlər meydana çıxarsa, bu zaman işçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilər.

İşçi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilirsə, bu zaman işəgötürən İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada inzibati məsuliyyətə cəlb olunur.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Əmək müqaviləsinin şərtləri, Əmək müqaviləsi