Azərbaycanda nə qədər rəsmi işsiz var?

posted in: Xəbər | 0

işsizBu ilin yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 190,1 min nəfər olub, onlardan 4 938,5 min nəfərini məşğul əhali təşkil edib. (rəsmi işsiz)

Dövlət Statistika Komitəsinə istinadən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,1%, məşğul əhalinin sayı isə 1,2% artıb.

2020-ci il fevral ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 86,2 min nəfər olub, onların 37,7%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 295,6 manat təşkil edib.

Mənbə: fins.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
rəsmi işsiz

“Güzəştlər o şəxslərə verilir və veriləcək ki, şəffaf fəaliyyət göstərəcək”

posted in: Vergi, Xəbər | 0

“Azərbaycanda qızıl sənayesinin inkişaf etdirilməsi perspektivlərini müzakirə edərkən problemləri də nəzərə almalıyıq. İqtisadiyyatın şaxələndirilməsinin mühüm hissəsi dağ-mədən sənayesinin inkişafıdır”. (Güzəştlər)

Bu fikirləri İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla keçirilən görüşdə deyib: “Son illər ölkəmiz qızıl hasilatı sahəsində mühüm nailiyyətlər əldə edib. Regionlarda qızıl istehsalı ilə yanaşı, digər qiymətli metalların da istehsal potensialı böyükdür. Azərbaycanın zərgərlik sahəsində tarixi ənənələri mövcuddur. Biz sıfırdan hər hansı işi başlamırıq. Zərgərlik sənayesinin yüksəldilməsi üçün ciddi dəstək verilməsi vacibdir. Stimullaşdırıcı amillərin artırılması zərgərlik sənayesinin inkişafında əhəmiyyətli ola bilər”.

Bununla yanaşı, nazirin sözlərinə görə, bu sahədə də şəffaflığın təmin edilməsi vacib məsələdir: “Biz “kölgə iqtisadiyyatı”nın bu sahədə azaldılmasına nail olmalıyıq. Güzəştlər o şəxslərə verilir və veriləcək ki, şəffaf fəaliyyət göstərəcək. Bu sahədə rəqabət mühitinin olması da bizim üçün əsas məqsədlərdən biridir. Zərgərlik sahəsində aparılan təhlillər burada rəqabət mühiti ilə bağlı bir sıra çatışmazlıqların olduğunu göstərir. Bu, həm istehlakçıların hüquqlarına, həm də bizim imicimizə zərbə vuran məqamlardan biridir. Nəticə etibarı ilə qanuna riayət edən uduzur. Bu, ədalətli deyil. Biz bununla birmənalı şəkildə barışmayacağıq. Bazarda ədalətli rəqabətin və şəffaflığın təmin edilməsi dövlətin aidiyyəti strukturlarının üzərinə düşən əsas hədəflərindən biridir. Zərgərlik sahəsində çətinlikləri müəyyən etmək üçün qısa müddət ərzində ixtisaslaşmış assosiasiyanın yaradılması təqdirəlayiqdir” .

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Güzəştlər

Statistika hesabatlarının təqdimetmə müddətləri dəyişdirilib

posted in: Xəbər | 0

Aksiz vergisi üzrə daxilolmalar, DSK, statistika əmək haqqı, Statistika Komitəsi,Dövlət Statistika Komitəsi “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” 4-əmək №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” qərarında dəyişiklik edib. Dəyişiklik rəsmi statistika hesabatı ilə bağlıdır. (Statistika hesabatları)

İndiyə qədər kiçik sahibkarlıq subyekti olmayanlar aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 15-dək, kiçik sahibkarlıq subyektləri isə rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 18-dək hesabatı yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməli idi. Qərara əsasən, kiçik sahibkarlıq subyektlərinin rəsmi statistika hesabatını təqdlim etməsi müddəti dəyişib, publik hüquqi şəxslər, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatlarının rəsmi statistika hesabatını təqdim etməsi müddəti dəqiqləşib.

Bundan sonra kiçik, orta və iri sahibkarlıq subyektləri, publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 15-dək, mikrosahibkarlıq subyektləri, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 18-dək yerləşdikləri rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real-vaxt rejimində təqdim etməlidir.

Qərar fevralın 14-dən qüvvəyə minib.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Statistika hesabatları,

Maliyyə Nazirliyi 18 milyon manat artıq və əsassız ödənişi büdcəyə qaytardı

posted in: Maliyyə, Xəbər | 0

QHT, Maliyyə Nazirliyi, Mühasibat uçotu qaydası, maliyyə,kadr, struktur, Maliyyə Maliyyə Nazirliyi vergi gömrükMaliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti ötən il 13 büdcə təşkilatına və nəzarət zərfi dövlətə məxsus bir səhmdar cəmiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayıb. Bu barədə nazirliyin açıqlamasında bildirilir. (Maliyyə Nazirliyi)

Məlumatda hənçinin deyilir ki, 4 büdcə təşkilatının maliyyə-təsərrüfat fəaliyyəti təftiş edilib, eləcə də regional maliyyə müfəttişlikləri bir neçə şəhər və rayonda fəaliyyət göstərən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirib. Aşkar olunan 26,292 milyon manat məbləğində artıq və əsassız ödənişlərin 14,965 milyon manatını yoxlamaların gedişində təqsirkar şəxslər bərpa edib.

Belə ki, Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrolizinq” ASC-nin 2017-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayına qədər fəaliyyət dövrünü əhatə edən yoxlama ilə ciddi nöqsanlara yol verildiyi, 2006-2019-cu illərdə lizinqə verilmiş kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq və damazlıq heyvanlar üzrə gecikdirilmiş borcların yarandığı, kənd təsərrüfatı məhsulları istehsalçılarının sifarişləri əsasında alınmış texnoloji avadanlıqların dəyərini sifarişçilər ödəmədiyindən anbarlarda saxlanaraq təyinatı üzrə istifadə edilmədiyi aşkar edilib.

Yoxlama zamanı bir sıra təchizatçı şirkətlərin öhdəlikləri və lizinq müqavilələri üzrə ödənilməmiş borclardan 14,3 milyon manat vəsaitin “Aqrolizinq”in hesabına, 0,052 milyon manat vəsaitin isə dövlət büdcəsinə qaytarılması təmin edilib, həmçinin, bəzi şirkətlərə göstərilmiş aqrotexniki xidmətlər üzrə 7,5 milyon manat dövlət vəsaitinin 2020-ci ilin sentyabr ayına qədər geri qaytarılması öhdəliyi üzrə təminedici tədbirlər həyata keçirilib.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin apardığı yoxlamalar zamanı aşkar olunan bəzi nöqsanların ciddiliyi nəzərə alınaraq 5 büdcə təşkilatı üzrə 1,676 milyon manat məbləğində artıq və əsassız ödənişlərə dair yoxlama materialları, eləcə də “Aqrolizinq” üzrə əvvəlki illərdə texnoloji avadanlıqların və damazlıq heyvanların alınması üçün köçürülmüş 11,259 milyon manat məbləğində vəsaitin müqabilində malları təhvil verməyən və ya vəsaiti geri qaytarmayan şirkətlər barədə materiallar hüquqi qiymət verilməsi üçün müvafiq hüquq mühafizə orqanlarına göndərilib.

Hesabat dövründə Xidmətin mütəxəssisləri aidiyyəti hüquq mühafizə orqanlarının müraciətlərinə və məhkəmə qərarlarına əsasən 13 təşkilatda aparılan yoxlama ilə 3,523 milyon manat məbləğində artıq və əsassız ödənişləri aşkar edərək (3,296 milyon manatı bərpa edilib) yoxlama materiallarını müvafiq qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə təqdim edib.

Vətəndaş müraciətlərinə əsasən isə Xidmətin əməkdaşları 20 qurumda zəruri araşdırmalar aparıb, cəmi 0,007 milyon manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyini aşkar edərək (0,004 milyon manatı bərpa edilib) aparılmış yoxlamaların nəticələri üzrə tərtib edilən sənədləri müvafiq tədbirlər görülməsi üçün prokurorluq orqanlarına göndərib.

Yoxlamalar zamanı büdcə təşkilatlarında nöqsanlara yol verən vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 73 nəfər vəzifəli şəxsə 0,066 milyon manat məbləğində cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib, aşkar edilən 0,043 milyon manat məbləğində artıq və əsassız ödənişlərlə əlaqədar (0,033 milyon manatı bərpa edilib) 3 qurum üzrə yoxlamaların nəticələrinə dair tərtib edilmiş sənədlər vəzifəli şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədilə aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib.

Ümumilikdə, 2019-cu ildə aparılan bütün nəzarət tədbirləri ilə aşkar olunan 29,822 milyon manat məbləğində artıq və əsassız ödənişlərin 18,264 milyon manatını yoxlamaların gedişində təqsirkar şəxslər bərpa edib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Maliyyə Nazirliyi, Maliyyə Nazirliyi