Nazirlər Kabinetinin rəsmi saytının adı dəyişdirildi

posted in: Xəbər | 0
Nazirlər Kabinetinin rəsmi saytının adı dəyişib.
İndiyə qədər Nazirlər Kabinetinin saytı “cabmin.gov.az” olub.
Bu gündən isə Nazirlər Kabinetinin saytı “nk.gov.az” olub.
Mənbə: banker.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Nazirlər Kabineti

2019-cu ildə muzdla çalışanların orta aylıq əmək haqqı 2018-ci ilə nisbətən 16,6 faiz artıb

posted in: Xəbər | 0

müəllimlərin maaşı, büdcə daxilolmaları, ehtiyac meyarının məbləği, təqaüd, əmək haqqı, sosial müavinət,Pensiya, əmək haqqı, emek, orta aylıq əmək haqqı, əmək haqları əmək haqqıÖtən il ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2018-ci ilə nisbətən 16,6 faiz artaraq 634,8 manat təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3.108,4 manat, qeyri neft-qaz sektorunda 579,1 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 531,2 manat, özəl müəssisələrdə isə 766,9 manat təşkil edib. (əmək haqqı)

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat, və anbar təsərrüfatı, dövlət idarəetməsi və müdafiə; sosial təminat, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmək haqqı

Kapital Bank növbəti ali məktəbdə “Smart tələbə kartı” təqdim etdi

posted in: Xəbər | 0

21 fevral 2020-ci il tarixində Bakı Mühəndislik Universitetində (BMU) yeni “Smart tələbə kartı”nın təqdimat mərasimi keçirildi. Yeni məhsul Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və BMU-nun təşəbbüsü, Kapital Bank və Mastercard-ın dəstəyi ilə həyata keçirib.

Tədbirdə Təhsil nazirinin müavini İdris İsayev, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, BMU-nun rektoru, professor Havar Məmmədov, Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə, Mastercard-ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar, universitetin müəllim-tələbə heyəti və media nümayəndələri iştirak ediblər.

“Bakı Mühəndislik Universiteti smart tələbə kartına keçən sayca ikinci ali məktəbdir. Ötən ilin noyabr ayında biz analoji tədbiri UNEC-də keçirdik. Yaxın zamanlarda ölkənin bir sıra ali məktəblərində də smart tələbə kartları təqdim ediləcək. Qeyd edim ki, bu kartlar vasitəsilə tələbələr təqaüdlərini almaqla yanaşı ödəniş kartlarının digər funksiyalarından da istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunması nəzərdə tutulub”, – deyə, Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə bildirib.

Tədbirin sonunda BMU-nun fərqlənən 20 nəfər tələbəsinə smart tələbə kartları təqdim edildi.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Kapital Bank

Onlayn alış-verişdə ƏDV hesablanması

posted in: Vergi, Xəbər | 0

e-ticarətFiziki şəxsin bank hesabından onlayn mal alışı zamanı qeyri-rezidentə aparılan ödənişlərdən bank tərəfindən 18 faiz dərəcə ilə verginin tutulması ilə bağlı bəzi suallar yaranır. (ƏDV hesablanması)

Vergilər Nazirliyinin izahında bildirir ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.

Hesabdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV hesablanması