“8 saatlıq iş rejimini pozanlarla bağlı səyyar yoxlamalar olacaq”
8 saatlıq iş rejiminə riayət edilməsi üçün yaradılan monitorinq qrupu iki istiqamətdə işləyəcək. (8 saatlıq iş rejimi, yoxlamalar)
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, ilkin olaraq bu sahədə olan şikayətlərin, müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, işə götürənlərin məlumatlandırılması, müvafiq xəbərdarlıqların edilməsi istiqamətində olacaq.
“İkinci mərhələdə iş yerlərində müvafiq səyyar yoxlamalar mərhələsi olacaq. Hazırda təkliflər hazırlanır, hökümətə təklif ediləcək və müvafiq qərardan sonra təmin ediləcək. Araşdırmalarımız, monitorinqimizin biznes mühitinə mənfi təsir göstərməməsinə çalışırıq. Ona görə də ilk mərhələdə xərəbdarlığın edilməsi, işçiyə və işəgötürənə hüquq və vəzifələrini izah edilməsi olacaq. Xəbərdarlıqdan sonra işəgötürən tələblərə riayət etməsə, müvafiq inzibati cərimə mexanizmi tətbiq ediləcək. Şikayətlərin dinamikasına uyğun olaraq hansısa sektorlar üzrə monitorinqlərdə daha çox fokuslaşma ola bilər”, – deyə nazir qeyd edib.
Mənbə: azvision.az

Prezident İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncamı ilə 1 yanvar 2020-ci ildən təxminən 1 milyon 120 min nəfərin pensiyasının sığorta hissəsi 16,6 faiz artırıldı. Yanvar ayı üçün hesablanan artımlar da fevral ayında ödəniləcəkdir. Minimum pensiya isə artaraq 233,2 manat olacaqdır. Fərdi hesabın sığorta hissəsi qanunvericiliyə edilən dəyişikliyə uyğun olaraq infliyasiya səviyyəsinə uyğun, yəni cəmi 2,6 faiz artacaqdır.
Xəbər verdiyimiz kimi Kapital Bank, “Breyn Rinq” televiziya layihəsinin maliyyə tərəfdaşıdır. 2019-cu ilin ikinci mövsümdə “Bilik Kuboku”nun sahibi və Azərbaycan çempionu “İçəri şəhər” komandası olub.
Xidmətin adı: Məcburi dövlət sosial sığortası (MDSS) və işsizlik sığortası üzrə hesabatların qəbul edilməsi.