Sosial sığorta nömrəsinin verilməsində yenilik!

posted in: Xəbər | 0

sosial təminat növləri, publik hüquqi şəxslər, e-təyinat, sosial təminat növü, İşəgötürən , iş vaxtının növləri, Peşə standartları, işəgötürənlər, cinayət işi, uşaq pulu, Əmək haqqı, emek, Məşğulluq, Mikro və kiçik sahibkarlıqƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha bir proaktiv xidməti – ilk dəfə əmək müqaviləsi ilə işə qəbul olunan şəxslərin proaktiv qaydada sığortaolunan kimi qeydiyyata alınması xidməti fəaliyyətə başlayıb. Belə ki, ilk dəfə işə qəbul olunan şəxslərlə bağlı əmək müqaviləsi bildirişi “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilərək qeydiyyatdan keçdiyi andan həmin şəxslərə avtomatik olaraq sosial sığorta nömrəsi (SSN) açılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bundan əvvəl isə işəgötürən sığortaolunanın qeydiyyata alınması üçün ya “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətindən istifadə etməli, ya da kağız formasında işçinin müvafiq formada ərizə və digər sənədlərini nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim etməli idi. Sonra isə həmin sənədlərə baxılır və sığortaolunanın adına sosial sığorta nömrəsi və bu nömrə ilə fərdi şəxsi hesab açılırdı.

Yeni xidmət nəticəsində artıq həmin prosedura ehtiyac qalmayıb, işçi elə onunla əmək müqaviləsi rəsmiləşdirildiyi gün də SSN-nə malik olur. Daimi xarakter daşıyan SSN ilə də həmin şəxsin fərdi uçot sistemində fərdi şəxsi hesabı formalaşır. Beləliklə, sosial sığorta sisteminin iştirakçısı kimi, bu hesabda gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı qazanır.

İlk dəfə işə qəbul olunan şəxslərə avtomatik olaraq SSN açılması xidmətinin xüsusi əhəmiyyəti bu proaktiv xidmətin əhatə etdiyi şəxslərin sayının günbəgün artmasında da özünü göstərir. Bu ilin yanvar ayında fəaliyyətə başlayan bu xidmət vasitəsilə artıq 13000-dən artıq işçi üçün avtomatik olaraq SSN açılıb.

Mənbə: azertag.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Sosial sığorta nömrəsi, ssn, 

ƏDV-nin kassa metodu əsasında hesablanması

posted in: Vergi, Xəbər | 0

bank, ƏDV, EDV, kassa metodu,Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş 166-cı maddəsinin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. (kassa metodu, EDV)

Vergilər Nazirliyinin şərhinə əsasən, ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) əlavə dəyər vergisiz dəyərinin ödənilməsi nəzərdə tutulur. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə əlavə dəyər vergisinin hesablanması həmin malların (işlərin, xidmətlərin) əlavə dəyər vergisiz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir. ƏDV tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır və ödəniş hissəsinə mütənasib qaydada ƏDV-yə cəlb olunur.

Misal: “A” MMC 10.01.2020-ci il tarixdə, əlavə dəyər vergisi də daxil olmaqla, dəyəri 11.800 manat olan məişət mallarını “B” MMC-yə satıb və müvafiq olaraq elektron qaimə-faktura təqdim edib. “B” MMC alınmış malların dəyərini mart ayında “A” MMC-nin hesabına ödəyib.

Bu halda ƏDV tutulan əməliyyatın vaxtı – ödəmənin aparıldığı vaxt, yəni mart ayı hesab olunur.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV, kassa metodu, EDV, 

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirib

posted in: bank, Xəbər | 0

daşınmaz əmlakın icbari sığortası, uçot dərəcəsi, Mərkəzi Bank, vergidən azad, uçot dərəcəsi, Azərbaycan Mərkəzi Bankı, Mərkəzi Bank, nağdsız əməliyyatlar uçot dərəcəsi azərbaycan pul nişanlarıAzərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,50%-dən 7,25%-ə endirilməsi haqqında qərar qəbul edib. (Azərbaycan Mərkəzi Bankı)

Bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Faiz dəhlizinin parametrlərini aşağı və yuxarı hədləri uçot dərəcəsinə ±1,75%-lik diapazonda müəyyənləşdirilib.

Qərar bu gündən etibarən qüvvəyə minib.

Qeyd edək ki, bundan əvvəl 13 dekabr 2019-cu il tarixində AMB uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75%-dən 7,50%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1,75%-lik diapazonda müəyyənləşdirilib (9,25% və 5,75%).

Xatırladaq ki, Mәrkәzi Bankda 2019-cu ildә faiz dәhlizinin parametrlәri 8 dәfә müzakirә edilib vә uçot dәrәcәsinin mәrhәlәlәrlә 9,75%-dәn 7,5%-ә endirilmәsi barәdә qәrar qәbul edilib. Ümumilikdә, 2018-ci ilin әvvәlindәn bәri uçot dәrәcәsi 2 dәfә azaldılıb.

Qeyd edək ki, bu il ərzində faiz dәhlizinin parametrlәrinә dair növbəti qәrarlar 19 mart, 1 may, 19 iyun, 30 iyul, 18 sentyabr, 30 oktyabr, 18 dekabr tarixlərində ictimaiyyətə təqdim ediləcək.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Azərbaycan Mərkəzi Bankı, uçot

Əmlakınızı Kapital Bank-da sığortalayın!

posted in: bank, Xəbər | 0

Daima müştərilərinin rahatlığını düşünən Kapital Bank daha bir yenilik təqdim etdi. Artıq PAŞA Sığorta tərəfindən təqdim olunan Daşınmaz Əmlakın İcbari Sığortasını Kapital Bank-da həyata keçirmək mümkündür. Odur ki, müştərilər öz mülklərini bədbəxt hadisələrdən sığortalamaq üçün bankın Bakıdakı filiallarına müraciət edə bilərlər.

Daşınmaz əmlakın icbari sığortası əmlakın daşqın, yanğın, sel, zəlzələ, yer sürüşməsi, yanğın, ildırım düşməsi və digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Sığorta müddəti 1 il olmaqla yaşayış evləri və mənzillərin icbari sığortası üzrə təminat məbləği 25 000 AZN (25 000 AZN-dək dəyən zərərlər şərtsiz azadolma məbləği istisna olmaqla tam qarşılanır) təşkil edir. Sığorta haqqı Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə 50 AZN-dir. Xidmət barədə ətraflı məlumat əldə etmək üçün: www.kapitalbank.az/emlaksigorta.

Qeyd edək ki, Daşınmaz Əmlakın İcbari sığorta haqqını BirKart-la 2 və ya 3 aya faizsiz taksitlə də həyata keçirmək olar. BirKart Cashback və BirKart Miles kartı sahibləri müvafiq olaraq birdəfəlik ödənişlər zamanı xərclərinin 4%-ni cashback olaraq balanslarına geri ala və istənilən aviabiletə dəyişilməsi mümkün olan əlavə millər qazanacaqlar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmlak, Kapital Bank