Debitor borclar üzrə iddia müddəti

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 166.1.3-cü maddəsinə əsasən, təqdim edilmiş mallar (işlər, xidmətlər) üzrə yaranan debitor borclar üzrə iddia müddətinin bitdiyi vaxt ƏDV tutulan əməliyyatın vaxtı müəyyən edilir. İddia müddətinin başlanması və dayandırılması, habelə iddia müddətinin bitməsi Mülki Məcəllə ilə tənzimlənir.

Vergilər Nazirliyindən bildirilib ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

Mülki Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti 10 il təşkil edir.

  • müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;
  • vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir;
  • tələblərin ayrı-ayrı növləri üçün Mülki Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər;
  • natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; – təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri natura formasında ödənildiyi halda malı (işi, xidməti) təqdim edən şəxs üçün ƏDV tutulan əməliyyatın vaxtı təqdim edilmiş malın (işin, xidmətin) dəyərinin naturada əldə edildiyi vaxtdır.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Debitor borclar

Üzləşmə aktının verilməsi

posted in: Vergi, Xəbər | 0

Bəyannamələrin tərtibi, Bəyannamələrin tərtibi,, Şəxsi hesab vərəqəsi, Vergi işçiləri, Vergi öhdəliyi, ödənilməli vergilər, Məlumat Forması, ƏDV ödəyiciləri, E-qaimə altsistemi, istifadəçi təlimatı, E-qaimə, bəyannamə, arayış, hesabat, Vergi bəyannamələri, maliyyə sanksiyası, Təsis paylarının yüklülüyü, təsis payı, Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Xidmətin adı: Üzləşmə aktının verilməsi. (üzləşmə aktı)

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 87.2-ci maddəsi

– “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun

– Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin yerli vergi orqanlarının vergi öhdəliklərinin icrasına nəzarət strukturları, RVŞnin Hüquq və vergi öhdəliklərinin icrasına nəzarət strukturları, Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin vergi borclarının məcburi alınması strukturları, digər vergi orqanlarının vergi öhdəliklərinin icrasına nəzarət strukturları

İcra müddəti: 15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Üzləşmə aktı

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Üzləşmə aktı

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi

posted in: iqtisadiyyat, Xəbər | 0

İqtisadiyyat Nazirliyi, İşsizlikdən sığorta əmək müqaviləsi nümunəsi Mühasibat uçotu İnzibati XətalarPrezident İlham Əliyev “Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında” 25 may 2018-ci il tarixli fərmanına dəyişiklik edib. (İqtisadiyyat Nazirliyi)

Dövlət başçısının bununla bağlı imzaladığı fərmanla İqtisadiyyat Nazirliyinə, Maliyyə Monitorinqi Xidmətinin xalis aktivlərinin dəyərinin 25%-dən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Xidmətin aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi həvalə olunub.

Maliyyə Monitorinqi Xidmətinə isə qurumun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və işçilərin əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq etmək həvalə edilib.


Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1501, № 11, maddə 2275; 2019, № 6, maddə 1049) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2.2-ci yarımbəndə “tənzimləməni və” sözlərindən sonra “qüvvədə olan qanunvericiliyə əməl edilməsinə” sözləri əlavə edilsin.

2. 3.1.16-1-ci yarımbənddə “maliyyələşdirilməsi” sözü “maliyyələşdirilməsinə qarşı mübarizə” sözləri ilə əvəz edilsin.

3. 3.1.32-ci və 3.2.19-cu yarımbəndlərdə “Azərbaycan Respublikası Prezidentinin aktları” sözləri “Xidmətin Nizamnaməsi” sözləri ilə əvəz edilsin.

4. 4.3-cü bəndin ikinci cümləsində “İdarə Heyəti sədrindən” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini ─ İdarə Heyətinin sədrindən (bundan sonra ─ İdarə Heyətinin sədri)” sözləri ilə əvəz edilsin, üçüncü cümləsinə “müavinlərini” sözündən sonra “Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin təqdimatı ilə” sözləri əlavə edilsin.

5. 4.5.1-ci yarımbəndə “istiqamətlərini” sözündən sonra “, strateji məqsədlərini və planlarını” sözləri əlavə edilsin.

6. 4.5.2-ci yarımbənddə “Prezidentinə” sözü “İqtisadiyyat Nazirliyinə (bundan sonra – Nazirlik)” sözləri ilə əvəz edilsin.

7. Aşağıdakı məzmunda 4.5.4-1-ci və 4.5.4-2-ci yarımbəndlər əlavə edilsin:

“4.5.4-1. Xidmətin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;

4.5.4-2. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Xidmətin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;”.

8. 4.5.7-ci yarımbənddə “müəyyən edilmiş əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını” sözləri “Xidmətin maliyyə planlaşdırılmasını və büdcəsini” sözləri ilə əvəz edilsin.

9. 4.5.9-cu yarımbənddə “qayda və şərtlərini müəyyənləşdirir və onların” sözləri “Qanunun 17-1-ci maddəsinin tələblərini nəzərə almaqla Nazirliyin müəyyən etdiyi qayda və şərtlərinin” sözləri ilə əvəz edilsin.

10. 4.5.10-cu yarımbənddə “Azərbaycan Respublikası Prezidentinin” sözləri “Nazirliyin” sözü ilə əvəz edilsin.

11. 4.5.12-ci yarımbənd ləğv edilsin.

12. 4.5.13-cü yarımbəndə “kənar auditorun” sözlərindən əvvəl “Xidmətin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi üçün təyin edilmiş” sözləri əlavə edilsin.

13. 4.5.14-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 4.5.15-ci yarımbənd əlavə edilsin:

“4.5.15. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar qəbul edir.”.

14. 4.6-cı bəndə aşağıdakı məzmunda səkkizinci, doqquzuncu və onuncu cümlələr əlavə edilsin:

“İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, həmin məsələnin müzakirəsində və ona dair səsvermədə iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.”.

15. 4.7.1-ci yarımbəndə “təşkil edir və” sözlərindən sonra “ona nəzarət edir, habelə” sözləri əlavə edilsin.

16. 4.7.3-cü yarımbəndə “iştirak edir,” sözlərindən sonra “qanunvericiliklə” sözü əlavə edilsin.

17. Aşağıdakı məzmunda 4.7.12-1 – 4.7.12-3-cü yarımbəndlər əlavə edilsin:

“4.7.12-1. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin Aparatının strukturunu, ştat cədvəlini, işçilərinin əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) və xərclər smetasını təsdiq edir;

4.7.12-2. Xidmət işçilərinin əməkhaqlarının, əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

4.7.12-3. Xidmətin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi üçün kənar auditoru təyin edir və audit hesabatını qəbul edir;”.

18. 5-ci hissənin adı aşağıdakı redaksiyada verilsin:

“5. Xidmətin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları”.

19. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.1. Xidmət, fəaliyyət müstəqilliyi təmin edilməklə, Nazirliyin tərkibində fəaliyyət göstərir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 fevral 2020-ci il.

Mənbə: president.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İqtisadiyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi

Dövlət Gömrük komitəsi haqqında əsasnamədə dəyişiklik edilərək yeni səlahiyyətlər verilib

posted in: Xəbər | 0

Dövlət Vergi Xidmətinin işçiləri, , emek pensiyaları, əmək pensiyaları, saziş, qrant, Məşğulluq haqqında Qanun, Xətalar Satınalmalar, Məşğulluq,Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 717 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540; 2013, № 12, maddə 1552; 2014, № 1, maddə 14; 2015, № 6, maddə 699; 2016, № 9, maddə 1487, № 10, maddə 1626; 2017, № 12 (I kitab), maddə 2333; 2018, № 7 (I kitab), maddə 1487; 2019, № 6, maddə 1031) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.43-3-cü yarımbənd əlavə edilsin:

“3.1.43-3. gömrük sərhədini keçən fiziki şəxslər barədə gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda həmin məlumatları, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə son bir il ərzində barəsində inzibati tənbeh tətbiq edilən və ibtidai istintaqı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən aparılan cinayətlərə görə məhkumluğu olan şəxslər barədə məlumatları “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil etmək və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunu dəyişdirmək;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 fevral 2020-ci il.

Mənbə: president.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Dövlət Gömrük Komitəsi