Yeni nəsil NKA-lara görə vergi güzəştindən hansı hallarda yararlanmaq mümkündür?

posted in: Vergi, Xəbər | 0

Yeni nəsil kassa aparatları, kassa-nəzarət aparatları, vəsait, POS-terminal, Nəzarət-kassa elektron kassa çekiSual: Marketimizdə istismarda olan 3 ədəd nəzarət kassa aparatı mövcuddur. 10 yanvar 2020-ci il ta rixdə həmin kassa aparatlarını Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş yeni nəsil nəzarət-kassa aparatları ilə əvəz etdik və köhnə aparatları qeydiyyatdan çıxardıq. Bu halda, yeni kassa aparatına görə güzəştdən yararlana bilərikmi? (Vergi güzəşti, Yeni nəsil NKA)

Cavab: 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatını quraşdıran vergi ödəyicisi tərəfindən hər bir nəzarətkassa aparatının quraşdırılmasına çəkilən xərclərinin (nəzarətkassa aparatının dəyəri daxil olmaqla) dəyəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir. Aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir:

• nəzarət-kassa aparatı 2019-cu ilin 1 yanvar tarixinədək quraşdırıldıqda;
• nəzarət-kassa aparatı 2019-cu ilin 1 yanvar tarixindən sonra quraşdırıldıqda, lakin Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab vermədikdə;
• NKA 2019-cu ilin 1 yanvar tarixindən sonra quraşdırıldıqda, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən hal üzrə 10 yanvar 2020-ci il tarixdə marketinizdə quraşdırılmış yeni nəzarət-kassa aparatları köhnə kassa aparatlarını əvəz etdiyindən və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulduğundan, həmin nəzarət-kassa aparatlarının alınmasına və quraşdırılmasına çəkilən xərclər qanunla müəyyən edilmiş həddə yaranan vergi öhdəlikləri ilə əvəz ləşdirilir.

Əsas: Vergi Məcəlləsi, 77.5-ci-77.7-ci maddələr.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Yeni nəsil NKA, Vergi güzəşti

Azərbaycanda sahibkarların idxal bəyannamələri ilə bağlı məhkəmə işlərinə xitam verilə bilər

posted in: Xəbər | 0

valyuta rejimi, Azərbaycan Mərkəzi Bankı, uçot, daşınmaz əmlakın icbari sığortası, uçot dərəcəsi, Mərkəzi Bank, vergidən azad, uçot dərəcəsi, Azərbaycan Mərkəzi Bankı, Mərkəzi Bank, nağdsız əməliyyatlar uçot dərəcəsi azərbaycan pul nişanlarıAzərbaycanda valyuta rejiminin liberallaşması heç bir risk yaratmayacaq. (idxal bəyannamələri)

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Alim Quliyev deyib.

“Qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması 270 günü keçdikdə inzibati məsuliyyət yaranırdı. Bununla bağlı prosedurlar başlayırdı. Biz bu 270 günü 2 il müddətinə uzatdıq. Müddətin uzadılması  liberallaşma məqsədilədir”, – deyə A. Quliyev bildirib.

O qeyd edib ki, müddətin 2 il uzadılması heç bir risk yaratmır: “Bu gün ölkədə tədiyyə balansı kifayət qədər profisitlidir. Gömrük nəzarəti valyuta rejiminə nəzarətdə müasirləşib, elektron nəzarət var”.

Qeyd edək ki, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.

“Bəzən elə fakt olurdu ki, 90 min manatlıq mal gəlib, 10 min dollarlıq mal gəlməyibsə, buna göz yumulacaq. Hazırda valyuta rejimi imkan verir ki, hər bir vətəndaş bu məbləği çıxara bilsin. Ona görə də ondan çox məbləğlərin valyuta rejimini tətbiq etdik”, – deyə AMB-nin rəsmisi qeyd edib.

O həmçinin bildirib ki, 2019-cu ildə 13 minə yaxın inzibati məsuliyyət  məsələləri banklar tərəfindən AMB-yə göndərilib. Bunun 8 mini məhkəmələrə göndərilib. 5 minə yaxını inzibati xətalar tətbiq olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20.02.2020-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər təsdiq olunub. Dəyişikliklərə əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 gündən ən geci 2 il müddətinə qədər uzadılıb, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.

Məlum olduğu kimi cari ilin əvvəlində Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurası təsis edilib. Bu Şurada qaldırılan prioritet məsələlərdən biri də ölkədə mövcud valyuta rejimi çərçivəsində idxal əməliyyatlarının tənzimlənməsinin liberallaşdırılması ilə bağlı olub.

Qaydalara dəyişikliklər Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra qüvvəyə minəcək.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
idxal bəyannamələri

Azərbaycanda Ani Ödənişlər Sistemi genişləndiriləcək

posted in: Xəbər | 0

“Ani Ödənişlər Sistemi (AÖS) mövcud ödəniş ekosistemi ilə tam inteqrasiya edilmiş formada yaradılacaq. Bu sistem ilk olaraq Hökumət Ödəniş Portalı ilə inteqrasiya olunacaq və nəticədə bu gün portalda mövcud olan 550-dən çox xidmət növü üzrə ödənişləri real rejimdə həyata keçirmək mümkün olacaq”.

Bu barədə Ani Ödənişlər Sisteminin bölmə və layihə rəhbəri Emil Abbasov deyib.

O bildirib ki, növbəti mərhələdə sistemə banklar inteqrasiya ediləcək. Banklar öz daxili sistemlərini AÖS-in tələbləri əsasında inkşaf etdirərək müştərilərə 7/24 rejimində xidmət göstərəcək. AÖS-in əsas özəlliyi isə 3-cü tərəfin də ödənişlərini edə biləcək.

“Daha sonra bu sistemə inteqrasiya ediləcək digər təşkilat isə kart infrastrukturunun ekvarinq şəbəkəsi və nəzarət kassa aparatlarının operatorları olacaq. Bütün bu inteqrasiyalar nəticəsində ATM-dən, POS-terminallardan, kassa aparatlarından ani ödənişləri real vaxtda və qısa müddət ərzində həyata keçirmək mümkün olacaq”, – E. Abbasov bildirib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ani Ödənişlər Sistemi

1.8 milyard manat vergi ödəyən yerli şirkət

posted in: Vergi, Xəbər | 0

Müxtəlif ölkələrdə vergilərAzərbaycanın aparıcı mobil rabitə operatoru “Azercell Telekom” 2019-cu ildə dövlət büdcəsinə 112 mln. manat ödəniş həyata keçirib. (vergi)

Bunu “Azercell”in ötən ilin yekunlarına dair təşkil etdiyi konfransda çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, ümumilikdə, 23 il ərzində bu rəqəm 1,845 mlrd. manat olub.

“Şirkət tərəfindən ölkənin telekommunikasiya sahəsinin inkişafına ötən il 94,5 mln. ABŞ dollarından çox, ümumilikdə isə 1,621 mlrd. dollardan artıq sərmayə yatırıb. 2019-cu ildə sosial layihələrə ümumilikdə 253 min dollardan artıq vəsait sərf edilib ki, bu göstərici 23 il ərzində 19 mln. dolları ötüb”, – deyə V. Mürsəliyev qeyd edib.

V. Mürsəliyev onu da əlavə edib ki, 2019-cu il ərzində “Azercell” 1 617 ədəd yeni radio baza stansiyası (RBS) qurub ki, bunlardan 1 217 ədədi 4G şəbəkəsini dəstəkləyir: “Şəbəkə vasitəsilə ötürülən internet trafikin həcmi 304% artıb. Ötən ilin sonu şirkət tərəfindən ölkədə və Cənubi Qafqazda ilk 5G pilot şəbəkəsi istifadəyə verildi”.

Mənbə: apa.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi