Komissiya münasibətləri zamanı vergitutma prosedurları

posted in: Vergi, Xəbər | 0

Sahibkarlıq fəaliyyətinin istiqamətlərindən biri də malların komissiya münasibətləri ilə satışıdır. Bu münasibətlərdən əsasən pərakəndə ticarət qaydasında xüsusi malların satışı zamanı istifadə olunur. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir. Komissiya münasibətlərinin özünəməxsus xüsusiyyətləri vardır: burada rəsmiləşdirmə və vergitutma prosedurları fərqlənir. İlkin olaraq komissiya qaydasında həyata keçirilən əməliyyatların hansı normativ hüquqi aktlarla tənzimlənməsinə baxaq.

Mülki Məcəllənin 44-cü fəsli sırf komissiya münasibətlərinə aiddir.

Maddə 808. Komissiya müqaviləsi

808.1. Komissiya müqaviləsinə görə, bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Komisyonçunun üçüncü şəxslə bağladığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur.

Maddə 818. Komitentin verdiyi obyektlərə mülkiyyət hüququ

Komitentin komisyonçuya verdiyi obyektlərə mülkiyyət hüququ komisyon əqdi icra edilənədək komitentdə qalır.

Göründüyü kimi, komissiya müqaviləsi üzrə xüsusi tələblər mövcuddur:

  • malı satan malı götürüb satan şəxsdir (komisyonçu) və müqavilədə birbaşa malın sahibi (komitent) yazıla da bilər, yazılmaya da. Amma hər iki halda komisyonçu alğı-satqı müqaviləsində yazılmalıdır;
  • malları alan şəxs üçüncü şəxsdir;
  • malları satdığına görə komisyonçu muzd alır;
  • komisyonçu malları birbaşa öz adından və ya komitent adından satsa da, satış müqaviləsi üzrə öhdəliklər başa çatana kimi mülkiyyət komitentdə qalır.

Bunları sadə misallarla nəzərdən keçirək:

Misal: Tutaq ki, “AA” MMC komisyonçudur, “SS” MMC-dən komitentdən 10.000 manatlıq mal almışdır və bunu satan zaman 300 manat muzd (haqq) alacaqdır. “AA” MMC 10.000 manatlıq mal üzrə alğı-satqı müqaviləsi bağlamışdır və müqavilədə “SS” MMC malın sahibi kimi qeyd olunmuşdur. Müqavilədə komisyonçu özünün olduğu yazılmışdır. Eyni zamanda, “AA” MMC, “VV” MMC-dən 20.000 manatlıq mal almışdır, buna görə 1.000 manat muzd (haqq) alacaqdır. 20.000 manatın satış müqaviləsində isə birbaşa satıcı ilə özü yazılmışdır, komitentin adı qeyd edilməmişdir.

Göründüyü kimi, satqı müqaviləsində satan tərəf bir halda komitent, digər halda isə satıcı kimi görünür. Bunlar ayrı-ayrı olsalar da, əsas komissiya münasibətləridir və komitent ilə komisyonçu olduğuna görə üçtərəfli münasibətlər komissiya üzrə malların satışı kimi qəbul olunur.

İndi isə vergitutma məqsədləri üçün sənədləşmənin necə aparılmasına baxaq.

Vergitutma məqsədləri üçün Vergi Məcəlləsində 1 yanvar 2020-ci il tarixindən edilmiş dəyişikliyə görə malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi və agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən elektron qaimə-fakturaları təsdiq edilib. İndi komissiya münasibətləri bu sənədlər əsasında vergitutma məqsədləri üçün rəsmiləşdirilir.

Deməli, komitent malları komisyonçuya verəndə malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi üçün elektron qaimə-fakturasını təqdim etməlidir. Malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi zamanı elektron qaimə-faktura vergitutma məqsədləri üçün təqdim edilmə sayılmır. Yəni malların mülkiyyəti komitentdə qaldığına görə bu zaman heç bir vergitutma obyekti yaranmır.

Bəs vergitutma nə vaxtı yaranır?

Mallar artıq komisyonçu tərəfindən alıcıya satılanda vergitutma obyekti formalaşır. Belə olanda iki sənədləşmə halı yaranır.

Yuxarıdakı misalımızda göstərilən birinci halda satış birbaşa komitentin adından baş verdiyinə görə komisyonçuya malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə elektron qaimə-fakturanı komitent təqdim edir, komisyonçu isə komitentə muzduna (haqqına görə) 300 manatlıq elektron qaimə-faktura verir. İkinci halda bunu komissiya münasibətləri kimi qiymətləndirmək olur və vergitutma məqsədləri üçün də yuxarıdakı sənədləşmələr əsasında rəsmiləşdirmə aparıldıqda bunu komissiya münasibətləri kimi qəbul etmək olur. Əgər rəsmiləşdirmə yuxarıda göstərdiyimiz sənədləşmə üzrə aparılmırsa, onda ikinci əməliyyat birbaşa alğı-satqı əməliyyatı kimi görünəcəkdir.

Deməli, vergitutma məqsədləri üzrə komissiya münasibətlərində sənədləşmə belədir:

  • komissiya müqaviləsi bağlanmalıdır;
  • mallar komisyonçuya təhvil veriləndə malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi elektron qaimə-faktura ilə komitent tərəfindən komisyonçuya verilməlidir;
  • mallar üzrə alğı-satqı müqaviləsində komisyonçu bilinməlidir;
  • malların satışı zamanı agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən elektron qaimə-faktura verilməlidir;
  • komisyonçu aldığı muzda (haqqa) görə elektron qaimə-fakturanı komitentə göndərməlidir;
  • komisyonçunun gəliri ancaq aldığı muzd sayılır.

Burada daha bir sual meydana çıxır: vergi orqanları səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri zamanı komitentə Məcəllənin 58.8.-ci maddəsi üzrə maliyyə sanksiyaları tətbiq edə bilərmi?

Bu barədə həmin maddədə göstərilən ifadəyə nəzər yetirməliyik: “…bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura … olmadıqda”.

Deməli, 58.8-ci maddə malların çatışmazlığına yox, sənədsiz gələn malları alan şəxsə tədbiq olunur. Yəni komitent vergi nəzarəti tədbirləri zamanı malları vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) təqdim etməklə məsələni həll etmiş olur. Komisyonçu da faktiki olaraq malları almadığına, beləliklə də malların mülkiyyətçisi olmadığına görə maliyyə sanksiyası tədbiq edilmir.

Vergi ödəyiciləri rəsmiləşdirmə zamanı bu məsələlərə diqqətlə yanaşmalıdırlar.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Komissiya münasibətləri, vergitutma

Vergi ödəyiciləri üçün Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı xüsusi vəsait hazırlanıb

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyiciləri üçün Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı xüsusi vəsait hazırlanıb

Vergilər Nazirliyinin vergi ödəyicilərinə kömək məqsədilə hazırladığı “Vergi Məcəlləsinə edilmiş dəyişikliklər suallar və cavablarda” adlı xüsusi vəsait nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib. (vergi məcəlləsi)

Əsasən Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə bağlı yaranan suallara cavablardan ibarət olan vəsaitdə dəyişikliklərlə bağlı yeniliyin istiqamətləri açıqlanıb, ayrı-ayrı maddələrdə edilən dəyişikliklər, Məcəlləyə əlavə edilən yeni müddəalar şərh edilib, konkret suallar misallarla izah edilib.

Vergi ödəyiciləri həmin vəsaiti buradan əldə edə bilərlər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergi Məcəlləsi

Azərbaycanda 20 yerli, 4 xarici şirkət ləğv edildi

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda 20 yerli, 4 xarici şirkət ləğv edildi

yerli şirkət, xarici şirkət,“KAİNAT” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ

VÖEN: 1400484601

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 32 ünvanına bildirə bilərlər.


“DVAA CORP.” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1302866081

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1042 Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cəbbarlı küçəsi 44, 3-cu korpus 2-ci mərtəbə, mənzil Caspain Audit ofisi ünvanına bildirə bilərlər.


“PHOENIX GROUP SERVICES” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1503869091

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1025 Baku şəhəri, Xətai rayonu, Sergey Senyuşkin küçəsi, ev 10, mənzil 31 ünvanına bildirə bilərlər.


“SMART CLEAN SYSTEMS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1001598431

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1123 Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 16, mənzil 47 ünvanına bildirə bilərlər.


“QAFQAZNEFTEQAZMAŞ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1300410821

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1065, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov, ev 201, mənzil 16 ünvanlna bildirə bilərlər.


“AYSRED” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1400769531

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1030, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 29 ünvanına bildirə bilərlər.


“THE BEE LOGİSTİCS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1701634991

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1003 Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ev 8, mənzil 2 ünvanına bildirə bilərlər.


“DB ENGİNEERİNG ƏND CONSULTİNG GMBH” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI

VÖEN: 1701914221

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1009 Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133 ünvanına bildirə bilərlər.


“VEİR SOS LİMİTED” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ

VÖEN: 9900034651

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1023 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, ev 12 km ünvanına bildirə bilərlər.


“AHARON AUTO” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1306335501

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, ev 86, mənzil 2 ünvanına bildirə bilərlər.


“PRC BYUTI” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1702652721

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1005 Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, ev 4, mənzil 59 ünvanına bildirə bilərlər.


“COMPLEX CONSTRUCTİON E.Z.” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1304015081

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Az1065 Bakı şəhəri, Yasamal rayonu, Sübhi Salayev küçəsi, ev 12 ünvanına bildirə bilərlər.


“CASPİAN TRANSLOG” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 2004312391

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, məhəllə 2344, ev 136A, mənzil 156 ünvanına bildirə bilərlər.


“AKTAVİS İNTERNƏŞNL LİMİTED” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ

VÖEN: 1301892031

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1001 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, Dəmirçi Plaza, ev 37, 22 mərtəbə ünvanına bildirə bilərlər.


“AYDINLIQ-R” ŞİRKƏTİ

VÖEN: 1500139261

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1029, Bakı şəhəri, Nərimanov rayonu, Köndələn eninə 10-cu, ev 1 ünvanına bildirə bilərlər.


“AUTOHOUSE ABŞERON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 3101965741

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1070 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 22, mənzil 5 ünvanına bildirə bilərlər.


“BAKU TOURS COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 8502849211

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1134 Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 138a ünvanına bildirə bilərlər.


“SEET” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 2005085931

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1123 Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 36, mənzil 293 ünvanına bildirə bilərlər.


“BAKU TOURS MICE” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 8502906931

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1134 Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 138a, ünvanına bildirə bilərlər.


“VİSİON CONSTRUCTİON COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 2004877671

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1018 Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 13B, mənzil 71 ünvanına bildirə bilərlər.


“ES HOLDING” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1404781081

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan 5 mkr., ev 70, mənzil 19 ünvanına bildirə bilərlər.


“ƏLİF-114 TOUR” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1603630341

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1029 Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsi, ev 15 A, mənzil 0 ünvanına bildirə bilərlər.


“AYSON GEOTEKNİK VE DENİZ İNŞAAT ANONİM ŞİRKƏTİ” SƏHMDAR CƏMİYYƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI

VÖEN: 1903483411

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1048 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Abbasqulubəy Şadlinski küçəsi, ev 24S ünvanına bildirə bilərlər.


“DAIRY ENGINEERING İNTERNATIONAL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1404129051

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1102 Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 Mkr., ev 60, mənzil 89 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
xarici şirkət, xarici şirkət, xarici şirkət

Bu xidmət fəaliyyəti zamanı NKA qoyulmalıdır yoxsa Mədaxil qəbzi verilməlidir?

posted in: Xəbər | 0

cərimə, kassa çeki, NKA çekinin verilməsi kassa çekiSual: Özəl kargo və poçt xidməti göstərən şirkət nəzarət kassa aparatı (NKA) qoymalıdırmı? Qoymalıdırsa bu VM-nin hansı maddəsi ilə tənzimlənir? (Mədaxil qəbzi)

Cavab: Bildiririk ki, nəzarət-kassa aparatları Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi nəzərə alınmaqla pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün tələb olunur.

Sorğunuzda qeyd olunan fəaliyyəti həyata keçirən şəxslər tərəfindən nağd hesablaşmalar zamanı xidmətlərin alıcısına forması Malliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş ciddi hesabat blankı olan mədaxil qəbzi təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 13.2.8-ci, 16.1.8-ci, 16.1.9-cu maddələri.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
NKA, Mədaxil qəbzi