Read More9
Read More9

Mühasibat xidmətləri: mühasibat uçotunun qurulması və səmərəli idarəetmə

posted in: muhasibat | 0

Düzgün uçot qanunun tələbidir

Mühasibat uçotunun qurulması biznes sahiblərinin fəaliyyətə başladığı ilk mərhələlərdə ən vacib addımlardan biridir. Peşəkar mühasibat xidmətləri uçotun düzgün təşkilini təmin edir və gələcəkdə yoxlayıcı orqanların şirkətə yönəlmiş iddialarını minimuma endirir.

Qanunvericiliyə əsasən, hər bir müəssisə mühasibat uçotu aparmalıdır. Lakin uçotu düzgün qurmaq üçün ixtisaslı mütəxəssislərin dəstəyi vacibdir. Bir çox hallarda kənar mütəxəssislər tərəfindən təqdim edilən mühasibat xidmətləri həm iqtisadi baxımdan sərfəli, həm də keyfiyyət baxımından etibarlıdır.

AccountingAz MMC sahibkarlıq subyektlərinə mühasibat uçotunun qurulması və maliyyə hesabatlarının hazırlanması üzrə kompleks xidmətlər təklif edir. Tərəfdaşlıq etdiyimiz bu şirkətin xidmətləri həm yeni yaranmış şirkətlər, həm də fəaliyyətdə olan müəssisələr üçün nəzərdə tutulub.

Yoxlamanın üzə çıxardığı problemlər

Uçotun təşkili prosesinə “barmaqarası” yanaşan müəssisələrdə sonradan ciddi problemlər üzə çıxır. Fəaliyyətin ilkin mərhələsində mühasibat uçotunun qurulmasına laqeyd yanaşma nəticəsində yaranan belə hallar əsasən aşağıdakılar aiddır:

  1. Sənədləşmənin natamam aparılması:
  • aktivlərin silinməsi və daxili yerdəyişmələrin qeydə alınmaması;
  • təmir və ehtiyat hissələri üzrə sənədlərin düzgün tərtib edilməməsi;
  • malların adı və rekvizitlərinin daşınma sənədlərində səhv göstərilməsi.
  1. Kadr və məsuliyyət boşluğu:
  • işçilərin sənədlərin tərtibi qaydalarını bilməməsi nəticəsində uçotda səhvlər yaranır.

Belə problemlərdən qaçmağın ən effektiv yolu – mühasibat xidmətlərini ixtisaslaşmış şirkətlərə həvalə etməkdir. Peşəkar uçot sistemi yoxlamalar zamanı riskləri azaldır və qanunvericiliyə uyğunluq təmin edir.

Niyə “AccountingAz”?

Çünki Accounting.Az MMC 10 ildən artıq təcrübəyə malik peşəkar komandadır. Şirkət yalnız mühasibat xidmətləri təklif göstərmir – həm də müştərilərin biznes qərarlarına məlumat dəstəyi təklif edir.

Şirkətin üstünlükləri:

  • peşəkar və sertifikatlı mühasiblərdən ibarət komanda;
  • qanunvericilikdə dəyişikliklərin daimi izlənməsi;
  • məlumat məxfiliyinə və kommersiya sirrinə tam zəmanət;
  • müştəri məmnuniyyətinə yönəlmiş fərdi yanaşma.

Bunu tək biz demirik, yalnız müştərilər tövsiyyə etmir, beynəlxalq təşkilatlar da təsdiq edir.

AccountingAz konsaltinq şirkəti dünya reytinq cədvəlində ilk 3-lükdə olan beynəlxalq “PrimeGlobal” Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyasına üzv olan ilk və yeganə Azərbaycan şirkətidir. Buraya keçid alın və əmin olun.

Mühasibat uçotunun qurulması xidməti

AccountingAz tərəfindən təqdim olunan mühasibat xidmətləri çoxşaxəlidir. Şirkətin mühasibat uçotunun qurulması xidməti aşağıdakıları əhatə edir:

  • uçot sisteminin mövcud vəziyyətinin qiymətləndirilməsi;
  • struktur və sənəd dövriyyəsinin analizi;
  • uçot siyasətinin və daxili qaydaların hazırlanması;
  • kadr sənədlərinin tərtibi (əmrlər, müqavilələr, təlimatlar);
  • mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması;
  • avtomatlaşdırma səviyyəsinin təhlili (1c, mühasibatlıq və s.);
  • mühasibat işçilərinin qiymətləndirilməsi və təlimləndirilməsi.

Əlverişli qiymətlər və fərdi yanaşma hər bir müştərinin biznes ehtiyacına uyğun həll təqdim etməyə imkan verir.

Qiymətin formalaşması

Mühasibat xidmətlərinin dəyəri bir sıra amillərdən asılıdır:

  • sənəd dövriyyəsinin həcmi;
  • vergitutma sistemi və fəaliyyət sahəsi;
  • mühasibat sistemlərinin mövcud vəziyyəti.

İlkin qiymət təklifi üçün sadəcə   ünvanına yazmaq kifayətdir. Biz sizə ən uyğun təklifi təqdim edəcəyik.

Xidmətdən necə yararlanmaq olar?

Mühasibat uçotunun qurulması və digər mühasibat xidmətlərinin sifarişi çox sadədir:

  1. Əlaqə səhifəsində formanı doldurun və ya WhatsApp-la müraciət edin;
  2. Komandamız sizinlə əlaqə saxlayacaq;
  3. Lazımi məlumatları toplayıb müqavilə hazırlayacağıq.

Bundan sonra siz biznesinizin inkişafına fokuslanırsınız, biz isə uçotunuzu tam dəqiqliklə idarə edirik.

AccountingAz MMC sizə yalnız mühasibat uçotunun qurulması deyil, həm də auditə hazırlıq, vergi uçotu və maliyyə məsləhətləri üzrə kompleks mühasibat xidmətləri paketi təklif edir.

Peşəkar mühasibat xidmətləri biznesin uğurlu inkişafının əsas dayağıdır.

Düzgün qurulmuş uçot sistemi müəssisəni cərimələrdən, yanlış hesabatlardan və itkilərdən qoruyur.

Əgər siz də mühasibat uçotunun qurulmasını peşəkarlara həvalə edib rahat və şəffaf idarəetmə mühiti yaratmaq istəyirsinizsə – bizimlə əlaqə saxlayın.

Biz sizin mühasibatınızı idarə edirik, siz isə biznesinizə yönəlin!

Bank tətbiqlərindən istifadə edənlərin 82%-i “Birbank”ı seçir

posted in: Xəbər | 0

“Business Insight International Research Group” tərəfindən aparılan “Mobil Tətbiq Dünyası” adlı yeni araşdırmanın nəticələrinə görə, “Birbank” 82%-lik göstərici ilə bank mobil tətbiqləri bazarında lider mövqedədir.

GDP xəbər verir ki, araşdırmada qeyd olunur ki, “Birbank”ı 39%-lə “ABB Mobile”28%-lə isə “LeoBank” izləyir. Nəticələr göstərir ki, rəqəmsal bank xidmətləri sahəsində rəqabət artsa da, “Birbank” istifadəçi payı baxımından açıq fərqlə birinci yerdə qərarlaşıb.

Ümumilikdə, bank tətbiqlərindən istifadə edənlərin payı mobil operatorların tətbiqlərindən istifadə edənlərlə müqayisədə 10% çoxdur — müvafiq olaraq 83%-ə qarşı 73%. təşkil edir.

Mənbə: gdp.az

Texnologiyalar parkının rezidentlərinə hansı güzəştlər tətbiq olunur?

Texnologiyalar parkının rezidentlərinə hansı güzəştlər tətbiq olunur?

posted in: Xəbər | 0

Son dövrlərdə texnologiyalar parklarının həm sayı artıb, həm də orada fəaliyyət göstərən rezidentlərin fəaliyyət istiqamətləri genişlənib. Ona görə də həmin  rezidentlərin vergitutma məsələləri ilə bağlı vergi ödəyicilərinin bir sıra suallarını cavablandırmaq zərurəti yaranıb. 

Sərbəst auditor Altay Cəfərov nümunələr əsasında mövzuya aydınlıq gətirib.

Tutaq ki, “AA” MMC texnologiyalar parkının rezidentidir və 01.10.2025-ci il tarixdən ona rezidentlik şəhadətnaməsi verilib. Texnologiyalar parkının rezidentinin müəyyənləşdirilməsi üçün əvvəlcə Vergi Məcəlləsinin müvafiq maddəsində nəzərə yetirməliyik. Məcəllənin 13.2.53-cü maddəsinə əsasən, texnologiyalar parkının rezidenti – müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və texnologiyalar parkında və ya texnologiyalar parkından kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir.

Vergi Məcəlləsinin 106.1.13-cü maddəsində göstərilib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir – qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq – 10 il müddətinə mənfəət vergisindən azaddır.

Maddədən də aydın olur ki, texnologiyalar parkının rezidenti kimi “AA” MMC-nin 01.10.2025-ci il tarixdən 01.10.2035-ci il tarixədək texnologiyalar parkında fəaliyyətdən əldə etdiyi gəlirləri 10 il müddətinə mənfəət vergisindən azaddır.

ƏDV-dən azadolmalar Vergi Məcəlləsinin 164-cü maddəsi ilə tənzimlənir. Məcəllənin həmin maddəsində texnologiyalar parkı üzrə ancaq aşağıdakı fəaliyyətlərin və ya əməliyyatların ƏDV-dən azad edilməsi göstərilib:

– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı.
Həmin tələblər ancaq texnologiyalar parkının idarəedici qurumuma və operatoruna aiddir. Ancaq “AA” MMC texnologiyalar parkının rezidentidir. Ona görə də 164.1.15.-ci maddə üzrə olan əməliyyatların ƏDV-dən azad olması ona aid deyildir.

Bundan əlavə, Vergi Məcəlləsinin 164.1.16-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixdən 10 il müddətinə ƏDV-dən azaddır.

Ona görə də əgər “AA” MMC texnologiyalar parkının rezidenti kimi orada fəaliyyətinin formalaşdırılması üçün hər hansı bir avadanlıq, texnika, qurğu idxal edərsə, 10 il müddətinə idxaldan ƏDV ödəməyəcək. Nəticə olaraq, texnologiyalar parkının rezidentinə malların, işlərin və xidmətlərin təqdim edilməsinə görə hər hansı ƏDV-dən azadolmalar kimi güzəştlər verilməyib. Ona görə də “AA” MMC təqdim etdiyi işlərə və xidmətlərə görə 18% ƏDV ödəyəcək.

Bundan əlavə, Vergi Məcəlləsinin 199.7-ci və 207.3-cü maddələrində də texnologiyalar parklarının rezidentləri üçün tələblər yer alıb. Məcəllənin 199.7-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, 10 il müddətinə sənaye və texnologiyalar parkındakı əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddırlar. Bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərə də tətbiq edilir.

Vergi Məcəlləsinin 207.3-cü maddəsində isə göstərilib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 10 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar. Bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərə də tətbiq edilir.

Yuxarıdakı maddələrdən konkret görünür ki, texnologiyalar parkının rezidentinin texnologiyalar parkında olan əmlakı əmlak vergisindən azaddır. Həmçinin, texnologiyalar parkında istifadə etdikləri torpaqları torpaq vergisindən azaddır.

Dividendlərlə bağlı Vergi Məcəlləsinin aşağıdakı maddələri mövcuddur:

102.1.21-1. texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividend – texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə gəlir vergisindən azaddır.

106.1.13-1. texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividend – texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə vergidən azaddır.

Həmçinin, texnologiyalar parkının rezidentlərinin işçilərinə də müəyyən tələblər qoyulub. “Sosial sığorta haqqında” Qanunun 14.8-ci maddəsində göstərilib ki, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və həmin podratçı ilə birbaşa müqavilə bağlamış subpodratçı ilə bağlanmış əmək müqaviləsi (kontraktı) əsasında həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üzrə, 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən bu Qanunun 14.3-cü və 14.4-cü maddələrinə uyğun olaraq ödənilir.

Qanundan da aydın olur ki, texnologiyalar parkının rezidentinin işçilərinə iki qaydada MDSS-lərin ödənilməsi tələbi qoyulub:

Birinci hal kimi minimum əməkhaqqının 4 mislindən (400 manat * 4= 1600 manatdan) MDSS-lərin hesablanması və 1600 manatdan yuxarı olan hissə MDSS cəlb edilməyəcək.

İkinci hal kimi isə normal qaydada faktiki aylıq əməkhaqqından tutulmalar və hesablamaların aparılması nəzərdə tutulub.
Nəticə olaraq, aşağıdakıları qeyd edək:

– “AA” MMC-nin texnologiyalar parkının rezidenti kimi 01.10.2025-ci il tarixdən 01.10.2035-ci il tarixə kimi (10 il müddətinə) texnologiyalar parkında fəaliyyətindən və həmçinin texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirilməsindən əldə etdiyi gəlirləri mənfəət vergisindən azaddır.

– “AA” MMC-nin texnologiyalar parkının rezidenti kimi 01.10.2025-ci il tarixdən 01.10.2035-ci il tarixə kimi (10 il müddətinə) texnologiyalar parkındakı əmlakından və həmçinin texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirilməsi üçün istifadə etdiyi əmlak əmlak vergisindən azaddır.

– “AA” MMC-nin texnologiyalar parkının rezidenti kimi 01.10.2025-ci il tarixdən 01.10.2035-ci il tarixə kimi (10 il müddətinə) texnologiyalar parkındakı torpağı və həmçinin texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirilməsi üçün istifadə etdiyi torpaq torpaq vergisindən azaddır.

– “AA” MMC-nin texnologiyalar parkının rezidenti kimi 01.10.2025-ci il tarixdən 01.10.2035-ci il tarixə kimi (10 il müddətinə) texnologiyalar parkındakı gəlirləri və həmçinin texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirməsindən əldə etdiyi gəlirləri üzrə dividend ödəmələri dividend vergisindən azaddır.

– Əgər “AA” MMC texnologiyalar parkının rezidenti kimi orada fəaliyyətin formalaşdırması üçün hər hansı bir avadanlıq, texnika, qurğu idxal edərsə, 10 il müddətinə gömrükdə idxaldan ƏDV ödəməyəcək.

– Həmçinin, texnologiyalar parkının rezidentinə malların, işlərin və xidmətlərin təqdim edilməsinə görə hər hansı ƏDV-dən azadolmalar kimi güzəştlər verilməyib. Ona görə də “AA” MMC təqdim etdiyi işlərə və xidmətlərə görə 18% ƏDV ödəyəcək.

– Bundan əlavə, bütün güzəştlər ancaq 01.10.2025-ci ildən başlayaraq “AA” MMC-yə tətbiq olunacaq. Məsələn, 01.10.2025-ci il tarixinə kimi gəlirləri 50.000 manat və 01.10.2025-ci il tarixdən 31.12.2025-ci il tarixinə kimi 100.000 manat gəliri olarsa, onda ümumi 150.000 manat yox, ancaq 100.000 manat mənfəət vergisindən azad olunacaq.

Mənbə: vergiler.az

201 saylı “Material ehtiyatları” hesabı üzrə uçot

Vergi ombudsmanı sahibkarlarla görüş keçirəcək

posted in: Xəbər | 0

Vergi ödəyicilərinin hüquqlarının qorunması və pozulmuş hüquqlarının bərpası istiqamətində fəaliyyətini davam etdirən Vergi ombudsmanı vergi və sığorta qanunvericiliyi (inzibatçılığı) sahəsində mövcud çətinliklərin öyrənilməsi və göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə müzakirələr təşkil edir.

Növbəti belə görüş noyabrın 11-də 9 saylı Ərazi Vergilər İdarəsində keçiriləcək. Görüşə dövlət mülkiyyətinə aid edilməyən və “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkarlıq subyektləri hesab olunmayan vergi ödəyiciləri qatılacaqlar. Müzakirələrdə Dövlət Vergi Xidmətinin Aparatının aidiyyəti vəzifəli şəxsləri də iştirak edəcəklər.

Tədbirin əsas məqsədi sahibkarların vergi və sığorta qanunvericiliyi (inzibatçılığı) sahəsində qarşılaşdıqları problemləri müəyyənləşdirmək, bu məsələlər üzrə fikir mübadiləsi aparmaq və vergi ödəyicilərinin təkliflərini toplamaqdır.

Qeyd edək ki, Vergi ombudsmanının fəaliyyətinin başlıca məqsədi vergi ödəyicilərinin hüquqlarının etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəməyə müraciət edilmədən həllinə nail olmaq və vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq müstəvisində tənzimlənməsinə töhfə verməkdir. Vergi ombudsmanı sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsi istiqamətində ictimai institutlar və sahibkarların ictimai birlikləri ilə əməkdaşlıq edir, həmçinin vergi ödəyicilərinin qanuni maraqlarının pozulmasına dair müraciətləri araşdırmaq səlahiyyətinə malikdir. Bundan əlavə, Vergi ombudsmanının, media da daxil olmaqla, hər hansı mənbədən sahibkarların hüquqlarının pozulmasına dair məlumat əldə etdiyi təqdirdə, müstəqil araşdırma aparmaq hüququ var.

Mənbə: vergiler.az

Mühasibat uçotunun optimizasiyası: səmərəli idarəetmədə peşəkar mühasibat xidmətlərinin rolu

1 140 141 142 143 144 145 146 2. 700
error: Content is protected !!