201 saylı “Material ehtiyatları” hesabı üzrə uçot

posted in: Xəbər | 0
birbank biznes

Ehtiyatların uçotu

Beynəlxalq maliyyə hesabatı standartlarında ehtiyatların uçotu “Ehtiyatlar” (“Inventory”) adlı 2 saylı MUBS (IAS 2) ilə tənzimlənir. Bu aktivlərin dövriyyə müddəti, əsasən 12 aydan azdır, qısamüddətli aktivlər kimi xarakterizə olunur. Ehtiyatlara aşağıdakı aktivlər aid edilir (IAS2, maddə 2.6, 2.8):

  • adi təsərrüfat fəaliyyəti zamanı satış üçün saxlanılanlar (hazır məhsul);
  • hazırlanmaqda olan satış üçün nəzərdə tutulanlar (bitməmiş istehsal);
  • istehsalda (yaxud xidmətlərin göstərilməsində) sərf olunan xammal və material ehtiyatları;
  • adi təsərrüfat fəaliyyəti zamanı satış və təkrar satış üçün nəzərdə tutulanlar;
  • satış məqsədləri üçün hazırlanmış qeyri-maddi obyektlər;
  • müəssisənin adi fəaliyyəti zamanı satış və ya yenidən satış məqsədi ilə alınmış və ya tikilmiş əmlak.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Bu hesabdan başqa “Qısamüddətli aktivlər” bölməsinin 20-ci maddəsi üzrə digər hesablar da açıla bilər, məsələn 201 saylı “Material ehtiyatları” hesabı.  Bu maddədə açılan hesabların siyahısı aşağıdakı cədvəldə verilib (Qaydalar: 22.1).

Ehtiyatların uçotu zamanı istifadə olunan hesablar - material hesablar – 201, İstehsalat məsrəfləri 202, Tikinti müqavilələri üzrə məsrəflər 203, Hazır məhsullar 204, mallar - 205, satış məqsədi ilə saxlanılan digər aktivlər 206, digər ehtiyatlar 207, ehtiyatların dəyərinin azalmasına görə güzəştlər 208.

201 saylı “Material ehtiyatları” hesabı

Materiallar elə ehtiyatlardır ki, onlar əsas etibarilə, lakin bununla məhdudlaşmayan, xammalla birgə istifadə edilərək yeni məhsul yaradılmasında istifadə edilirlər.

Mühasibat uçotu subyektinin istehsalda, xidmətlərin göstərilməsində istifadə edilməsi üçün nəzərdə tutulan material ehtiyatlarının hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirmək üçün “Qısamüddətli aktivlər” bölməsində 201 saylı “Material ehtiyatları” hesabı açılır. Yuxarıda qeyd edilən Qaydaların 22.3 bəndinə görə bu hesab üzrə aşağıdakı subhesablar açmaq olar:

201 saylı “Material ehtiyatları” hesabı üzrə açılan subhesablar: 201-1 “Xammal”, 201-2 “Materiallar”, 201-3 “Qablaşdırma materialları”

201 saylı “Material ehtiyatları” hesabı üzrə aşağıdakı istiqamətlərdə müxabirləşmələr verilə bilər:

  • material ehtiyatlarının əldə olunması;
  • səhmlərin buraxılması vasitəsi ilə alınma;
  • yenidən qiymətləndirilmə üzrə;
  • material ehtiyatlarının alınması ilə bağlı yaranan faiz borcları üzrə;
  • əvəzsiz alınma;
  • mübadilə nəticəsində əldə edilmə və sair.

Material ehtiyatlarının inventar uçotu əsas vəsaitlər üçün müəyyən edilmiş qaydada, analitik uçotu isə obyektlər, əşyalar, material növləri, maddi məsul şəxslər və saxlama yerləri nəzərə alınmaqla aparılır.

Uçotun məqsədi

Əksər sənaye sahələrində material ehtiyatları birbaşa material məsrəflərinin əsas tərkib hissəsidir, ayrıca istehsal və ya satışın maya dəyəri kimi uçota alınır.

İstənilən müəssisə öz fəaliyyətini maddi (və ya hər hansı digər) mənfəət əldə etmək məqsədi ilə həyata keçirir. Müəyyən bir fəaliyyət növünün gəlirliliyini müəyyən etmək üçün ilk növbədə məhsul və ya xidmət istehsalına sərf olunan vəsaitin həcmini bilmək lazımdır.

Həmçinin, şübhəsiz ki, müəssisənin fəaliyyəti üçün zəruri olan malların və ya materialların anbarlarda olması haqqında məlumat vacibdir. Pul vəsaitləri istisna olmaqla, ehtiyatlar müəssisənin ən likvid qısamüddətli aktivləridir. Odur ki, ehtiyatların faktiki qalıqları və onların dəyəri bütövlükdə müəssisənin dəyərinin hesablanması üçün əsas göstəricilərdir.

Əksər hallarda, material ehtiyatları fəaliyyətin effektivliyinin, habelə idarəetmənin səmərəliliyinin göstəricisi olan maya dəyərinin əsas tərkib hissəsidir. Ticarət və istehsal müəssisələri üçün bu aktivlərin 201 saylı hesab üzrə ətraflı uçotu ən vacib məsələdir.

Hesab üzrə müxabirləşmələrin nizamlanması

Əldə edilmiş ehtiyatlar ilkin dəyərlə qiymətləndirilir. Ehtiyatların ilkin dəyəri yuxarıda qeyd edilən Qaydaların 22.29-cu bəndi əsasında müəyyən olunur.

Mühasibat subyektlərində material ehtiyatlarının əldə edilməsi zamanı müxabirləşmələr yuxarıda qeyd edilən Qaydaların aşağıdakı bəndlərinə uyğun verilir:

  • materiallar əldə edildikdə – 22.30-cu bənd;
  • əvəzsiz olaraq alındıqda – 22.39-cu bənd;
  • səhmlər buraxılmaqla əldə edildikdə 22.31-ci bəndi.

Materialların alınması ilə əlaqəli öhdəliklərə görə yaranmış faiz xərclərinin uçotu həmin Qaydaların 22.32-ci bəndinə əsasən nizamlanır.

Material ehtiyatları satış məqsədilə saxlanılan digər aktivlərə keçirildikdə müxabirləşmələrə həmin qaydaların 22.41-ci bəndi tətbiq olunur.

Material ehtiyatları torpaq, tikili, avadanlıqlar kimi təsnifləşdirilən zaman (qısamüddətli aktivlərdən uzunmüddətli aktivə keçid) 201 saylı hesab üzrə müxabirləşmə verilərkən həmin qaydaların 22.43-cü bəndinin tələblərinə əməl edilməlidir.

Qeyd edilən əməliyyatlar üzrə müxabirləşmə nümunələri ilə buradan tanış olmaq olar.

Torpaq, tikili və avadanlıqlara amortizasiya hesablanması metodları

Print Friendly, PDF & Email