Əmlak bağışlanan fiziki şəxsin vergi öhdəliyi

posted in: Vergi, Xəbər | 0

vergi, Əmlakını satanlar, fiziki, emlak vergisi, daşınmaz əmlak bazar, əmlak vergisi,Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləri hesab edilir. Bəs hüquqi şəxsin mülkiyyətində olan yaşayış sahəsini vergi qeydiyyatında olmayan fiziki şəxsə bağışlaması zamanı həmin şəxsin hansı vergi öhdəliyi yaranır? Buna görə fiziki şəxs vergi uçotuna durmalıdırmı? (əmlak, fiziki şəxsin vergi öhdəliyi)

Vergilər Nazirliyindən bildirilib ki, balansında olan daşınmaz əmlakın digər şəxsə bağışlanması hüquqi şəxs tərəfindən aktivlərin təqdim edilməsi sayılır. Daşınmaz əmlakın təqdim edilməsi zamanı (Vergi Məcəlləsinin 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) yaranan verginin məbləği Vergi Məcəlləsinin 220.8.1-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanır və qeyri-yaşayış sahəsinin təqdim edilməsi üzrə müqaviləni təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur və həmin daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər hüquqi şəxsin mənfəət vergisi məqsədləri üçün vergi tutulan gəlirlərinə aid edilmir.

Eyni zamanda, aparılmış əməliyyatlar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, həmin daşınmaz əmlaka görə ödənilmiş və əvəzləşdirilmiş ƏDV-nin məbləğləri təqdimetmənin baş verdiyi ayın ƏDV bəyannaməsində yenidən hesablanmaqla dövlət büdcəsinə bərpa edilir.

Bununla belə, həmin əmlakı əvəzsiz əsasla alan fiziki şəxsin belə gəliri qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid edilməklə onun 1.000 manatdan yuxarı olan hissəsi Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilir və qeyd olunan şəxs vergi orqanında uçota alınmaqla qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi ödəməli və hesabat təqdim etməlidir.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
fiziki şəxsin vergi öhdəliyi, əmlak

Azərbaycanda 6 yerli, 1 xarici şirkət ləğv edildi

posted in: Xəbər | 0

Azərbaycanda 6 yerli, 1 xarici şirkət ləğv edildi

xarici şirkət“ƏRAF” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 2005987991

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1016 Bakı şəhəri, Xətai rayonu, Şıxlınski küçəsi, ev 1, mənzil 13 ünvanına bildirə bilərlər.


“ORTO TEK” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1600292661

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1142 Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 162Q, mənzil 60 ünvanına bildirə bilərlər.


“NUR-2014” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1303679661

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 136, mənzil 38 ünvanına bildirə bilərlər.


“AZERKLİK” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1502964971

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1069 Bakı şəhəri, Nərimanov rayonu, A Salamzadə küçəsi, ev 28D ünvanına bildirə bilərlər.


“ABB GLOBAL MARKETİNG FZ-LLC” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ

VÖEN: 1302509641

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1022 Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 6 ünvanına bildirə bilərlər.


AYTƏN KİÇİK MÜƏSSİSƏSİ

VÖEN: 3600125451

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ0500 Ağstafa şəhəri, Ağstafa rayonu, Heydər Əliyev, ev 7 ünvanına bildirə bilərlər.


“CONTİNENTAL COATİNG AND PROTECTİON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1404208251

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1102 Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 36, mənzil 114 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
xarici şirkət

Kapital Bank növbəti dəfə Milli KSM mükafatına layiq görülüb

posted in: bank, Xəbər | 0

Kapital Bank Azərbaycanda ikinci ildir keçirilən Milli KSM – 2019 layihəsi çərçivəsində mükafata layiq görülüb. Bu dəfə Kapital Bank-ın 8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində təqdim etdiyi “İtirdiyimiz Qızlar” layihəsi qalib olub. Tədbir bir sıra dövlət və özəl qurumlarının təşkilatçılığı ilə keçirilib.

Layihə çərçivəsində Kapital Bank, BMT-nin Əhali Fondu (BMTƏF) ilə birgə əməkdaşlığı əks etdirən memorandum imzalayıb. Bununla bağlı sosial mediada bir sıra aktivliklər və Kapital Bank-ın filiallarında, doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına qarşı məlumatlandırma materialları paylanılıb.

Qeyd edək ki, müsabiqəyə təqdim olunan bütün layihələr BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 məqsəd əsas götürülərək Komissiya tərəfindən qiymətləndirilib. Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası (AQSİA) və PROAKTİV PR Agentliyinin birgə təşkil etdiyi müsabiqədə layihələr İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ASAN Xidmət, ABAD Publik Hüquqi Şəxs, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər Təşkilatları Milli Şurası, o cümlədən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası rəsmiləri tərəfindən kriteriyalara müvafiq dəyərləndirilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
kapital bank

Əmtəəsiz əməliyyatlar və riskli vergi ödəyicisi

posted in: Vergi, Xəbər | 0

2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə əmtəəsiz əməliyyatlar və riskli vergi ödəyicisi anlayışları gətirilib. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir. 

Məcəllənin 13.2.82-ci maddəsində qeyd edilib ki, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

Məcəllənin 50.2-ci maddəsinə əsasən, sahibkarın riskli vergi ödəyicisi olması operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsas verir. Sənəddə əmtəəsiz əməliyyatlar aparan və riskli vergi ödəyicisi kimi tanınan şəxslərlə bağlı digər qaydalar da müəyyən edilib.

“Əmtəəsiz əməliyyatlar” zamanı faktiki heç bir mal, iş, xidmət təqdim olunmur, hər şey kağız üzərində mövcud olur, ancaq haqsız yerə, qanunsuz mənfəət əldə olunur:

Misal 1. Tikinti materiallarının satışı ilə məşğul olan “A” MMC hər biri 100 manatdan olmaqla, 200 ədəd tikinti məhsulunun alınması məqsədilə “B” MMC ilə 20.000 manatlıq müqavilə bağlayıb. Vergi nəzarəti tədbirləri zamanı müəyyən olunur ki, “B” MMC tərəfindən malların təqdim olunması prosesi həyata keçirilməyib. Bu, artıq əmtəəsiz əməliyyat hesab olunacaq.

Misal 2. İctimai iaşə fəaliyyəti ilə məşğul olan restoran vergi ödəyicisi olmayan şəxslə 150 kq kartof və 50 kq ətin alınması məqsədilə 1000 manatlıq müqavilə imzalayıb. Vergi nəzarəti tədbirləri nəticəsində məlum olur ki, “Malların alış aktı” ilə rəsmiləşdirilən alqı-satqı prosesində malların təqdim olunması faktiki olaraq həyata keçirilməyib. Əməliyyatın bu cür rəsmiləşdirilməsi artıq əmtəəsiz əməliyyat hesab edilir.

Misal 3. Satış sahəsində fəaliyyət göstərən “A” MMC reklam xidmətinin göstərilməsi üçün “B” MMC ilə 30 000 manatlıq xidmət müqaviləsi imzalayır. Müqavilənin şərtlərinə əsasən, “B” MMC reklamlar hazırlayaraq bilbordlarda yerləşdirəcək. Vergi nəzarəti tədbirləri zamanı müəyyən olunur ki, “B” MMC faktiki olaraq bu xidməti göstərməyib. Bu tip xidmət göstərilməsi də əmtəəsiz əməliyyat hesab ediləcək.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
riskli vergi ödəyicisi, əmtəəsiz əməliyyatlar