Azərbaycanda vəzifəli şəxslər maliyyə məlumatları təqdim edəcəklər
Azərbaycanda vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlər həyata keçiriləcək.
Bu, Prezident İlham Əliyevin sərəncamı ilə imzalanmış “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.
Milli Fəaliyyət Planında qeyd edilir ki, 2020-2022-ci illər ərzində bu işlərin icraçıları Nazirlər Kabineti, Ədliyyə Nazirliyi olacaq.
Bununla yanaşı, bu il ərzində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, korrupsiya risklərinin müəyyən edilməsinə, təhlilinə və qarşısının alınmasına dair metodologiya hazırlanacaq.
2020-2022-ci illərdə korrupsiyanın ümumilikdə və sahələr üzrə səbəbləri, xüsusiyyətləri, səviyyəsinin öyrənilməsi məqsədilə ixtisaslaşdırılmış tədqiqatların və rəy sorğularının həyata keçirilməsi üçün bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarına dəstək veriləcək. Bu işin icraçısı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır.
Mənbə: banker.az

Xidmətin adı: Üzləşmə aktlarının verilməsi üçün müraciətin qəbulu.
Prezident İlham Əliyevin “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 25 fevral 2020-ci il tarixli Fərmanı ölkəmizdə qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlərin müasir texnologiyaların geniş tətbiqi şəraitində səmərəliliyinin artırılmasına xidmət edir.
Qənaətə doğru ilk addım – bu, büdcənin savadlı planlaşdırılmasıdır. Onsuz arxaya nə vaxt, nə nə qədər pul saxlamaq lazım olduğunu anlamaq çətindir. Bəs nədən başlamalı?